https://sputnik.az/20241029/abs-mediasi-ozunu-cixilmaz-veziyyete-salib---zaxarova-468369738.html
ABŞ mediası özünü çıxılmaz vəziyyətə salıb - Zaxarova
ABŞ mediası özünü çıxılmaz vəziyyətə salıb - Zaxarova
Sputnik Azərbaycan
On illərdir ki, uzun hekayələr uydururlar, Harrisin Putini dəstəkləyəcəyini vəd edirlər, buna görə də ABŞ-da əsas informasiya axını çıxılmaz vəziyyətə düşüb. 29.10.2024, Sputnik Azərbaycan
2024-10-29T17:20+0400
2024-10-29T17:20+0400
2024-10-29T18:03+0400
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
dünya xəbərləri
mariya zaxarova
putin
rusiya prezidenti vladimir putin
abş prezidenti cozef bayden
co bayden
si cinpin
abş
donald tramp
https://cdnn1.img.sputnik.az/img/07e8/09/14/467545175_0:177:3011:1871_1920x0_80_0_0_1abd71e87b28cb8d4cc73e959788b5de.jpg
BAKI, 29 oktyabr — Sputnik. ABŞ mediası prezident seçkilərində namizədləri dəstəkləmək üçün "özlərini çıxılmaz vəziyyətə salıb". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. "ABŞ qəzetləri, media biznesinin maqnatları bir-birinin ardınca ABŞ seçkilərində kimisə dəstəkləməkdən imtina edirlər, çünki hər ikisinin üzərində "Rusiya" damğası va. On illərdir ki, hekayələr uydururlar, Harrisin Putini dəstəkləyəcəyini vəd edirlər, buna görə də ABŞ-da əsas informasiya axını çıxılmaz vəziyyətə düşüb", o, Telegram kanalında yazıb. Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı bildirib ki, Rusiya hazırkı prezident Co Baydenin tövsiyə etdiyi kimi ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisi dəstəkləyəcək. Rusiya lideri qeyd edib ki, Harrisin o qədər təsirli gülüşü var ki, onun yaxşı olduğu qənaətinə gəlmək olar. Bundan əvvəl ABŞ-ın ən böyük qəzetlərindən biri olan "Fox News" xəbər verib ki, "USA Today" ölkədə keçiriləcək prezident seçkilərində namizədləri dəstəkləməkdən imtina edib. Keçən həftə "Washington Post" 1988-ci ildən bəri ilk dəfə ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərində hansısa bir namizədi dəstəkləməyəcəyini açıqlamışdı. Buna etiraz olaraq iki qəzet köşə yazarı və iki redaktor artıq öz postlarını tərk edib. Washington Post tarixən Demokrat namizədləri dəstəkləyib və redaksiya heyəti ilkin olaraq Demokratlardan prezidentliyə namizəd Kamala Harrisə dəstəyini ifadə etmək niyyətində idi. 2024-cü il seçkilərində namizədi dəstəkləməmək qərarını qəzetin sahibi, internet nəhəngi Amazon-un qurucusu milyarder Ceff Bezos verib, qəzetin özü dörd anonim mənbəyə istinadən bildirib. "Washington Post"dan başqa, "Los Angeles Times" da əvvəllər demokratları dəstəkləməsinə baxmayaraq, bu seçkidə neytral mövqe tutub. Qərar qəzetin sahibi, milyarder Patrik Sun-Şiong tərəfindən verilib. O hesab edir ki, oxuculara şərh verməyə ehtiyac yoxdur və onlar qərarı özləri verməlidirlər. Artıq üç qəzetin əməkdaşı etiraz əlaməti olaraq vəzifəsini tərk edib. ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Vitse-prezident Kamala Harris Demokratlar Partiyasını, ABŞ-ın keçmiş prezidenti Donald Tramp isə Respublikaçıları təmsil edir. Rusiya dəfələrlə ABŞ seçkilərinə müdaxilə ilə bağlı ittihamlarını rədd edib. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya ABŞ-da prezident seçkilərinin gedişinə müdaxilə etmir, Moskva amerikalıların səs verdiyi istənilən prezidentlə işləməyə hazırdır. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov da bəyan edib ki, Rusiya Federasiyası ABŞ-ın daxili siyasi proseslərinə əvvəllər qarışmayıb və indi də qarışmır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20241029/vasinqtonun-qerari-zelenskini-cas-bas-salib-468374593.html
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/14/467545175_141:0:2870:2047_1920x0_80_0_0_6923d339e12055e5c04386fc62bfd253.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, putin, rusiya prezidenti vladimir putin, abş prezidenti cozef bayden, co bayden, si cinpin, abş, donald tramp, cef bezos, ceff bezos
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, putin, rusiya prezidenti vladimir putin, abş prezidenti cozef bayden, co bayden, si cinpin, abş, donald tramp, cef bezos, ceff bezos
ABŞ mediası özünü çıxılmaz vəziyyətə salıb - Zaxarova
17:20 29.10.2024 (Yenilənib: 18:03 29.10.2024) On illərdir ki, uzun hekayələr uydururlar, Harrisin Putini dəstəkləyəcəyini vəd edirlər, buna görə də ABŞ-da əsas informasiya axını çıxılmaz vəziyyətə düşüb.
