https://sputnik.az/20241029/hekimlere-35-xeste-limiti-ne-kimi-problemler-yaradib-468342314.html
Həkimlərə 35 xəstə limiti nə kimi problemlər yaradıb
Həkimlərə 35 xəstə limiti nə kimi problemlər yaradıb
Sputnik Azərbaycan
Limitdən artıq pasiyent qəbul edən həkimlərə bonusların ödənilmədiyi bildirilir. 29.10.2024, Sputnik Azərbaycan
2024-10-29T09:28+0400
2024-10-29T09:28+0400
2024-10-29T09:28+0400
həkim
səhiyyə
icbari tibbi sığorta üzrə dövlət agentliyi
qəbul
xəstə
limit
azərbaycan
millət vəkili
xaricdə təhsil
işə qəbul
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/02/469126061_0:0:3071:1728_1920x0_80_0_0_2b268d52b68133898602ce53dbb4c7a9.jpg
BAKI, 29 oktyabr — Sputnik. İcbari tibbi sığortanın tətbiq edildiyi tibb müəssisələrində həkimlərə gündəlik 35 xəstə qəbul etməklə bağlı tətbiq edilmiş limit ciddi problemlərə yol açıb. Sosial şəbəkələrdə pasiyentlər şikayətlənərək bildirirlər ki, tibb müəssisələrində həkimlər limit bitdikdən sonra xəstə qəbul etmirlər. Bakıdakı 35 saylı şəhər polikilinikasında pasiyentlər bildiriblər ki, endekrinoloqun qəbuluna düşmək üçün pasiyentlər səhər saat 04:30-dan gəlib növbəyə dayanırlar. Şəkər xəstələri bildirib ki, burada həkim maksimum 50 xəstədən artıq pasiyent qəbul etmir. Növbəyə yazılan 50 xəstəni belə qəbul etməyə həkimin vaxtı çatmır. Belə ki, 30-cu xəstədən sonra həkimin iş saatı başa çatır. Gün ərzində qəbula yazılanlar növbəti gün həkimin qəbuluna düşmək ümidi ilə evə gedib sabahı gün obaşdan yenidən polikilinikaya gəlirlər.Sputnik Azərbaycan həkimlərə gündəlik xəstə qəbulu ilə bağlı nə qədər limit qoyulduğunu, problemlərdən çıxış yollarını araşdırıb. Millət vəkili, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dünyanın hər yerində həkimlərin xəstələrə baxışı üçün müəyyən zaman və limit tətbiq edilir. Deputat bildirib ki, pasiyenti hərtərəfli müayinə etmək, şikayətlərini dinləmək, müayinə planını hazırlanmaq, eləcə də digər həkimə yönləndirmək üçün müəyyən zaman hesablanaraq standartlar müəyyənləşib. Bu standratlar əsasında da hər pasiyentə baxış üçün minimal vaxt təyin edilib. Bu vaxta əsasən həkimin iş saatı bölünərək bir pasiyentə baxış vaxtı müəyyənləşib. Deputat bundan əlavə, gün ərzində 35-dən artıq xəstə qəbul edən həkimlərə bonusların verilmədiyini də söyləyib.M.Məmmədli bildirib ki, icbari tibbi sığortanın tətbiqindən sonra həkimlərə aylıq maaşdan əlavə müayinə etdikləri xəstə sayına görə bonuslar ödənilir. Amma xəstə sayına görə limitdən artıq pasiyent qəbul edən həkimlərə bonus ödənilmir. M.Məmmədli bildirib ki, hazırda icbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində sıxlıq və həkim sayının azlığı uzun növbələrə səbəb olur. O, problemdən çıxış yolunu iki məsələdə görür. Millət vəkili onu da bildirib ki, həkim çatışmazlığının qarşısı alınmalıdır ki, tibb müəssisələrinə üz tutan pasiyentlər uzun növbələrdə həkimin qəbuluna düşmək üçün gözləməsinlər:Radioloq Aydın Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün həkimlərə təyin edilən 35 xəstə limiti də çoxdur. A.