Пейзаж гор в городе Гусар - Sputnik Azərbaycan, 1920
BÖLGƏ
Azərbaycanla qonşu ölkələrdə və ərazilərdə baş verən hadisələr

Paşinyanın ofisi Türkiyə mediasını Ermənistana dəvət edəcək

© Sputnik / Алексей Даничев / Фотохост-агентство brics-russia2024.ru / Mediabanka keçidErmənistanın baş naziri Nikol Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan  - Sputnik Azərbaycan, 1920, 30.10.2024
Abunə olmaq
Arutyunyan əlavə edib ki, yaxın vaxtlarda iranlı ekspertlərin 4 gün davam edəcək səfəri planlaşdırılır.
BAKI, 30 oktyabr — Sputnik. Ermənistanın baş nazirinin ofisi "Sülh kəsişməsi" təşəbbüsünü işıqlandırmaq üçün türk mediasının nümayəndələrini ölkəyə dəvət edəcək. Bunu Ermənistanın 2025-ci il dövlət büdcəsi layihəsinin parlamentin maliyyə və kredit məsələləri üzrə komissiyasında müzakirəsi zamanı baş nazir aparatının rəhbəri Arayik Arutyunyan deyib.
Arutyunyan əlavə edib ki, yaxın vaxtlarda iranlı ekspertlərin 4 gün davam edəcək səfəri planlaşdırılır.
Bundan əlavə, bu ilin sonu və ya gələn ilin əvvəlində Ermənistanda regionun bir sıra ekspert mərkəzlərinin nümayəndələrinin görüşü keçiriləcək. "Sülh kəsişməsi" əsas müzakirə mövzusu olmayacaq, amma yenə də toxunulacaq.
Xəbər lenti
0