https://sputnik.az/20241028/ozbekistan-parlamentine-seckiler-reqabet-esasinda-kecirilib---mdb-missiyasi-468345857.html
Özbəkistan parlamentinə seçkilər rəqabət əsasında keçirilib - MDB missiyası
Özbəkistan parlamentinə seçkilər rəqabət əsasında keçirilib - MDB missiyası
Sputnik Azərbaycan
Seçkilər Özbəkistanın konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə tam uyğun keçirilib və respublika vətəndaşlarının öz iradəsini azad ifadə etməsi... 28.10.2024, Sputnik Azərbaycan
2024-10-28T11:44+0400
2024-10-28T11:44+0400
2024-10-28T11:44+0400
dünya xəbərləri
sergey lebedev
özbəkistan
parlament seçkisi
mdb
missiya
https://cdnn1.img.sputnik.az/img/07e8/02/08/462491940_0:156:3000:1844_1920x0_80_0_0_5bbd40f7b891359f1ab802c8876a70ae.jpg
BAKI, 28 oktyabr — Sputnik. Özbəkistan parlamentinin qanunvericilik (aşağı) palatasına seçkilər vətəndaşların öz iradəsini azad ifadə etməsini təmin etməklə rəqabət əsasında keçirilib. Bunu Birlik ölkələrindən olan müşahidəçilər missiyasının rəhbəri, MDB-nin baş katibi Sergey Lebedev bildirib. Oktyabrın 27-də Özbəkistan parlamentinin qanunvericilik palatasına seçkilər keçirilib. Ölkədə ilk dəfə olaraq deputatlar qarışıq majoritar-proporsional modeldən istifadə etməklə yeni beşillik müddətə seçiliblər: aşağı palatadakı 150 yerdən 75 deputat birmandatlı dairələr üzrə, qalan 75-i isə siyasi partiyalara verilən səslər əsasında vahid seçki dairəsi üzrə seçilib. MDB baş katibi bildirib ki, seçkilər Özbəkistanın konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə tam uyğun keçirilib və respublika vətəndaşlarının öz iradəsini azad ifadə etməsi təmin edilib. Lebedev qeyd edib ki, respublikada seçkilər zamanı beynəlxalq müşahidəçilərin işləməsi üçün bütün lazımi şərait yaradılıb. Seçkilərdə ümumi fəallıq 74,72 faiz və ya 15 milyondan çox seçici olub. Səsvermə nəticəsində rəsmi qeydiyyatdan keçmiş beş partiyanın hamısı yeni parlamentə daxil olub. Özbəkistan Liberal Demokrat Partiyası (UzLiDeP) və Özbəkistanın Milliy Tiklaniş (Milli Dirçəliş) Demokratik Partiyasının nümayəndələri mandatların əksəriyyətini - müvafiq olaraq 64 və 29-u saxlayıblar. "Adolat" Sosial Demokrat Partiyası ("Ədalət"), Özbəkistan Xalq Demokratik Partiyası (XDP) və Ekologiya Partiyası: müvafiq olaraq 21,20 və 16 mandat əldə ediblər. Bundan əvvəl Azərbaycandan olan iştirakçının kurator layihəsinin Daşkənddəki müsabiqədə ikinci yeri tutduğu barədə məlumat verilmişdi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/08/462491940_167:0:2834:2000_1920x0_80_0_0_626ac46fa8097448ac893c51abf6d2d4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
sergey lebedev, özbəkistan, parlament seçkisi, mdb, missiya
sergey lebedev, özbəkistan, parlament seçkisi, mdb, missiya
Özbəkistan parlamentinə seçkilər rəqabət əsasında keçirilib - MDB missiyası
Seçkilər Özbəkistanın konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə tam uyğun keçirilib və respublika vətəndaşlarının öz iradəsini azad ifadə etməsi təmin edilib.
BAKI, 28 oktyabr — Sputnik. Özbəkistan parlamentinin qanunvericilik (aşağı) palatasına seçkilər vətəndaşların öz iradəsini azad ifadə etməsini təmin etməklə rəqabət əsasında keçirilib.
Bunu Birlik ölkələrindən olan müşahidəçilər missiyasının rəhbəri, MDB-nin baş katibi Sergey Lebedev bildirib.
Oktyabrın 27-də Özbəkistan parlamentinin qanunvericilik palatasına seçkilər keçirilib. Ölkədə ilk dəfə olaraq deputatlar qarışıq majoritar-proporsional modeldən istifadə etməklə yeni beşillik müddətə seçiliblər: aşağı palatadakı 150 yerdən 75 deputat birmandatlı dairələr üzrə, qalan 75-i isə siyasi partiyalara verilən səslər əsasında vahid seçki dairəsi üzrə seçilib.
"Ali Məclisə seçkilər açıq, rəqabətli, ədalətli və demokratik seçkilərin keçirilməsinin hamılıqla qəbul edilmiş prinsiplərinə uyğun olub", - MDB müşahidəçilər missiyasının yekun brifinqində Lebedev deyib.
MDB baş katibi bildirib ki, seçkilər Özbəkistanın konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə tam uyğun keçirilib və respublika vətəndaşlarının öz iradəsini azad ifadə etməsi təmin edilib.
Lebedev qeyd edib ki, respublikada seçkilər zamanı beynəlxalq müşahidəçilərin işləməsi üçün bütün lazımi şərait yaradılıb.
Seçkilərdə ümumi fəallıq 74,72 faiz və ya 15 milyondan çox seçici olub. Səsvermə nəticəsində rəsmi qeydiyyatdan keçmiş beş partiyanın hamısı yeni parlamentə daxil olub. Özbəkistan Liberal Demokrat Partiyası (UzLiDeP) və Özbəkistanın Milliy Tiklaniş (Milli Dirçəliş) Demokratik Partiyasının nümayəndələri mandatların əksəriyyətini - müvafiq olaraq 64 və 29-u saxlayıblar. "Adolat" Sosial Demokrat Partiyası ("Ədalət"), Özbəkistan Xalq Demokratik Partiyası (XDP) və Ekologiya Partiyası: müvafiq olaraq 21,20 və 16 mandat əldə ediblər.
Bundan əvvəl Azərbaycandan olan iştirakçının kurator layihəsinin Daşkənddəki müsabiqədə ikinci yeri tutduğu barədə məlumat verilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.