https://sputnik.az/20241028/sepah-rehberi-srailin-rana-zerbesi-aci-neticelere-sebeb-olan-sehv-hesablamadir-468347472.html
SEPAH rəhbəri: İsrailin İrana zərbəsi "acı nəticələrə" səbəb olan səhv hesablamadır
SEPAH rəhbəri: İsrailin İrana zərbəsi "acı nəticələrə" səbəb olan səhv hesablamadır
Sputnik Azərbaycan
"RİA Novosti" qeyd edib ki, oktyabrın 26-da Tehranın mərkəzi hissəsində, Rusiya Federasiyasının səfirliyinin ərazisində təxminən bir dəqiqə davam edən ikinci... 28.10.2024, Sputnik Azərbaycan
2024-10-28T16:58+0400
2024-10-28T16:58+0400
2024-10-28T16:58+0400
sepah
dünya xəbərləri
israil
təl-əviv
iran
https://cdnn1.img.sputnik.az/img/07e5/07/07/427413723_0:319:3072:2047_1920x0_80_0_0_bc07b5fbc57bd0d1a92af970d9bfad4e.jpg
BAKI, 28 oktyabr — Sputnik. İsrailin İran ərazisinə zərbəsi Təl-Əvivin çarəsizliyini göstərir və bu zərbə İsrail üçün "ağlasığmaz dərəcədə acı nəticələri" səbəb olacaq. Bunu İslam İnqilabı Keşikçiləri Korpusunun ("SEPAH", İran İslam Respublikasının silahlı qüvvələrinin ən böyük qoşunu) komandiri, general-mayor Hüseyn Səlami deyib. Oktyabrın 26-na keçən gecə İsrail Müdafiə Ordusu (TSAXAL) oktyabrın 1-də yəhudi dövlətinə qarşı hücumlara cavab olaraq İrandakı hərbi obyektlərə zərbələr endirdiyini açıqlayıb. "CBS News" telekanalı mənbəyə istinadən xəbər verib ki, İsrailin İrana hücumu yalnız hərbi hədəflərlə məhdudlaşıb və nüvə, ya da neft obyektlərinə şamil edilməyib. "İRNA" xəbər agentliyinin məlumatına görə, İranın neft sənayesi obyektlərindən heç birinə ziyan dəyməyib. İran mediası 4 hərbçinin həlak olduğu barədə məlumat yayıb. Bu yaxınlarda agentlik İsrailin Tehranın qərbində və cənub-qərbində bir sıra hərbi bazalara zərbə endirdiyini iddia edib. Eyni zamanda, "Tasnim" xəbər agentliyi bildirib ki, İran paytaxtının qərbində və cənub-qərbində yerləşən İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi mərkəzlərinə zərər dəyməyib. "RİA Novosti" müxbirinin verdiyi məlumata görə, oktyabrın 26-da Moskva vaxtı ilə saat 4.25 radələrində Tehranın mərkəzi hissəsində, Rusiya Federasiyasının səfirliyinin ərazisində təxminən bir dəqiqə davam edən ikinci silsiləli partlayış səsləri eşidilib. İsrail oktyabrın 1-dən Livanın cənubundakı "Hizbullah" hərəkatının qüvvələrinə qarşı quru əməliyyatı keçirir və şiə hərəkatının liderləri də daxil olmaqla, artıq 2,5 mindən çox insanın həlak olduğu qonşu ölkənin havadan bombardmanını davam etdirir. İtkilərə, o cümlədən komanda heyətinə baxmayaraq, "Hizbullah" quru döyüşləri davam etdirir və İsrail ərazisinə raket atəşlərini dayandırmır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
təl-əviv
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/07/427413723_343:0:3072:2047_1920x0_80_0_0_c7db3f25b657985abf48b2ed533bd5b4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sepah, israil, təl-əviv, iran
sepah, israil, təl-əviv, iran
SEPAH rəhbəri: İsrailin İrana zərbəsi "acı nəticələrə" səbəb olan səhv hesablamadır
"RİA Novosti" qeyd edib ki, oktyabrın 26-da Tehranın mərkəzi hissəsində, Rusiya Federasiyasının səfirliyinin ərazisində təxminən bir dəqiqə davam edən ikinci silsiləli partlayış səsləri eşidilib.
BAKI, 28 oktyabr — Sputnik. İsrailin İran ərazisinə zərbəsi Təl-Əvivin çarəsizliyini göstərir və bu zərbə İsrail üçün "ağlasığmaz dərəcədə acı nəticələri" səbəb olacaq.
Bunu İslam İnqilabı Keşikçiləri Korpusunun ("SEPAH", İran İslam Respublikasının silahlı qüvvələrinin ən böyük qoşunu) komandiri, general-mayor Hüseyn Səlami deyib.
Oktyabrın 26-na keçən gecə İsrail Müdafiə Ordusu (TSAXAL) oktyabrın 1-də yəhudi dövlətinə qarşı hücumlara cavab olaraq İrandakı hərbi obyektlərə zərbələr endirdiyini açıqlayıb. "CBS News" telekanalı mənbəyə istinadən xəbər verib ki, İsrailin İrana hücumu yalnız hərbi hədəflərlə məhdudlaşıb və nüvə, ya da neft obyektlərinə şamil edilməyib. "İRNA" xəbər agentliyinin məlumatına görə, İranın neft sənayesi obyektlərindən heç birinə ziyan dəyməyib. İran mediası 4 hərbçinin həlak olduğu barədə məlumat yayıb.
"Ölkənin hava hücumundan müdafiə qüvvələrinin hazırlığı sayəsində qarşısına qoyduğu məqsədlərinə çata bilməyən qaniçən İsrail rejiminin qanunsuz hərəkətləri İslam müqavimətinin böyük cəbhəsinin hərbçiləri ilə döyüş meydanında, xüsusən də Qəzza və Livanda (zolağında - red.) bu rejimin səhv hesablamasını və çarəsizliyini göstərir və bu hərəkətlər həqiqətən də İsrail işğalçıları üçün ağlasığmaz dərəcədə acı nəticələrə səbəb olacaq", - "Fars" agentliyi "SEPAH" rəhbərinin sözlərini sitat gətirir.
Bu yaxınlarda agentlik İsrailin Tehranın qərbində və cənub-qərbində bir sıra hərbi bazalara zərbə endirdiyini iddia edib. Eyni zamanda, "Tasnim" xəbər agentliyi bildirib ki, İran paytaxtının qərbində və cənub-qərbində yerləşən İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi mərkəzlərinə zərər dəyməyib.
"RİA Novosti" müxbirinin verdiyi məlumata görə, oktyabrın 26-da Moskva vaxtı ilə saat 4.25 radələrində Tehranın mərkəzi hissəsində, Rusiya Federasiyasının səfirliyinin ərazisində təxminən bir dəqiqə davam edən ikinci silsiləli partlayış səsləri eşidilib.
İsrail oktyabrın 1-dən Livanın cənubundakı "Hizbullah" hərəkatının qüvvələrinə qarşı quru əməliyyatı keçirir və şiə hərəkatının liderləri də daxil olmaqla, artıq 2,5 mindən çox insanın həlak olduğu qonşu ölkənin havadan bombardmanını davam etdirir. İtkilərə, o cümlədən komanda heyətinə baxmayaraq, "Hizbullah" quru döyüşləri davam etdirir və İsrail ərazisinə raket atəşlərini dayandırmır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.