https://sputnik.az/20241029/fazil-mustafa-wikipediada-azerbaycan-sehidleri-haqqinda-meqaleler-birden-bire-silinib-468204760.html
Siyavuş Novruzov deputatları "Wikipedia"dan şəhidlərin adını silənlərlə mübarizəyə çağırdı
Siyavuş Novruzov deputatları "Wikipedia"dan şəhidlərin adını silənlərlə mübarizəyə çağırdı
Sputnik Azərbaycan
Komitə sədri deyib ki, bu addımı 5 nəfər adı, soyadı Azərbaycan vətəndaşı, amma qanı və DNK-sı erməniyə məxsus olan insan edib. 29.10.2024, Sputnik Azərbaycan
2024-10-29T12:20+0400
2024-10-29T12:20+0400
2024-10-29T12:29+0400
fazil mustafa
cəmiyyət
vikipediya
deputat
şəhid
məlumat
siyavuş novruzov
wikipedia
wikipedia-dan şəhidlərlə bağlı məlumatların silinməsi
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/16/468204593_0:35:3072:1763_1920x0_80_0_0_ed7f1de285939d7514797c6d953d5b85.jpg
BAKI, 29 oktyabr— Sputnik. “Wikipedia” platformasından şəhidlərimizin adını silənlərlə ciddi mübarizə aparmalıyıq. Bunu Milli Məclisin plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. O qeyd edib ki, bu addımı 5 nəfər adı, soyadı Azərbaycan vətəndaşı olan, amma qanı və DNK-sı erməniyə məxsus olan insan edib: “Onlar platformanın Azərbaycan seqmentindəki bu addımla kifayətlənməyib, şəhidlərin adının Türkiyə “Wikipedia”sından da çıxarılması ilə bağlı müraciət ediblər. İndi isə Xocalı qurbanlarının da adının bu platformadan çıxarılmasını istəyirlər. Qanunvericiliyə görə, şəhid Azərbaycanın ərazi bütövlüyü uğrunda canından olan şəxsdir. Bundan artıq ensiklopedik məlumat ola bilərmi?!”. Komitə sədri xatırladıb ki, Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı qanunlar qəbul edilib: “Aidiyyəti orqanlar bununla məşğul olmalıdırlar. Öncədən addım atmaq lazımdır ki, başqa məlumatlarımızın ensiklopedik olmadığını bəhanə edərək silməsinlər”. Parlamentin sədri Sahibə Qafarova isə bildirib ki, “Wikipedia” rəsmi, akademik ensiklopediya deyil. Bunu nəzərə almaq lazımdır". Qeyd edək ki, bir müddət öncə texnobloqer, Mətbuat Şurası İdarə Heyətinin üzvü Fərid Pərdəşünas Vətən müharibəsi şəhidləri ilə bağlı məqalələrin "Wikipedia"dan silindiyini bildirib. 22.10.24, 12:39Fazil Mustafa: “Wikipedia”da Azərbaycan şəhidləri haqqında məqalələr birdən-birə silinib"23 ildir mövcud olan “Wikipedia”da Azərbaycan şəhidləri haqqında məqalələr birdən-birə silinib". Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib. O, həmin məqalələrin platformanın tələblərinə, qaydalarına uyğun şəkildə hazırlanmasını təklif edib:Xatırladaq ki, bir müddət öncə texnobloqer, Mətbuat Şurası İdarə Heyətinin üzvü Fərid Pərdəşünas bildirib ki, Vətən müharibəsi şəhidləri ilə bağlı məqalələr "Wikipedia"dan silinib. O, üç min şəhidlə bağlı məlumatların "Wikipedia"dan tamamilə silindiyini öz sosial şəbəkə hesabında yazıb:Məsələ ilə bağlı “Qafqazinfo” "Wikipedia Azərbaycan"ın inzibatçısı Ayxan Ziyadzadə ilə əlaqə saxlayıb. İnzibatçı bildirib ki, şəhidlər haqqında informasiyaların tamamilə silinməsi barədə məlumatlar reallığı əks