https://sputnik.az/20241029/ki-qadin-gobelekden-zeherlenerek-oldu--toksikoloqdan-xeberdarliq-468365498.html
İki qadın göbələkdən zəhərlənərək öldü -Toksikoloqdan xəbərdarlıq!
İki qadın göbələkdən zəhərlənərək öldü -Toksikoloqdan xəbərdarlıq!
Sputnik Azərbaycan
Zəhərlənib ölənlər göbələyin ən təhlükəli növü olan "solğun əzvay" göbələyini yığıb yeyiblər. 29.10.2024, Sputnik Azərbaycan
2024-10-29T10:48+0400
2024-10-29T10:48+0400
2024-10-29T10:50+0400
cəmiyyət
xaçmaz
kliniki tibbi mərkəz
göbələk
zəhərlənmə
https://cdnn1.img.sputnik.az/img/40216/12/402161275_0:300:3505:2271_1920x0_80_0_0_5b55ed7cedb15f03631b615a2cb0780f.jpg
BAKI, 29 oktyabr — Sputnik. Xaçmazda göbələkdən zəhərlənənlərdən digəri də xəstəxanada dünyasını dəyişib. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Məlumat verib. O, bildirib ki, ölənlərdən biri 46, digəri isə 41 yaşdadır. O, bildirib ki, onlar göbələyin ən təhlükəli növündən istifadə ediblər. "Zəhərlənib ölənlər göbələyin ən təhlükəli növü olan "solğun əzvay" göbələyini yığıb yeyiblər. Bu göbələyi qaynadanda, bişirəndə də zəhəri parçalanmır. Hətta bir "solğun əzvay" göbələyi 10-15 nəfəri zəhərləməyə qadirdir", deyə Azər Maqsudov bildirb. Qeyd edək ki, İlahə Bayramova rəfiqəsi Günel Abdullayeva ilə birlikdə Xaçmazın Seyidli kəndində yerləşən meşədə göbələk yeyiblər. Bundan sonra hər iki qadın zəhərlənərək xəstəxanaya yerləşdirilib. Vəziyyətləri ağırlaşdığından Bakıda yerləşən Kliniki Tibbi Mərkəzə göndəriliblər. Zəhərlənənlərdən İlahə Bayramova Bakıya gətirilərkən yolda ölüb. Azər Maqsudov Günel Abdullayevanın isə xəstəxanada vəfat etdiyini söyləyib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, sentyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 101 nəfər qəbul edilib. Onlardan biri göbələkdən zəhərlənib.
https://sputnik.az/20231014/qusarda-3-nefer-gobelekden-zeherlenib-ikisi-olub-459604433.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40216/12/402161275_0:0:3115:2336_1920x0_80_0_0_2ab53214ab7328f6263b847852a64690.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xaçmaz, kliniki tibbi mərkəz, göbələk, zəhərlənmə
xaçmaz, kliniki tibbi mərkəz, göbələk, zəhərlənmə
İki qadın göbələkdən zəhərlənərək öldü -Toksikoloqdan xəbərdarlıq!
10:48 29.10.2024 (Yenilənib: 10:50 29.10.2024) Zəhərlənib ölənlər göbələyin ən təhlükəli növü olan "solğun əzvay" göbələyini yığıb yeyiblər.
BAKI, 29 oktyabr — Sputnik. Xaçmazda göbələkdən zəhərlənənlərdən digəri də xəstəxanada dünyasını dəyişib. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Məlumat verib. O, bildirib ki, ölənlərdən biri 46, digəri isə 41 yaşdadır. O, bildirib ki, onlar göbələyin ən təhlükəli növündən istifadə ediblər.
"Zəhərlənib ölənlər göbələyin ən təhlükəli növü olan "solğun əzvay" göbələyini yığıb yeyiblər. Bu göbələyi qaynadanda, bişirəndə də zəhəri parçalanmır. Hətta bir "solğun əzvay" göbələyi 10-15 nəfəri zəhərləməyə qadirdir", deyə Azər Maqsudov bildirb.
Qeyd edək ki, İlahə Bayramova rəfiqəsi Günel Abdullayeva ilə birlikdə Xaçmazın Seyidli kəndində yerləşən meşədə göbələk yeyiblər. Bundan sonra hər iki qadın zəhərlənərək xəstəxanaya yerləşdirilib. Vəziyyətləri ağırlaşdığından Bakıda yerləşən Kliniki Tibbi Mərkəzə göndəriliblər. Zəhərlənənlərdən İlahə Bayramova Bakıya gətirilərkən yolda ölüb. Azər Maqsudov Günel Abdullayevanın isə xəstəxanada vəfat etdiyini söyləyib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, sentyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 101 nəfər qəbul edilib. Onlardan biri göbələkdən zəhərlənib.