https://sputnik.az/20241030/azerbaycanda-noyabr-ayinda-ardicil-alti-gun-is-olmayacaq-468361397.html
Azərbaycanda noyabr ayında ardıcıl altı gün iş olmayacaq
Azərbaycanda noyabr ayında ardıcıl altı gün iş olmayacaq
Sputnik Azərbaycan
Nazirlər Kabinetinin 2024-cü il 18 sentyabr tarixli qərarına əsasən, noyabr ayında Azərbaycanda ardıcıl 6 gün qeyri-iş günü olacaq. 30.10.2024, Sputnik Azərbaycan
2024-10-30T11:20+0400
2024-10-30T11:20+0400
2024-10-30T11:55+0400
azərbaycan
infoqrafika
bmt
bmt baş assambleyası
cop29
noyabr
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/13/449782802_177:0:1244:600_1920x0_80_0_0_ca64496e537b446dfd4350e035e785b7.png
Bu, Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi, eləcə də bayram günləri ilə əlaqədardır. Azərbaycanda 8 noyabr Zəfər Günü, 9 noyabr Dövlət Bayrağı Günüdür. Nazirlər Kabinetinin "İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında" qərarına əsasən, noyabrın 9-u şənbə gününə təsadüf etdiyindən noyabrın 11-i də qeyri-iş günü olacaq. Bundan əlavə, iş günləri ilə həftə sonları arasında ardıcıllığın təmin edilməsi məqsədi ilə noyabrın 12-si və 13-ü iş günləri müvafiq olaraq 16 noyabr və 23 noyabra keçirilib. Belə ki, ardıcıl 6 gün (8, 9, 10, 11, 12 və 13 noyabr) qeyri-iş günləri olacaq, ilk iş günü noyabrın 14-nə düşəcək. Respublika üzrə ümumtəhsil məktəblərinin şagirdləri noyabrın 2-dən noyabrın 24-dək tətilə çıxacaqlar. Noyabr ayının müəyyən günlərində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri onlayn rejimdə dərs keçəcəklər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/13/449782802_310:0:1110:600_1920x0_80_0_0_240c11fa2839e97e4bb2b309bef38ec9.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, инфографика, bmt, bmt baş assambleyası, cop29, noyabr
azərbaycan, инфографика, bmt, bmt baş assambleyası, cop29, noyabr
Azərbaycanda noyabr ayında ardıcıl altı gün iş olmayacaq
11:20 30.10.2024 (Yenilənib: 11:55 30.10.2024) Nazirlər Kabinetinin 2024-cü il 18 sentyabr tarixli qərarına əsasən, noyabr ayında Azərbaycanda ardıcıl 6 gün qeyri-iş günü olacaq.
Bu, Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi, eləcə də bayram günləri ilə əlaqədardır.
Azərbaycanda 8 noyabr Zəfər Günü, 9 noyabr Dövlət Bayrağı Günüdür. Nazirlər Kabinetinin "İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında" qərarına əsasən, noyabrın 9-u şənbə gününə təsadüf etdiyindən noyabrın 11-i də qeyri-iş günü olacaq.
Bundan əlavə, iş günləri ilə həftə sonları arasında ardıcıllığın təmin edilməsi məqsədi ilə noyabrın 12-si və 13-ü iş günləri müvafiq olaraq 16 noyabr və 23 noyabra keçirilib. Belə ki, ardıcıl 6 gün (8, 9, 10, 11, 12 və 13 noyabr) qeyri-iş günləri olacaq, ilk iş günü noyabrın 14-nə düşəcək.
Respublika üzrə ümumtəhsil məktəblərinin şagirdləri noyabrın 2-dən noyabrın 24-dək tətilə çıxacaqlar.
Noyabr ayının müəyyən günlərində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri onlayn rejimdə dərs keçəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.