https://sputnik.az/20241030/keskin-agiz-qoxusu-xerceng-xesteliyinin-xebercisidir---britaniyali-hekimler--468230007.html
Kəskin ağız qoxusu xərçəng xəstəliyinin xəbərçisidir - britaniyalı həkimlər
Kəskin ağız qoxusu xərçəng xəstəliyinin xəbərçisidir - britaniyalı həkimlər
Sputnik Azərbaycan
Xüsusilə ağızdan gələn xoşagəlməz qoxu qırtlaq xərçənginin ilk təzahürü ola bilər. 30.10.2024, Sputnik Azərbaycan
2024-10-30T23:59+0400
2024-10-30T23:59+0400
2024-10-30T23:13+0400
xərçəng
səhiyyə
simptom
xərçəng xəstəliyi
xərçəng riski
xərçəng şişi
ağız
qoxu
kəskin qoxu
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1c/460911965_0:0:3072:1728_1920x0_80_0_0_3be6db3ab1f0f53e0483dae9d84dae25.jpg
BAKI, 30 oktyabr — Sputnik. Böyük Britaniya Milli Səhiyyə Xidmətinin (NHS) həkimləri müəyyən ediblər ki, ağızdan gələn xoşagəlməz qoxunun SELENBP1 genindəki mutasiya əlaməti ola bilər ki, bu da xərçəng riskinin artması ilə əlaqələndirilir. Bu barədə "Pronews.gr" məlumat yayıb. Bəzi xəstəliklərin inkişafı ilə müşayiət olunan ağızdan gələn xoşagəlməz qoxusuna halitoz deyilir. Bu, ağız boşluğunda və ya bütün orqanizmdə problemləri göstərə bilən bir simptomdur. Xüsusilə ağız qoxusu qırtlaq xərçənginin ilk təzahürü ola bilər. Halitoz ilə yanaşı, xəstəliyin həyəcan verici siqnallarına aşağıdakılar daxildir: boğazda nəyinsə qalma hissi, xırıltı, tez-tez öskürək, nəfəs almaqda çətinlik, kilo itkisi və xroniki yorğunluq. Təcrübə zamanı xərçəngin daha dəqiq markeri müəyyən edilib. Alimlər halitozu olan xəstələrdə tənəffüs alınan havada metanol və dimetil sulfoksidin (ağzda xoşagəlməz qoxuya səbəb olan kükürd birləşmələri) səviyyəsinin artdığını aşkar ediblər. Məlum olub ki, bu birləşmələr kükürdün parçalanmasına və şişkin böyüməsinin basdırılmasına cavabdeh olan SELENBP1 genindəki mutasiya ilə bağlıdır. Bu genin fəaliyyətindəki pozğunluqlar xərçəngə tutulma riskini artıra bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1c/460911965_219:0:2950:2048_1920x0_80_0_0_67e877ecf08fcd040daacdb7e70a1983.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xərçəng, simptom, xərçəng xəstəliyi, xərçəng riski, xərçəng şişi, ağız, qoxu, kəskin qoxu
xərçəng, simptom, xərçəng xəstəliyi, xərçəng riski, xərçəng şişi, ağız, qoxu, kəskin qoxu
Kəskin ağız qoxusu xərçəng xəstəliyinin xəbərçisidir - britaniyalı həkimlər
Xüsusilə ağızdan gələn xoşagəlməz qoxu qırtlaq xərçənginin ilk təzahürü ola bilər.
BAKI, 30 oktyabr — Sputnik. Böyük Britaniya Milli Səhiyyə Xidmətinin (NHS) həkimləri müəyyən ediblər ki, ağızdan gələn xoşagəlməz qoxunun SELENBP1 genindəki mutasiya əlaməti ola bilər ki, bu da xərçəng riskinin artması ilə əlaqələndirilir.
Bu barədə "Pronews.gr" məlumat yayıb.
Bəzi xəstəliklərin inkişafı ilə müşayiət olunan ağızdan gələn xoşagəlməz qoxusuna halitoz deyilir. Bu, ağız boşluğunda və ya bütün orqanizmdə problemləri göstərə bilən bir simptomdur. Xüsusilə ağız qoxusu qırtlaq xərçənginin ilk təzahürü ola bilər. Halitoz ilə yanaşı, xəstəliyin həyəcan verici siqnallarına aşağıdakılar daxildir: boğazda nəyinsə qalma hissi, xırıltı, tez-tez öskürək, nəfəs almaqda çətinlik, kilo itkisi və xroniki yorğunluq.
Təcrübə zamanı xərçəngin daha dəqiq markeri müəyyən edilib. Alimlər halitozu olan xəstələrdə tənəffüs alınan havada metanol və dimetil sulfoksidin (ağzda xoşagəlməz qoxuya səbəb olan kükürd birləşmələri) səviyyəsinin artdığını aşkar ediblər. Məlum olub ki, bu birləşmələr kükürdün parçalanmasına və şişkin böyüməsinin basdırılmasına cavabdeh olan SELENBP1 genindəki mutasiya ilə bağlıdır. Bu genin fəaliyyətindəki pozğunluqlar xərçəngə tutulma riskini artıra bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.