Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Özəl bağçalarda uşaqların təhsil haqqının bir hissəsi dövlət tərəfindən ödəniləcək

© Official website of President of Azerbaijan RepublicÖzəl bağça
Özəl bağça - Sputnik Azərbaycan, 1920, 29.10.2024
Abunə olmaq
Təhsil üzrə Dövlət Agentliyinin rəsmisi deyib ki, davamlı peşəkar təlimlərə cəlb olunan tərbiyəçi-müəllimlər valideynlərlə birlikdə əməkdaşlıq edərək həm icma əsaslı məktəbəqədər təhsil qrupunda, həm də evdə uşaqlar üçün keyfiyyətli öyrənmə mühiti yaradıb.
BAKI, 29 oktyabr — Sputnik. 2023-2024-cü ildə 14 yeni bağça tikilib istifadəyə verilib, 5 bağça əsaslı təmir olunub. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov keçirdiyi hesabat brifinqində deyib.
Eşqi Bağırov bildirib ki, məktəbəqədər təhsilə cəlb ediləcək uşaqların sayının 50 faizə çatdırılması hədəflənir
Onun sözlərinə görə, bağçaların Elm və Təhsil Nazirliyi sisteminə keçdiyi 2 il müddətində müxtəlif istiqamətlər üzrə yeniliklər tətbiq olunur:
"2 il müddətində deyə bilərik ki, məktəbəqədər təhsil sahəsində xeyli işlər görülüb. Əlçatanlığın, şəffaflığın təmin edilməsi məqsədilə bir sıra proseslərimizi elektronlaşdırmışıq. Buraya bağçalara uşaq qəbulunu, bağça müdirlərinin işə qəbulunu, bağçalarda çalışan tərbiyəçi-müəllimlərin işə qəbulu proseslərini aid edə bilərəm. Elektron sistemlər hər kəs üçün bərabər imkanlar yaratmaqla yanaşı, eyni zamanda bu proseslərdə insan faktorunu minimuma endirərək məlumatların düzgünlük və dəqiqliyini artırdı".
Eşqi Bağırov qeyd edib ki, məktəbəqədər təhsil pilləsi üzrə alternativ modellərin tətbiqi genişlənir
Onun sözlərinə görə, "İcma əsaslı məktəbəqədər təhsil" layihəsinə qoşulan uşaqların sayının 20000 min nəfərə çatıb
"Alternativ modellərin tətbiqində məqsədimiz təhsilin ilk pilləsinə cəlb olunan uşaq sayını artırmaqdır. Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi istiqamətində alternativ modellərin tətbiqi həyata keçirilir. "Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili" pilot proqramı ilə bağlı 2024-cü ilin yanvar ayından etibarən 16 layihə qrant qazanıb və layihə 500-ə yaxın uşağı əhatə edib. Qrant proqramının həyata keçirilməsində əsas məqsəd məktəbəqədər təhsildən kənarda qalan uşaqların məktəbəqədər təhsil xidmətləri ilə təmin edilməsi istiqamətində qrant vasitəsilə maliyyələşdirmə mexanizminin sınaqdan keçirilməsidir. 2017-ci ildə yaradılan "İcma Əsaslı Məktəbəqədər Təhsil" layihəsinin məqsədi 3-5 yaşlı uşaqların dörd inkişaf sahəsini əhatə edən bacarıqların artırılması, icma əsaslı məktəbəqədər təhsil mərkəzlərinin yaradılması, valideyn birliklərinin yaradılması və məktəblə birgə əməkdaşlıq nəticəsində ibtidai təhsilin keyfiyyətini artırmaqdan ibarətdir. Hazırda layihəyə cəlb edilən tərbiyəçi-müəllimlərin sayı 1088 nəfər, uşaqların sayının 20000 nəfərdir", - Eşqi Bağırov deyib.
Təhsil üzrə Dövlət Agentliyinin rəsmisi deyib ki, davamlı peşəkar təlimlərə cəlb olunan tərbiyəçi-müəllimlər valideynlərlə birlikdə əməkdaşlıq edərək həm icma əsaslı məktəbəqədər təhsil qrupunda, həm də evdə uşaqlar üçün keyfiyyətli öyrənmə mühiti yaradıb.
""Ailə tipli təlim qrupları, qısamüddətli, icma əsaslı məktəbəqədər qrupları" modelinin məqsədi 2024–2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqların cəlb olunması üçün ictimai binalar, evlər və s. təlim qrupları yaratmaqdır", o bildirib.
Eşiq Bağırov bildirib ki, özəl bağçalarda təhsil alacaq uşaqların təhsil haqqının bir hissəsi dövlət tərəfindən ödəniləcək:
"Məqsədimiz özəl bağçalarla əməkdaşlıq çərçivəsində daha 1500 uşağı məktəbəqədər təhsilə cəlb etməkdir. Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsinin məqsədi 2024–2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqları özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb etmək və təhsil haqqının bir hissəsini qrant vasitəsilə maliyyələşdirməkdir. Qrant vasitəsilə təhsil haqqının bir hissəsinin maliyyələşdirilməsi valideynlərin maliyyə yükünü azaldaraq daha çox uşağın keyfiyyətli təlim-tədrisə cəlb almasına şərait yaradacaq. Bununla da, məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayının artaraq 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının məqsədlərinə nail olunması təmin ediləcək. Dövlət-özəl əməkdaşlığı modelinin 1500 uşağı əhatə etməsi gözlənilir2.
