DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə və Rusiya bank köçürmələri ilə bağlı problemi həll edir - mənbə

© AP Photo / Ghaith AlsayedLirə
Lirə - Sputnik Azərbaycan, 1920, 28.10.2024
Abunə olmaq
Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, iki ölkənin müvafiq qurumları bank əməliyyatları ilə bağlı problemlərin həlli üzərində işləyirlər.
BAKI, 28 oktyabr — Sputnik. Türkiyə və Rusiya bank köçürmələri problemini həll etmək üçün danışıqlar aparır, tərəflər bütün təfərrüatları açıqlamağa üstünlük vermirlər. Bu barədə Ankaranın diplomatik mənbəsi "RİA Novosti"yə bildirib.
Kazanda keçirilən BRİKS sammiti çərçivəsində Türkiyə və Rusiya Federasiyası liderləri arasında danışıqlar zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, iki ölkənin müvafiq qurumları bank əməliyyatları ilə bağlı problemlərin həlli üzərində işləyirlər.

"Dövlət başçıları öz tapşırıqlarını veriblər, proses gedir. Təfərrüatlar açıqlanmır", - agentliyin həmsöhbəti bildirib.

Türkiyənin maliyyə naziri Mehmet Şimşək keçən həftə qeyd edib ki, Türkiyənin maliyyə sistemi sanksiyalardan qorxduğu üçün Rusiya Federasiyası ilə əməliyyatları çox diqqətlə yoxlayır, hətta söhbət sanksiyaya məruz qalmayan kontragentlərdən getsə belə, şikayətlər hər iki tərəfdən gəlir.
Rusiya dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyalarının uğursuzluğunu etiraf etməyə cəsarəti yoxdur.
Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib. Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl söyləyib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0