https://sputnik.az/20241028/tehran-ve-ankara-tel-evive-silah-embarqosu-tetbiq-etmeye-davam-edir-468356252.html
Tehran və Ankara Təl-Əvivə silah embarqosu tətbiq etməyə davam edir
Tehran və Ankara Təl-Əvivə silah embarqosu tətbiq etməyə davam edir
Sputnik Azərbaycan
Baqai bildirib ki, silah embarqosu mövzusu İslam Əməkdaşlıq Təşkilatında müzakirəyə çıxarılan mövzulardan biridir. 28.10.2024, Sputnik Azərbaycan
2024-10-28T23:06+0400
2024-10-28T23:06+0400
2024-10-28T23:06+0400
ankara
livan
qəzza
tehran
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/41869/26/418692677_0:321:3071:2048_1920x0_80_0_0_5f616196367071a6dd055bb9bc0eab36.jpg
BAKI, 28 oktyabr — Sputnik. İran və Türkiyə İsrailə silah tədarükü üzrə embarqo tətbiq etmək istəyən müxtəlif ölkələrlə danışıqlar aparmağa davam edir. Hazırki mərhələdə Qəzza zolağında və Livanda hərbi əməliyyatlar aparmaq üçün Təl-Əvivin Qərb silahlarından istifadəsini dayandırması vacibdir. Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi həftəlik mətbuat konfransı zamanı deyib. İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, hazırkı mərhələdə İsrailin Qəzza zolağında hücumlar həyata keçirmək və Livanda aqressiya yaratmaq üçün "ABŞ və digər Qərb dövlətlərinin hədiyyə etdiyi" silahlardan istifadə edə bilməməsi vacibdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
tehran
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41869/26/418692677_82:0:2813:2048_1920x0_80_0_0_aebe01639cc14ced912dda29601d1198.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ankara, livan, qəzza, tehran
ankara, livan, qəzza, tehran
Tehran və Ankara Təl-Əvivə silah embarqosu tətbiq etməyə davam edir
Baqai bildirib ki, silah embarqosu mövzusu İslam Əməkdaşlıq Təşkilatında müzakirəyə çıxarılan mövzulardan biridir.
BAKI, 28 oktyabr — Sputnik. İran və Türkiyə İsrailə silah tədarükü üzrə embarqo tətbiq etmək istəyən müxtəlif ölkələrlə danışıqlar aparmağa davam edir. Hazırki mərhələdə Qəzza zolağında və Livanda hərbi əməliyyatlar aparmaq üçün Təl-Əvivin Qərb silahlarından istifadəsini dayandırması vacibdir.
Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi həftəlik mətbuat konfransı zamanı deyib.
"Bu, bizim müxtəlif ölkələrlə ikitərəfli danışıqlarda həmişə müzakirə etdiyimiz və İslam Əməkdaşlıq Təşkilatında (İƏT) müzakirəyə çıxardığımız mövzulardan biridir. Son vaxtlar İran və Türkiyə də daxil olmaqla bir sıra İslam ölkələri tərəfindən İsrail rejiminə silah embarqosu tətbiqi ilə bağlı təşəbbüs həyata keçirilib", - Baqai bildirib.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, hazırkı mərhələdə İsrailin Qəzza zolağında hücumlar həyata keçirmək və Livanda aqressiya yaratmaq üçün "ABŞ və digər Qərb dövlətlərinin hədiyyə etdiyi" silahlardan istifadə edə bilməməsi vacibdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.