Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nazir innovativ texnologiyaların tətbiq olunduğu pambıq sahələrinə baxış keçirib - FOTO

© Photo : Ministry of Agriculture (Azerbaijan)Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Yevlax və Goranboy rayonlarında pambıq sahələrinə baş çəkib
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Yevlax və Goranboy rayonlarında pambıq sahələrinə baş çəkib - Sputnik Azərbaycan, 1920, 28.10.2024
Abunə olmaq
Nazir becərmə prosesində müasir innovativ üsullarının tətbiqi təcrübəsinin daha geniş sahələrdə yayılmasının vacibliyini qeyd edib, su və torpaq resurslarından səmərəli istifadənin önəmini vurğulayıb.
BAKI, 28 oktyabr — Sputnik. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Yevlax və Goranboy rayonlarında pambıq sahələrinə baş çəkib, məhsul yığımının gedişi ilə tanış olub.
Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, nazir ilk öncə Yevlax rayonunun Aran qəsəbəsində fermer Amid Bədəlovun pambıq sahəsi ilə tanış olub, pambıq yığımı prosesində iştirak edib. 6,7 hektar sahədə yerləşən pambıq sahəsində yığım ərəfəsi son aqrotexniki tədbirlər həyata keçirilib, sahə defolyasiya olunub. Aqrotexniki qulluq qaydalarına düzgün riayət olunması nəticəsində sahədə bol məhsul yetişib.
M.Məmmədov fermerlərə pambıqçılığın inkişafına dair dövlət dəstəyi, əkinə hazırlıq prosesi, suvarmanın düzgün təşkili üçün torpaq sahələrinin lazer mala ilə hamarlanması, pambıq əkinlərində müasir suvarma sistemlərindən istifadənin əhəmiyyəti, su və torpaq resurslarının düzgün istifadə olunmasının məhsuldarlığa müsbət təsiri barədə fermer və iştirakçılarla fikir mübadiləsi aparıb.
© Photo : Ministry of Agriculture (Azerbaijan)Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Yevlax və Goranboy rayonlarında pambıq sahələrinə baş çəkib
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Yevlax və Goranboy rayonlarında pambıq sahələrinə baş çəkib - Sputnik Azərbaycan, 1920, 28.10.2024
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Yevlax və Goranboy rayonlarında pambıq sahələrinə baş çəkib
Daha sonra nazir "MKT İK MMC"nin Yevlax İnnovasiya Təsərrüfatının fəaliyyəti ilə tanış olub. Nazirə şirkətin respublikanın müxtəlif rayonlarında pambıq əkinlərinin həyata keçirdiyi, bu sahələrdə müasir becərmə və suvarma texnologiyalarının tətbiqi istiqamətində addımlar atıldığı barədə məlumat verilib. Qeyd olunub ki, baxış keçirilən təsərrüfatda 360 hektar sahədə pivot suvarma sistemləri altında pambıq becərilir. Pambığın becərilməsində müsair suvarma sistemlərindən istifadə suvarma suyuna qənaət etməklə yanaşı, yüksək məhsuldarlığı da təmin etmiş olur. Ötən ildən başlayaraq "MKT İK MMC" ilə müqavilə əsasında əməkdaşlıq edən fermerlərin təsərrüfatlarında becərmədən öncə sahələrdə lazer hamarlanması işləri həyata keçirilib. Hamarlanmış sahələrdə səth suvarma işləri xeyli asanlaşıb, suvarmaya sərf olunan vaxt əvvəlki illərlə müqayisədə 7 dəfə azalıb. Bu isə həm əmək resurslarına, həm də suvarma suyuna qənaət etməyə imkan verib. Bu təcrübənin daha geniş sahələrdə tətbiqi istiqamətində işlər davam etdirilir.
Yevlax İnnovasiya Təsərrüfatında pivot altında eyni zamanda 16 pambıq sortunun müqayisəli əkinləri aparılıb. Gələcəkdə müqayisəli təhlil əsasında daha yaxşı sortların seçilərək geniş sahələrdə yayılması istiqamətində araşdırmalar aparılır.
Səfər çərçivəsində nazir Məcnun Məmmədov "Azərşəkər" MMC-nin Yevlax rayonunda yerləşən müasir əkinçilik təsərrüfatına baxış keçirib. Nazirə pivot suvarma sistemi üzərində qurulmuş mobil damlama sistemi ilə bağlı təqdimat keçirilib. Bu sistemin tətbiqi nəticəsində suvarma suyuna 50% suya qənaət olunduğu qeyd edilib. Eyni zamanda məhsuldarlıqda artım da müşahidə olunmaqla yanaşı, məhsulun keyfiyyət göstəricilərində də yaxşılaşmaya nail olunub. Bu mövsüm təsərrüfatda arpa biçinindən sonra test məqsədilə təkrar pambıq əkinləri aparılıb və hal-hazırda sahələrdə inkişaf normaldır.
© Photo : Ministry of Agriculture (Azerbaijan)Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Yevlax və Goranboy rayonlarında pambıq sahələrinə baş çəkib
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Yevlax və Goranboy rayonlarında pambıq sahələrinə baş çəkib - Sputnik Azərbaycan, 1920, 28.10.2024
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Yevlax və Goranboy rayonlarında pambıq sahələrinə baş çəkib
"Azərşəkər" MMC-nin əkin sahələrində heç bir torpaq əməliyyatı aparılmadan birbaşa payızlıq buğdanın səpini həyata keçirilib. Eyni zamanda bir neçə əməliyyatı həyata keçirən texnikadan istifadə səpin prosesini daha qısa müddətə və keyfiyyətli aparmağa imkan verir, əmək resursları, yanacaq və gübrədən qənaətlə istifadə imkanı yaradır, atmosferə atılan karbon emissiyasının azaldılmasını təmin edir.
Nazir becərmə prosesində müasir innovativ üsullarının tətbiqi təcrübəsinin daha geniş sahələrdə yayılmasının vacibliyini qeyd edib, su və torpaq resurslarından səmərəli istifadənin önəmini vurğulayıb.
Nazir Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının rəhbərliyi ilə görüşüb
Xatırladaq ki, bundan öncə Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının rəhbər şəxsləri ilə görüşüb. Görüşdə çıxış edən nazir bildirib ki, pambıqçılıq respublikamızda güclü ənənələri olan kənd təsərrüfatı sahələrindən biridir:

"Bu sahənin inkişafı fermerlərin gəlirlərinin çoxalmasına, bölgələrdə məşğulluq səviyyəsinin artmasına müsbət təsir edir. Kənd təsərrüfatının ən əməktutumlu sahəsi olan pambıqçılıq yüksək əlavə dəyər yaratmağı, ixrac potensialının yüksək olması ilə də seçilir. Dövlət tərəfindən pambıqçılığın inkişafına dəstək mexanizmləri həyata keçirilir, bu mexanizmlər sayəsində əkininə maraq artıb".

Qurum rəhbəri nazirlik tərəfindən digər sahələrdə olduğu kimi pambıqçılıqda da müasir suvarma sistemlərinin tətbiqini dəstəklədiyini deyən nazir gələcəkdə becərmədə bu sistemlərdən istifadə edən fermerlərə nəzərən differensial subsidiya mexanizminin tətbiq oluna biləcəyini deyib.
Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyası İdarə Heyətinin sədri Fərid Firudinov bildirib ki, rəhbərlik etdiyi ictimai təşkilatın fəaliyyətinin əsas məqsədi müasir elmi-texniki yeniliklərin və innovativ texnologiyaların tətbiqi imkanlarını təbliğ etməklə ölkəmizdə istehsal olunan pambığın məhsuldarlıq və keyfiyyət göstəricilərini artıraraq sektor iştirakçılarının rifahını yüksəltməkdir. Ölkədə pambıq tədarükü və emalı ilə məşğul olan ən böyük şirkətləri öz sıralarında birləşdirən Assosiasiya sektorun inkişafına öz töfhəsini verməyə çalışır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0