https://sputnik.az/20241030/azerbaycanda-saglamliq-turizmi-ciceklenecek-mineral-sularin-kadastri-hazirlanir-468380096.html
Azərbaycanda sağlamlıq turizmi çiçəklənəcək: Mineral suların kadastrı hazırlanır
Azərbaycanda sağlamlıq turizmi çiçəklənəcək: Mineral suların kadastrı hazırlanır
Sputnik Azərbaycan
Ekologiya və təbii sərvətlər nazirinin müavini deyib ki, işğaldan azad edilmiş bölgələrdə çox böyük sağlamlıq turizmi potensialı var. 30.10.2024, Sputnik Azərbaycan
2024-10-30T10:20+0400
2024-10-30T10:20+0400
2024-10-30T10:20+0400
azərbaycan xəbərləri
mineral
mineral su zavodu
ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
https://cdnn1.img.sputnik.az/img/07e8/09/02/467117772_0:177:3014:1872_1920x0_80_0_0_73830e893eccdd639d44993d17b33df3.jpg
BAKI, 30 oktyabr - Sputnik. Azərbaycanda sağlamlıq turizminin inkişafı məqsədilə mineral suların kadastrı hazırlanır.Bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.Nazir müavini qeyd edib ki, kadastrda suların müalicəvi tərkibi də əks olunacaq: “Azərbaycan ərazisi mineral sularla zəngindir. Ölkəmizdə mineral suların, bulaqların, quyuların ümumi sayı 930-a yaxındır və bunlardan 113-ü sağlamlıq turizminin inkişafına xidmət edə biləcək sulardır. Bu çox böyük potensialdır. Həmin suların əksəriyyəti Kəlbəcər, Laçın, Şərqi Zəngəzur, Şuşa ətrafı və Naxçıvanda cəmləşib. Kadastrın hazırlanması ilə suların tərkibi, mənbəyi, miqdarı və digər xüsusiyyətləri barədə məlumatlar əldə ediləcək ki, bu da sahəyə investorları, yerli və xarici turistləri cəlb etməyə imkan yaradacaq”.O əlavə edib ki, ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılan Komissiya mineral suların kadastrının hazırlanması və monitorinqinin aparılması üçün İşçi Qrupu təşkil edib.“İşçi Qrupu 2025-ci ilin sonunadək monitorinqlər və qiymətləndirmə aparacaq, məlumatların toplanmasına başlayacaq. Hazırlanan kadastr sağlamlıq turizminin bu istiqamətdə inkişafına təkan verəcək. Bu, sahibkarlar üçün də əlverişli şərait yaradacaq, çünki onlar bu kadastrdan istifadə edərək sərmayələrini daha düzgün istiqamətləndirə biləcəklər” - nazir müavini Report-a bildirib. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/02/467117772_142:0:2873:2048_1920x0_80_0_0_b4326e8e226dca744e09e88e67ecd4ac.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mineral, mineral su zavodu, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
mineral, mineral su zavodu, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
Azərbaycanda sağlamlıq turizmi çiçəklənəcək: Mineral suların kadastrı hazırlanır
Ekologiya və təbii sərvətlər nazirinin müavini deyib ki, işğaldan azad edilmiş bölgələrdə çox böyük sağlamlıq turizmi potensialı var.
BAKI, 30 oktyabr - Sputnik. Azərbaycanda sağlamlıq turizminin inkişafı məqsədilə mineral suların kadastrı hazırlanır.
Bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.
Nazir müavini qeyd edib ki, kadastrda suların müalicəvi tərkibi də əks olunacaq:
“Azərbaycan ərazisi mineral sularla zəngindir. Ölkəmizdə mineral suların, bulaqların, quyuların ümumi sayı 930-a yaxındır və bunlardan 113-ü sağlamlıq turizminin inkişafına xidmət edə biləcək sulardır. Bu çox böyük potensialdır. Həmin suların əksəriyyəti Kəlbəcər, Laçın, Şərqi Zəngəzur, Şuşa ətrafı və Naxçıvanda cəmləşib. Kadastrın hazırlanması ilə suların tərkibi, mənbəyi, miqdarı və digər xüsusiyyətləri barədə məlumatlar əldə ediləcək ki, bu da sahəyə investorları, yerli və xarici turistləri cəlb etməyə imkan yaradacaq”.
O əlavə edib ki, ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılan Komissiya mineral suların kadastrının hazırlanması və monitorinqinin aparılması üçün İşçi Qrupu təşkil edib.
“İşçi Qrupu 2025-ci ilin sonunadək monitorinqlər və qiymətləndirmə aparacaq, məlumatların toplanmasına başlayacaq. Hazırlanan kadastr sağlamlıq turizminin bu istiqamətdə inkişafına təkan verəcək. Bu, sahibkarlar üçün də əlverişli şərait yaradacaq, çünki onlar bu kadastrdan istifadə edərək sərmayələrini daha düzgün istiqamətləndirə biləcəklər” - nazir müavini Report-a bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.