Onun sözlərinə görə, növbəti il bu layihənin daha çox uşağı əhatə etməsi planlaşdırılır.
"Məktəbəqədər təhsil müəssisələrində kadr potensialının yaxşılaşdırılması əsas prioritetlərdəndir. 10000 nəfərə yaxın pedaqoji heyət üçün ixtisasartırma təlimləri təşkil edilib". MÜTDA nın direktoru Eşqi Bağırov bildirib. O, deyib ki, son iki il ərzində bağçalara 700-ə yaxın yeni tərbiyəçi müəllim, 79 nəfər isə müdir təyin olunub. Məktəbəqədər təhsil müəssisələrində (MTM) kadr potensialının yaxşılaşdırılması əsas hədəflərdəndir. Bu istiqamətdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən tədbirlər həyata keçirilir. Son 2 ildə mərkəzləşmiş qaydada MTM-lərə təyin olunan tərbiyəçi müəllimlərin sayı 677 nəfərdir. Yeni təyin olunan MTM müdirlərinin sayı isə 79 nəfərdir", Eşqi Bağırov açıqlayıb.
Məktəbəqədər təhsil sistemində çalışan pedaqoji və idarəetmə heyəti üçün ixtisasartırma təlimlərinin təşkil edilməsi, onların peşəkar inkişafının təmin edilməsi də diqqətdə saxlanılır. Bu məsələ "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əksini tapıb. Təlimlərin məqsədi pedaqoji heyəti məktəbəqədər təhsil və idarəetmədə olan yeni yanaşmalar və strategiyalarla tanış etməkdir. Təlimlərdə tərbiyəçi-müəllimlər öyrənmə mühitinin qurulması, uşaqların sosial-psixoloji adaptasiyası ilə bağlı bilik və bacarıqlarını inkişaf etdirirlər. Təlimlərin effektivliyinin artırılması üçün interaktiv metodlardan istifadə edilir. İndiyədək məktəbəqədər təhsil üzrə kadr potensialının yaxşılaşdırılması məqsədilə 9500-ə yaxın pedaqoji heyət üçün ixtisasartıma təlimləri təşkil olunub. Təkcə bu il ərzində 3500 nəfər üçün Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən təlimlərin təşkil edilməsi nəzərdə tutulub".
MÜTDA-nın direktoru Eşqi Bağırov bildirib ki, bu ilin sonunadək 450 bağçada qida təhlükəsizliyi və sanitar-gigiyena qaydalarının icra vəziyyəti yoxlanılacaq.
© SputnikElm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA)direktoru Eşqi Bağırov
u Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA)direktoru Eşqi Bağırov  - Sputnik Azərbaycan, 1920, 29.10.2024
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA)direktoru Eşqi Bağırov
O, deyib ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) birgə əməkdaşlığı çərçivəsində paytaxt Bakıda və regionlarda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin 1600-ə yaxın müdir, aşpaz və aşpaz köməkçiləri üçün təlimlər keçirilir. Təlim iştirakçıları müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi və digər məsələlər barədə məlumatlandırılır. Bu təlimlər iştirakçıların daha bu sahədə maariflənməsi uşaqların daha sağlam qidalanması baxımından böyük önəm kəsb edir.
"Məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, uşaqların sağlamlığı, təhlüksəziliyi və qidalanması prioritetlərimizdəndir. Uşaq orqanizminin inkişafı məktəbəqədər dövrdə daha intensiv xarakter daşıyır. Uşaqların düzgün qidalanması bu prosesdə böyük əhəmiyyət daşıyır. Bu baxımdan uşaqlarda düzgün və sağlam qidalanma vərdişlərini formalaşdırmaq, onların sanitar-gigiyenik normalara uyğun qidalanma prosesini təmin etmək ən vacib amillərdən biridir. Məktəbəqədər təhsil müəssisələrində qidalanma normaları Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən tənzimlənir və təşkil edilir. Bununla yanaşı, məktəbəqədər təhsil müəssisələrində sanitariya-gigiyena və qida təhlükəsizliyi ilə bağlı tələblərə riayət olunub-olunmamasına dair monitorinqin aparılması nəzərdə tutulur. Bu ilin sonunadək paytaxt və bölgələrdə 450 bağçada sanitariya-gigiyena qaydalarının və qida təhlükəsizliyinin təmin olunması ilə bağlı fəaliyyətlərin icrası gözlənilir. Bununla yanaşı, Agentlik tərəfindən müntəzəm olaraq monitorinqlər təşkil edilir. Yoxlamalar beynəlxalq standartlara uyğun hazırlanmış çərçivə sənədi və alətlərlə aparılır", MÜTDA-nın direktoru vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0