NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft üç dollardan çox ucuzlaşdı - Nə baş verir?

© iStock.com / ArmastasNeft
Neft  - Sputnik Azərbaycan, 1920, 28.10.2024
Abunə olmaq
Keçən həftə gələn ay ABŞ-da keçiriləcək seçkilər ətrafında qeyri-müəyyənlik şəraitində neft qiymətləri 4% dəyər qazanıb.
BAKI, 28 oktyabr — Sputnik. Həftə sonu İsrailin İrana zərbəsinin Tehranın neft və nüvə obyektlərindən yan keçməsi və enerji təchizatını kəsməməsi, Yaxın Şərqdə gərginliyi azaltmasından sonra bazar ertəsi neft qiymətləri 3 dollardan çox ucuzlaşıb.
Həm "Brent" , həm də ABŞ-nin Qərbi Texas ("WTI") nefti oktyabrın 1-dən bəri ən aşağı səviyyəyə çatıb. Belə ki, bu gün "Brent" 3,35 dollar və ya 4,4% azalaraq 72,70 dollar, "WTI" nefti 3,27 dollar və ya 4,6% azalaraq 68,51 dollar olub.
Keçən həftə gələn ay ABŞ-da keçiriləcək seçkilər ətrafında qeyri-müəyyənlik şəraitində neft qiymətləri 4% dəyər qazanıb.
Oktyabr ayında Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) dekabr ayından hasilatı artırmağa başlamaq planı da daxil olmaqla, neft hasilat siyasətini dəyişməz saxlayıb.
Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatı 2024-2025-ci il üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu azaldıb. Proqnoza əsasən, gələn il qeyd olunan göstəricinin 105,78 mln. barel olacağı proqnozaşdırılır. Öncəki proqnoz isə 105,99 mln. barel olub.
Xatırladaq ki, ötən həftənin sonunda "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,31 dollar, yaxud 1,74% artaraq 76,63 dollar təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0