Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dəm qazından yenə zəhərlənənlər və ölən var

© pixabay / PublicDomainPicturesQaz, arxiv
Qaz, arxiv - Sputnik Azərbaycan, 1920, 28.10.2024
Abunə olmaq
Dəm qazından zəhərlənmə diaqnozu təyin edilən qadına xəstəxananın Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib və hazırda vəziyyəti kafi qiymətləndirilir.
BAKI, 28 oktyabr — Sputnik. Oktyabrın 28-də saat 09:50-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1989-cu il təvəllüdlü şəxs (qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub. Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bu barədə TƏBİB-dən bildirilib.
Xəbərdə bildirilib ki, dəm qazından zəhərlənmə diaqnozu təyin edilən qadına xəstəxananın Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib və hazırda vəziyyəti kafi qiymətləndirilir.
2020-ci il təvəllüdlü azyaşlı isə (qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub.
Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.
Bundan əlavə, Sumqayıt Tibb Mərkəzindən verilən xəbərə görə, 1955-ci il təvəllüdlü Şövkət Abbasəli qızı Süleymanova, onlara qonaq gələn qızı və nəvəsi dəm qazından zəhərlənib. 69 yaşlı qadın boğularaq ölüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0