DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gürcüstan ikinci Ukrayna olmaq istəmədi - Siyyarto

© AP Photo / Petros KaradjiasPeter Siyarto, arxiv
Peter Siyarto, arxiv - Sputnik Azərbaycan, 1920, 29.10.2024
Abunə olmaq
XİN rəhbəri deyib ki, bütün dünyada mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, hazırkı Gürcüstan hökumətinin Rusiya ilə sülh əldə etməsi böyük uğura çevrilib.
BAKI, 29 oktyabr — Sputnik. Gürcüstan ikinci Ukrayna olmaq istəmədi, ona görə də Rusiya ilə sülhü seçdi, xalq parlament seçkilərində dəqiq qərar verdi. Bunu Macarıstanın xarici işlər naziri Peter Siyyarto baş nazir Viktor Orbanla Tbilisiyə birgə səfəri zamanı deyib.
"Brüsseldə Gürcüstanın ikinci Ukrayna olmasını istəyən çox adam var, lakin Gürcüstan xalqı bununla razılaşmadı. Əgər Gürcüstan ikinci Ukrayna olsa, bu, məğlub müharibə demək olardı", diplomat vurğulayıb.
Onun sözlərinə görə, regionda və bütün dünyada mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, hazırkı Gürcüstan hökumətinin Rusiya ilə sülh əldə etməsi böyük uğura çevrilib.
Bundan əvvəl Macarıstan hökumətinin başçısı Gürcüstana rəsmi səfərə gəlib və burada gürcü həmkarı İrakli Kobaxidze ilə görüşüb. Orbanla birlikdə Siyarto, iqtisadi inkişaf naziri Marton Naqi, maliyyə naziri Mihali Varqa və dövlət katibi Yanoş Naqi Tbilisiyə uçublar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0