BAKI, 29 oktyabr — Sputnik. ABŞ mediası prezident seçkilərində namizədləri dəstəkləmək üçün "özlərini çıxılmaz vəziyyətə salıb". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"ABŞ qəzetləri, media biznesinin maqnatları bir-birinin ardınca ABŞ seçkilərində kimisə dəstəkləməkdən imtina edirlər, çünki hər ikisinin üzərində "Rusiya" damğası va. On illərdir ki, hekayələr uydururlar, Harrisin Putini dəstəkləyəcəyini vəd edirlər, buna görə də ABŞ-da əsas informasiya axını çıxılmaz vəziyyətə düşüb", o, Telegram kanalında yazıb.
Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı bildirib ki, Rusiya hazırkı prezident Co Baydenin tövsiyə etdiyi kimi ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisi dəstəkləyəcək. Rusiya lideri qeyd edib ki, Harrisin o qədər təsirli gülüşü var ki, onun yaxşı olduğu qənaətinə gəlmək olar.
Bundan əvvəl ABŞ-ın ən böyük qəzetlərindən biri olan "Fox News" xəbər verib ki, "USA Today" ölkədə keçiriləcək prezident seçkilərində namizədləri dəstəkləməkdən imtina edib.
Keçən həftə "Washington Post" 1988-ci ildən bəri ilk dəfə ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərində hansısa bir namizədi dəstəkləməyəcəyini açıqlamışdı. Buna etiraz olaraq iki qəzet köşə yazarı və iki redaktor artıq öz postlarını tərk edib. Washington Post tarixən Demokrat namizədləri dəstəkləyib və redaksiya heyəti ilkin olaraq Demokratlardan prezidentliyə namizəd Kamala Harrisə dəstəyini ifadə etmək niyyətində idi. 2024-cü il seçkilərində namizədi dəstəkləməmək qərarını qəzetin sahibi, internet nəhəngi Amazon-un qurucusu milyarder Ceff Bezos verib, qəzetin özü dörd anonim mənbəyə istinadən bildirib.
"Washington Post"dan başqa, "Los Angeles Times" da əvvəllər demokratları dəstəkləməsinə baxmayaraq, bu seçkidə neytral mövqe tutub. Qərar qəzetin sahibi, milyarder Patrik Sun-Şiong tərəfindən verilib. O hesab edir ki, oxuculara şərh verməyə ehtiyac yoxdur və onlar qərarı özləri verməlidirlər. Artıq üç qəzetin əməkdaşı etiraz əlaməti olaraq vəzifəsini tərk edib.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Vitse-prezident Kamala Harris Demokratlar Partiyasını, ABŞ-ın keçmiş prezidenti Donald Tramp isə Respublikaçıları təmsil edir.
Rusiya dəfələrlə ABŞ seçkilərinə müdaxilə ilə bağlı ittihamlarını rədd edib. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya ABŞ-da prezident seçkilərinin gedişinə müdaxilə etmir, Moskva amerikalıların səs verdiyi istənilən prezidentlə işləməyə hazırdır. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov da bəyan edib ki, Rusiya Federasiyası ABŞ-ın daxili siyasi proseslərinə əvvəllər qarışmayıb və indi də qarışmır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.