https://sputnik.az/20241028/azerbaycan-silahli-quvveleri-dunyanin-en-guclu-ordularinin-reytinqinde-yer-alib-468341352.html
Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb
Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb
Sputnik Azərbaycan
Siyahıda ilk sıralarda Rusiya, ABŞ, İsrail, Çin, Böyük Britaniya, Almaniya, Türkiyə, Ukrayna orduları yer alıb. 28.10.2024, Sputnik Azərbaycan
2024-10-28T09:57+0400
2024-10-28T09:57+0400
2024-10-28T09:58+0400
hərbi
azərbaycan silahlı qüvvələri
azərbaycan ordusu
https://cdnn1.img.sputnik.az/img/41620/83/416208316_0:76:1960:1179_1920x0_80_0_0_df6576f663f9810bc3ea0c4edd36be53.jpg
BAKI, 28 oktyabr - Sputnik. Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb.Bu barədə ABŞ-nin “U.S. News and World Report” nəşri tərəfindən təqdim olunan məlumatda bildirilir. Siyahıda ilk sıralarda Rusiya, ABŞ, İsrail, Çin, Böyük Britaniya, Almaniya, Türkiyə, Ukrayna orduları yer alıb.Eyni zamanda siyahıda Azərbaycan Ordusu 29-cu yerdə qərarlaşıb.“U.S. News and World Report” Azərbaycan haqqında digər məlumatları da təqdim edib.Qeyd edilir ki, Azərbaycan Qafqaz regionunda, Avropa və Asiya sərhədində yerləşən ölkədir. Coğrafi kəsişmədə yerləşən ölkə 1918-ci ildə, Birinci Dünya Müharibəsindən sonra ilk dəfə, demokratik respublika olmazdan əvvəl bir çox imperiyaların hakimiyyəti altında olub. Ancaq müstəqil olduqdan cəmi iki il sonra SSRİ-nin tərkibinə daxil edilib. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Azərbaycan yenidən müstəqil respublika olub.Əhalinin əksəriyyəti etnik azərbaycanlılardır. Vətəndaşların əksəriyyəti müsəlman olsa da, Azərbaycan dini etiqad azadlığına zəmanət verən dünyəvi dövlətdir. Azərbaycan Prezident Respublikası hesab olunur.Ölkə təbii ehtiyatlarla zəngindir və iqtisadiyyatı əsasən neft və digər enerji ixracına əsaslanır. Azərbaycan yüksək iqtisadi inkişaf və savadlılıq səviyyəsinə malik gəlirli ölkə hesab olunur.Qeyd edək ki, Banqladeş siyahıda 30-cu, Kolumbiya 31-ci, Kanada 32-ci, İtaliya 34-cü yeri tutur. Ermənistan və Gürcüstan siyahıda yer almayıb (Report).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41620/83/416208316_144:0:1817:1255_1920x0_80_0_0_0a26822effe76b073e8a76f7b7481e31.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan silahlı qüvvələri, azərbaycan ordusu
azərbaycan silahlı qüvvələri, azərbaycan ordusu
Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb
09:57 28.10.2024 (Yenilənib: 09:58 28.10.2024) Siyahıda ilk sıralarda Rusiya, ABŞ, İsrail, Çin, Böyük Britaniya, Almaniya, Türkiyə, Ukrayna orduları yer alıb.
BAKI, 28 oktyabr - Sputnik. Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb.
Bu barədə ABŞ-nin “U.S. News and World Report” nəşri tərəfindən təqdim olunan məlumatda bildirilir.
Siyahıda ilk sıralarda Rusiya, ABŞ, İsrail, Çin, Böyük Britaniya, Almaniya, Türkiyə, Ukrayna orduları yer alıb.
Eyni zamanda siyahıda Azərbaycan Ordusu 29-cu yerdə qərarlaşıb.
“U.S. News and World Report” Azərbaycan haqqında digər məlumatları da təqdim edib.
Qeyd edilir ki, Azərbaycan Qafqaz regionunda, Avropa və Asiya sərhədində yerləşən ölkədir. Coğrafi kəsişmədə yerləşən ölkə 1918-ci ildə, Birinci Dünya Müharibəsindən sonra ilk dəfə, demokratik respublika olmazdan əvvəl bir çox imperiyaların hakimiyyəti altında olub. Ancaq müstəqil olduqdan cəmi iki il sonra SSRİ-nin tərkibinə daxil edilib. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Azərbaycan yenidən müstəqil respublika olub.
Əhalinin əksəriyyəti etnik azərbaycanlılardır. Vətəndaşların əksəriyyəti müsəlman olsa da, Azərbaycan dini etiqad azadlığına zəmanət verən dünyəvi dövlətdir. Azərbaycan Prezident Respublikası hesab olunur.
Ölkə təbii ehtiyatlarla zəngindir və iqtisadiyyatı əsasən neft və digər enerji ixracına əsaslanır. Azərbaycan yüksək iqtisadi inkişaf və savadlılıq səviyyəsinə malik gəlirli ölkə hesab olunur.
Qeyd edək ki, Banqladeş siyahıda 30-cu, Kolumbiya 31-ci, Kanada 32-ci, İtaliya 34-cü yeri tutur. Ermənistan və Gürcüstan siyahıda yer almayıb (Report).