Əliyev onu da deyir ki, bu, həkimlə pasiyenti üz-üzə qoymaqdır:İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində pasiyentlərə tibbi xidmət növbəlilik əsasında göstərilir.Belə ki, tibbi müayinənin növündən və xüsusiyyətindən asılı olaraq həkim üçün günlük hədd 15-35 pasiyent arasında dəyişir. Bu həddin müəyyən olunması zamanı beynəlxalq təcrübə nəzərə alınıb.Həkim gün ərzində işlədiyi müddətdə orta hesabla hər xəstəyə ən azı 10-15 dəqiqə vaxt ayrılır.Müayinə zamanı xəstənin şikayəti dinlənilir, ona dəqiqləşdirici suallar verilir, ehtiyac olduqda fiziki müayinə aparıla, resept yazıla və əlavə müayinələr təyin edilə bilər. Bəzi hallarda həkim əvvəlki müayinələrin nəticələri ilə tanış olur, təkrar gəlişlərdə onları sonuncu müayinə nəticələri ilə müqayisə edir.Həkimlərə pasiyent qəbulu limiti varmı?Cavabda o da bildirilir ki, ümumilikdə ambulator şəraitdə pasiyentlərin qəbulu üçün heç bir məhdudiyyət və ya limit tətbiq olunmur.Bir həkim gündə neçə pasiyentə baxır? Bu həkimin ixtisasına görə fərqlənirmi?Vurğulanır ki, beynəlxalq təcrübəyə əsasən hər bir pasiyentə ən azı 15 dəqiqə vaxt ayrılır, çünki həkim xəstənin şikayətlərini dinləyir, suallar verir, ehtiyac olarsa fiziki müayinə aparır və daha sonra resept yazır:Bir ay ərzində qəbula girməyən xəstələr üçün nə etmək olar?Sığortaolunanlara tibbi xidmətlər gözləmə müddətləri ərzində aşağıdakı şəkildə təqdim olunur:Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230408/tibb-muessiselerinde-uzun-novbeler-pasientleri-niye-bu-qeder-incidirler-453525796.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0c/02/469126061_190:0:2921:2048_1920x0_80_0_0_0b869a5955cb34136bcbe30e28ded847.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
həkim, icbari tibbi sığorta üzrə dövlət agentliyi, qəbul, xəstə, limit, azərbaycan, millət vəkili, xaricdə təhsil, işə qəbul, çatışmazlıq
həkim, icbari tibbi sığorta üzrə dövlət agentliyi, qəbul, xəstə, limit, azərbaycan, millət vəkili, xaricdə təhsil, işə qəbul, çatışmazlıq
Həkimlərə 35 xəstə limiti nə kimi problemlər yaradıb
Limitdən artıq pasiyent qəbul edən həkimlərə bonusların ödənilmədiyi bildirilir.
BAKI, 29 oktyabr — Sputnik. İcbari tibbi sığortanın tətbiq edildiyi tibb müəssisələrində həkimlərə gündəlik 35 xəstə qəbul etməklə bağlı tətbiq edilmiş limit ciddi problemlərə yol açıb. Sosial şəbəkələrdə pasiyentlər şikayətlənərək bildirirlər ki, tibb müəssisələrində həkimlər limit bitdikdən sonra xəstə qəbul etmirlər.
Bakıdakı 35 saylı şəhər polikilinikasında pasiyentlər bildiriblər ki, endekrinoloqun qəbuluna düşmək üçün pasiyentlər səhər saat 04:30-dan gəlib növbəyə dayanırlar. Şəkər xəstələri bildirib ki, burada həkim maksimum 50 xəstədən artıq pasiyent qəbul etmir. Növbəyə yazılan 50 xəstəni belə qəbul etməyə həkimin vaxtı çatmır. Belə ki, 30-cu xəstədən sonra həkimin iş saatı başa çatır. Gün ərzində qəbula yazılanlar növbəti gün həkimin qəbuluna düşmək ümidi ilə evə gedib sabahı gün obaşdan yenidən polikilinikaya gəlirlər.
Sputnik Azərbaycan həkimlərə gündəlik xəstə qəbulu ilə bağlı nə qədər limit qoyulduğunu, problemlərdən çıxış yollarını araşdırıb.
