Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Diqqət: Şagirdlərinin elektron yerdəyişməsinə start verilir - MÜTDA direktoru

© Sputniku Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA)direktoru Eşqi Bağırov
u Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA)direktoru Eşqi Bağırov  - Sputnik Azərbaycan, 1920, 29.10.2024
Abunə olmaq
MÜTDA sədri deyib ki, 01 noyabr 2024-cü il saat 11:00-da 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start veriləcək və yerdəyişmə prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.
BAKI, 29 oktyabr — Sputnik. 2024-cü ildə 4-cü və 6-cı siniflərdə oxuyan 300 mindən çox şagird monitorinqə cəlb edilib. Bunu MÜTDA direktoru Eşqi Bağırov bildirib.
Eşqi Bağırov bildirib ki, monitorinq nəticələrinə görə məktəblərin və müəllimlərin fəaliyyəti qiymətləndirilir:
"Şagird nailiyyətlərinin yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin müəyyən edilməsi, eyni zamanda, tədrisin keyfiyyətinin artırılması Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əsas hədəflərindəndir. Bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir. Bu məqsədllə 2024-cü il 18-19 may tarixlərində ölkə üzrə IV və VI sinif şagirdləri üçün monitorinqlər təşkil olunub. Monitorinqlərdə ümumilikdə 300.000-dən çox şagird iştirak edib.
Bu monitorinq nəticələrinə görə biz də Agentlik olaraq həm İdarələrin, həm məktəblərin fəaliyyətini qiymətləndiririk. Bu nəticələr məktəblər və müəllimlərin fəaliyyətinin obyektiv güzgüsüdür. Məktəblərimizdə çalışan direktor və müəllimlərimizin qiymətləndirilməsində yalnız onların öz göstəriciləri deyil, eyni zamanda yetişdirdikləri uşaqların nəticələri də göstəricidir. Qeyd edək ki, ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq tədris dili və riyaziyyat, VI siniflərində isə tədris dili, riyaziyyat və təbiət fənləri üzrə təşkil olunub. Nəticələr avqust ayından etibarən MÜTDA-nın regional bölmələrinə təqdim edilib".
MÜTDA sədri deyib ki, 01 noyabr 2024-cü il saat 11:00-da 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start veriləcək və yerdəyişmə prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.
Onun sözlərinə görə, müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər 01 noyabr - 01 dekabr 2024-cü il tarixləri arasında ümumi təhsil müəssisələrinə qəbul üçün sy.edu.az vasitəsilə müraciət edə bilərlər.
"Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsi prosesi isə 25 noyabr saat 11:00-dan etibarən aktiv ediləcək. Şagirdlərin elektron yerdəyişməsi sistemində 2024-2025-ci tədris ilində tətbiq edilən yeniliyə əsasən istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinin artırılması məqsədi ilə Azərbaycan Respublikası vətəndaşları və ölkə ərazisində müvəqqəti və daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşlarının şəxsi kabinetə "istifadəçi adı və şifrə" ilə daxil olması məhdudlaşdırılacaq. Şəxsi kabinetə giriş yalnız Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi ("Digital Login") ilə həyata keçiriləcək. Vətəndaşların tətbiq edilən yeniliklə tanış olması məqsədilə 31 oktyabr saat 15:00-dan etibarən sy.edu.az saytında şəxsi kabinet yaratmaq və mövcud kabinetə "Digital Login" vasitəsilə daxil olmaq funksiyası aktiv ediləcək", Eşqi Bağırov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0