etdirmir. Həmin məlumatlar siyahılaşdırılıb və "Wikipedia"da verilib:“Şəhid məqalələri 2020-ci ildən başlayaraq Azərbaycanca "Wikipedia"da könüllülərin fərdi təşəbbüsü ilə müvəqqəti olaraq yaradılmışdı. Bunun məqsədi ilkin olaraq şəhidlərimiz haqqında məlumatın azad platformaya yerləşdirilməsi və geniş çərçivədə resurs mənbələrinin bunu özünə köçürməsi idi. "Wikipedia" buna görə uyğun idi ki, orada yazılan mətnlər müəllif hüquqları ilə qorunmur, hər kəs köçürə bilər. Buna baxmayaraq, son dörd il ərzində bu məqalələri saxlamaq çətinləşməyə başlamışdı”. A.Ziyadzadə əlavə edib ki, "Wikipedia" Azərbaycan Respublikasının nəzdində olan vebsayt deyil, qlobal platformadır və müəyyən qaydalar var ki, beynəlxalq formada tətbiq edilir:Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/16/468204593_341:0:3072:2048_1920x0_80_0_0_eb8f0ae209d700cb3fb7ab7477070426.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
fazil mustafa, vikipediya, deputat, şəhid, məlumat, siyavuş novruzov, wikipedia, wikipedia-dan şəhidlərlə bağlı məlumatların silinməsi
fazil mustafa, vikipediya, deputat, şəhid, məlumat, siyavuş novruzov, wikipedia, wikipedia-dan şəhidlərlə bağlı məlumatların silinməsi
Siyavuş Novruzov deputatları "Wikipedia"dan şəhidlərin adını silənlərlə mübarizəyə çağırdı
12:20 29.10.2024 (Yenilənib: 12:29 29.10.2024) Komitə sədri deyib ki, bu addımı 5 nəfər adı, soyadı Azərbaycan vətəndaşı, amma qanı və DNK-sı erməniyə məxsus olan insan edib.
BAKI, 29 oktyabr— Sputnik. “Wikipedia” platformasından şəhidlərimizin adını silənlərlə ciddi mübarizə aparmalıyıq. Bunu Milli Məclisin plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
O qeyd edib ki, bu addımı 5 nəfər adı, soyadı Azərbaycan vətəndaşı olan, amma qanı və DNK-sı erməniyə məxsus olan insan edib:
“Onlar platformanın Azərbaycan seqmentindəki bu addımla kifayətlənməyib, şəhidlərin adının Türkiyə “Wikipedia”sından da çıxarılması ilə bağlı müraciət ediblər. İndi isə Xocalı qurbanlarının da adının bu platformadan çıxarılmasını istəyirlər. Qanunvericiliyə görə, şəhid Azərbaycanın ərazi bütövlüyü uğrunda canından olan şəxsdir. Bundan artıq ensiklopedik məlumat ola bilərmi?!”.
Komitə sədri xatırladıb ki, Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı qanunlar qəbul edilib:
“Aidiyyəti orqanlar bununla məşğul olmalıdırlar. Öncədən addım atmaq lazımdır ki, başqa məlumatlarımızın ensiklopedik olmadığını bəhanə edərək silməsinlər”.
Parlamentin sədri Sahibə Qafarova isə bildirib ki, “Wikipedia” rəsmi, akademik ensiklopediya deyil. Bunu nəzərə almaq lazımdır".
Qeyd edək ki, bir müddət öncə texnobloqer, Mətbuat Şurası İdarə Heyətinin üzvü Fərid Pərdəşünas Vətən müharibəsi şəhidləri ilə bağlı məqalələrin "Wikipedia"dan silindiyini bildirib.
Fazil Mustafa: “Wikipedia”da Azərbaycan şəhidləri haqqında məqalələr birdən-birə silinib
"23 ildir mövcud olan “Wikipedia”da Azərbaycan şəhidləri haqqında məqalələr birdən-birə silinib". Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.