Millət vəkili, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dünyanın hər yerində həkimlərin xəstələrə baxışı üçün müəyyən zaman və limit tətbiq edilir. Deputat bildirib ki, pasiyenti hərtərəfli müayinə etmək, şikayətlərini dinləmək, müayinə planını hazırlanmaq, eləcə də digər həkimə yönləndirmək üçün müəyyən zaman hesablanaraq standartlar müəyyənləşib. Bu standratlar əsasında da hər pasiyentə baxış üçün minimal vaxt təyin edilib. Bu vaxta əsasən həkimin iş saatı bölünərək bir pasiyentə baxış vaxtı müəyyənləşib.
"Gün ərizində həkimin iş saatı 6 saatdır. Bir gündə həkimin qəbuluna 100 nəfər yazılsa belə, həkim nə fiziki, nə də vaxt baxımından onları qəbul edə bilməz. Hətta qəbul etsə belə, bu qədər xəstəni hərtərəfli müayinə etmək mümkün deyil. Bu, istər-istəməz tibbi xidmətin keyfiyyətinə öz təsirini göstərəcək", - deyə M. Məmmədli bildirib.
Deputat bundan əlavə, gün ərzində 35-dən artıq xəstə qəbul edən həkimlərə bonusların verilmədiyini də söyləyib.
M.Məmmədli bildirib ki, icbari tibbi sığortanın tətbiqindən sonra həkimlərə aylıq maaşdan əlavə müayinə etdikləri xəstə sayına görə bonuslar ödənilir. Amma xəstə sayına görə limitdən artıq pasiyent qəbul edən həkimlərə bonus ödənilmir.
M.Məmmədli bildirib ki, hazırda icbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində sıxlıq və həkim sayının azlığı uzun növbələrə səbəb olur. O, problemdən çıxış yolunu iki məsələdə görür.
"Cənab prezidentin qayğısı ilə tibb müəssisələrimiz müasir tibbi avadanlıqlarla təmin olunub. Tibb müəssisələri müasir standartlara uyğun qurulub. Sözsüz ki, bunlar hamısı tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə imkan yaradır. Amma bu gün Abşeron, Sumqayıt və ətraf rayonlardakı tibb müəssisələrində xəstə sıxlığı var. Bu sıxlığı azaltmaq üçün ilkin səhiyyə xidməti gücləndirilməlidir. Ambulator tibb müəssisələrinə müraciət edən pasiyentlər xəstəxanalarına yönləndirilir. Polikilinikaların işi xəstəyə göndəriş verib xəstəxanaya yönəltməkdən ibarət olmamalıdır. İlkin səhiyyə xidməti modernləşdirilməlidir ki, müraciət edən xəstə lazım gələndə orada tibbi xidmətlər ala bilsin. Hər kiçik tibbi xidmət üçün xəstəxanalara müraciət etməsin. Bu, xəstəxanalarda sıxlığı artıran əsas amillərdəndir", - deyə deputat bildirib.
Millət vəkili onu da bildirib ki, həkim çatışmazlığının qarşısı alınmalıdır ki, tibb müəssisələrinə üz tutan pasiyentlər uzun növbələrdə həkimin qəbuluna düşmək üçün gözləməsinlər:
"Bu gün gənc həkimlərin işə qəbulunda maneələr var. MDB məkanında tibb təhsili almış həkimlərə işə qəbulda maneə yaradılmamalıdır. Onları işə götürmək lazımdır ki, həkim çatışmazlığı aradan qalxsın".
Radioloq Aydın Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün həkimlərə təyin edilən 35 xəstə limiti də çoxdur.
"Bir gündə 35 xəstə qəbul etmək həkimin fiziki və zehni imkanı xaricindədir. Həkimin xəstəni qəbul edib şikayətlərini dinləməsinə, keçirdiyi xəstəlikləri öyrənməsinə və vizual müayinə etməsinə xeyli vaxt gedir. Nəzərə almaq lazımdır ki, həkim bundan sonra pasiyenti müayinələrə göndərib, sonra ona müalicə yaza bilər. Bütün bunlar üçün isə həkimə xeyli vaxt lazımdır. Otuz beş xəstəni qəbul edib onu müayinə etdikdə tibbi xidmətin də keyfiyyəti avtomatik olaraq aşağı düşür. Hələ regionlarda gün ərzində 120-130 xəstəni qəbul edən həkimlər var. Amma onlara 35 xəstədən artıq bonus verilmir. Bu, səhiyyə siyasətinin düzgün həyata keçirilməməsidir. Ona görə də həkimlər ölkədən gedərək xaricdə işləyirlər", - deyə mütəxəssis bildirir.
