Tarixdə bu gün: 28 oktyabr – FOTO
10:59 28.10.2024 (Yenilənib: 14:19 28.10.2024)
© Sputnik / Elnur Salayev28 oktyabr
© Sputnik / Elnur Salayev
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 25 oktyabr — Sputnik. Oktyabrın 28-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Oktyabrın 28-də kimlər anadan olub?
Mirzə İbrahimov (1911-1993) - Azərbaycanın xalq yazıçısı, dramaturqu və əməkdar incəsənət xadimidir. O, Beynəlxalq Nehru mükafatı və Azərbaycan Dövlət mükafatı laureatıdır. Yazıçı "Giqantlar ölkəsində", "Həyat üçün", "Həyat və ədəbiyyat", "Gələcək üçün" əsərlərinin müəllifidir.
© Photo : Public DomenMirzə İbrahimov
Mirzə İbrahimov
© Photo : Public Domen
Kano Ciqoro (1860-1938) - yapon döyüş sənəti ustası, cüdonun yaradıcısı və Kodokan məktəbinin qurucusudur.
© Photo : Public DomenKano Ciqoro
Kano Ciqoro
© Photo : Public Domen
Qarrinça (1933-1983) - braziliyalı futbolçu və sağ cinah müdafiəçisidir. Onun əsl adı Manuel Fransisku dus Santusdur. O, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının sorğusuna əsasən, dünyanın ən yaxşı futbolçuları sırasında 8-ci və XX əsrin Cənubi Amerikasının ən yaxşı futbolçuları arasında 4-cü yerdədir. Braziliyada Qarrinça milli futbol tarixində Peledən sonra ikinci oyunçu hesab olunur.
© Photo : Public DomenQarrinça
Qarrinça
© Photo : Public Domen
Bill Qeyts (1955) - amerikalı sahibkar və ictimai xadimdir. O, "Microsoft"un keçmiş ən böyük səhmdarıdır.
© AP Photo / Elaine ThompsonBill Qeyts
Bill Qeyts
© AP Photo / Elaine Thompson
Eros Ramazzotti (1963) - italiyalı müğənnidir. O, albomlarını əsasən italyan və ispan dillərində buraxıb.
© AP Photo/Diether EndlicherEros Ramazzotti
Eros Ramazzotti
© AP Photo/Diether Endlicher
Culiya Roberts (1967) - ABŞ kino aktrisasıdır. O, "Gözəlçə", "Ouşenin 11 dostu", "Çarli Uilsonun müharibəsi", "Sevgililər günü" və s. filmlərdə rol alıb.
Culiya Roberts
© Sputnik / Ekaterina Chesnokova
/ Oktyabrın 28-də dünyada baş verən tarixi hadisələr
1886-cı ildə Nyu Yorkda Azadlıq heykəlinin açılışı olub.
Nyu Yorkda Azadlıq heykəli, arxiv
Nyu Yorkda Azadlıq heykəli, arxiv
1914-cü ildə "Kodak" şirkəti rəngli fotoqrafiya texnologiyasını inkişaf etdirməyə başlayıb.
1972-ci ildə dünyanın ilk iki mühərrikli geniş gövdəli "Airbus A300" sərnişin təyyarəsinin ilk uçuşu baş tutub. Bu, "Airbus" tərəfindən hazırlanmış ilk təyyarədir.
© Sputnik / Павел БедняковAirbus А-320, arxiv
Airbus А-320, arxiv
© Sputnik / Павел Бедняков
1995-ci ildə Azərbaycanda "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə yerləşən Bakı metropoliteninin qatarında yanğın baş verib, nəticədə 289 nəfər (126 qadın, 28 uşaq, 3 xilasedici) həlak olmuş, 270 nəfər yaralanıb. Yanğına səbəb vaqonda yaranan texniki nasazlıqlar və sürücünün səhv hərəkətləri olub. Araşdırma zamanı terror aktı əlamətləri aşkar edilməyib.
2002-ci ildə Beynəlxalq Animasiya Filmləri Assosiasiyasının Fransa bölməsinin təşəbbüsü ilə Beynəlxalq Animasiya Günü təsis edilib.
© © Стоп-кадр из фильма"Ələddin" animasiya filmi, arxiv
"Ələddin" animasiya filmi, arxiv
© © Стоп-кадр из фильма
2011-ci ildə Beynəlxalq Cüdo Federasiyası Ümumdünya Cüdo Gününü təsis edib və bu idman növünün banisi Ciqoro Kanonun doğum günü həsr olan 28 oktyabrda qeyd olunur.
© Sputnik / Murad OrujovCüdo, arxiv
Cüdo, arxiv
© Sputnik / Murad Orujov
2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusu Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndlərini, Füzuli rayonunun Mandılı kəndini, Cəbrayıl rayonunun Qazənzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndlərini, Qubadlı rayonunun Qiyaslı, Əbilcə və Qılıcan kəndlərini erməni işğalından azad edib.
© AR Ministry of DefenceZəngilan rayonunun Mincivan qəsəbəsi
Zəngilan rayonunun Mincivan qəsəbəsi
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.