O, həmin məqalələrin platformanın tələblərinə, qaydalarına uyğun şəkildə hazırlanmasını təklif edib:
“Çünki “Wikipedia”nın əsas tələbi məqalələlərin tərəfsiz, neytral fikirlərlə yayımlanmasıdır. Bu sahədə könüllülərin sayı artırılmalı, proqram təminatı yaxşılaşdırılmalı, biliklər dərinləşdirilməlidir. Bu təmin edilərsə, erməni “Wikipedia”çılara bu məsələdə də qalib gələ bilərik”.
Xatırladaq ki, bir müddət öncə texnobloqer, Mətbuat Şurası İdarə Heyətinin üzvü Fərid Pərdəşünas bildirib ki, Vətən müharibəsi şəhidləri ilə bağlı məqalələr "Wikipedia"dan silinib.
O, üç min şəhidlə bağlı məlumatların "Wikipedia"dan tamamilə silindiyini öz sosial şəbəkə hesabında yazıb:
“Aralarında yüksək rütbəli hərbçilər, polkovnik-leytenantlar var. Müharibə illərində könüllü qruplar tərəfindən yaradılan şəhid məqalələri azərbaycanlı vikipediyaçılar tərəfindən təmamilə silindi. Onlar buna səbəb kimi, şəhidlərin qeyri-ensiklopedik şəxslər olduğunu əsas gətiriblər. Bu, birbaşa azərbaycanlı vikipediyaçıların şəxsi təşəbbüsü əsasında olub. Aylardır buna zəmin hazırlanırdı. Təsəvvür edin, Azərbaycanda adına küçə olan, illərini vətənə xidmətlə keçirən, 5 medal sahibi şəhid bu ölkə üçün qeyri-ensiklopedik adlandırılıb, "Wikipedia"dan silinir”.
Məsələ ilə bağlı “Qafqazinfo” "Wikipedia Azərbaycan"ın inzibatçısı Ayxan Ziyadzadə ilə əlaqə saxlayıb. İnzibatçı bildirib ki, şəhidlər haqqında informasiyaların tamamilə silinməsi barədə məlumatlar reallığı əks etdirmir. Həmin məlumatlar siyahılaşdırılıb və "Wikipedia"da verilib:
“Şəhid məqalələri 2020-ci ildən başlayaraq Azərbaycanca "Wikipedia"da könüllülərin fərdi təşəbbüsü ilə müvəqqəti olaraq yaradılmışdı. Bunun məqsədi ilkin olaraq şəhidlərimiz haqqında məlumatın azad platformaya yerləşdirilməsi və geniş çərçivədə resurs mənbələrinin bunu özünə köçürməsi idi. "Wikipedia" buna görə uyğun idi ki, orada yazılan mətnlər müəllif hüquqları ilə qorunmur, hər kəs köçürə bilər. Buna baxmayaraq, son dörd il ərzində bu məqalələri saxlamaq çətinləşməyə başlamışdı”.
A.Ziyadzadə əlavə edib ki, "Wikipedia" Azərbaycan Respublikasının nəzdində olan vebsayt deyil, qlobal platformadır və müəyyən qaydalar var ki, beynəlxalq formada tətbiq edilir:
“Biz əlimizdən gəldikcə o məqalələri saxlamağa çalışdıq, lakin artıq məsələ ABŞ-də yerləşən "Wikimedia" Fondunun diqqətinə belə çatmışdı. "Wikipedia"nın qaydalarına əsasən, həmin məqalələr ümumiyyətlə yaradılmamalı idi. Bu səbəblə son çarə kimi, artıq yaradılan məqalələrin öz məqsədinə çatdığı qənaətində olaraq konsensus ilə silinməsinə qərar verilmişdi. Buna baxmayaraq, həmin konsensus aylardır icra olunmurdu. Mən sadəcə silmə səlahiyyətlərinə malik bir inzibatçı kimi həmin konsensusu icra etmişəm. Şəhidlərin ruhu, mirası biz də daxil olmaqla bütün Azərbaycan vətəndaşları üçün ucadır. Biz onların mirasının davam etməsi üçün əlimizdən gələni etmişik və baş vermiş hadisənin bu cür şərh edilməsi məni şəxsən məyus edir”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.