A.Əliyev onu da deyir ki, bu, həkimlə pasiyenti üz-üzə qoymaqdır:
"Xarici ölkələrdə həkimin bir gündə 40 xəstəyə baxmaq məcburiyyəti yoxdur. Çünki bu, tibbi xidmətin keyfiyyətini aşağı salır. Bizdə isə 35 xəstə limitini aşıb fədakarlıq göstərərək xəstələri müayinə edən həkimlərə əlavə bonus verilmir. Bu, həkimlərə qarşı haqsızlıq, pasiyentlərə qarşı isə hörmətsizlikdir".
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində pasiyentlərə tibbi xidmət növbəlilik əsasında göstərilir.
Belə ki, tibbi müayinənin növündən və xüsusiyyətindən asılı olaraq həkim üçün günlük hədd 15-35 pasiyent arasında dəyişir. Bu həddin müəyyən olunması zamanı beynəlxalq təcrübə nəzərə alınıb.
Həkim gün ərzində işlədiyi müddətdə orta hesabla hər xəstəyə ən azı 10-15 dəqiqə vaxt ayrılır.
Müayinə zamanı xəstənin şikayəti dinlənilir, ona dəqiqləşdirici suallar verilir, ehtiyac olduqda fiziki müayinə aparıla, resept yazıla və əlavə müayinələr təyin edilə bilər. Bəzi hallarda həkim əvvəlki müayinələrin nəticələri ilə tanış olur, təkrar gəlişlərdə onları sonuncu müayinə nəticələri ilə müqayisə edir.
Həkimlərə pasiyent qəbulu limiti varmı?
Cavabda o da bildirilir ki, ümumilikdə ambulator şəraitdə pasiyentlərin qəbulu üçün heç bir məhdudiyyət və ya limit tətbiq olunmur.
"Yəni həkimin iş saatı ərzində (6 saat) müraciət edən hər bir pasiyent qəbul edilməli və müayinə olunmalıdır. Limitin tətbiqi ilə bağlı şikayətlər, "limit" anlayışının yanlış anlaşılmasından qaynaqlana bilər. Burada əslində söhbət həkimlərin müayinə etdiyi xəstə sayına görə aldıqları bonus ödənişlərinin müəyyən həddindən gedir. Yəni, bu pasiyent qəbuluna qoyulan limit deyil", - cavabda qeyd olunur.
Bir həkim gündə neçə pasiyentə baxır? Bu həkimin ixtisasına görə fərqlənirmi?
Vurğulanır ki, beynəlxalq təcrübəyə əsasən hər bir pasiyentə ən azı 15 dəqiqə vaxt ayrılır, çünki həkim xəstənin şikayətlərini dinləyir, suallar verir, ehtiyac olarsa fiziki müayinə aparır və daha sonra resept yazır:
"Bu proses bəzən 30 dəqiqəyə qədər çəkə bilər. Həkimlərin iş saatlarına (gündə 6 saat) uyğun olaraq hər bir pasiyent üçün ortalama 12 dəqiqə vaxt nəzərdə tutulub. Həkimin iş saatının sonunda vaxt varsa, günlük növbədə gözləyən pasiyentlər qəbul edilməlidir. Bundan başqa, təcili tibbi yardıma ehtiyacı olan xəstələr, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları növbədən kənar qəbul edilir".
Bir ay ərzində qəbula girməyən xəstələr üçün nə etmək olar?
Sığortaolunanlara tibbi xidmətlər gözləmə müddətləri ərzində aşağıdakı şəkildə təqdim olunur:
İxtisaslı ambulator xidmət üçün göndəriş verildiyi tarixdən 14 gün ərzində göstərilir;
İnstrumental diaqnostik və laborator müayinələr üçün göndəriş tarixindən 14 gün ərzində təmin edilir;
Koxlear implant sistemi və oynaqdaxili endoprotezlərin yerləşdirilməsi xaric olmaqla planlı stasionar tibbi yardım göndəriş verildiyi tarixdən 20 gün ərzində həyata keçirilir;
Təcili və təxirəsalınmaz hallarda vətəndaşa tibbi yardım dərhal və tibbi göstərişə əsasən göstərilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.