Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan Rusiyanın Volqoqrad vilayətinə 35 tondan çox meyvə tədarük edib

Alma - Sputnik Azərbaycan, 1920, 28.10.2024
Abunə olmaq
"Rosselxoznadzor"dan bildiriblər ki, bütün məhsullar lazımi nəzarətdən keçib. Laboratoriya tədqiqatları zamanı məlum olub ki, Rusiya üçün əhəmiyyət kəsb edən karantin obyektləri müəyyən edilməyib.
AKI, 28 oktyabr — Sputnik. 2024-cü il oktyabrın 24-dən 28-dək Azərbaycandan Rusiyanın Volqoqrad vilayətinə 35 tondan çox meyvə, o cümlədən nar və xurma tədarük edilib. Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb.
"Rosselxoznadzor"dan onu da bildiriblər ki, bütün məhsullar lazımi nəzarətdən keçib:

"Laboratoriya tədqiqatları zamanı məlum olub ki, Rusiya Federasiyası üçün əhəmiyyət kəsb edən karantin obyektləri müəyyən edilməyib. Beləliklə, yüklər verilmiş sənədlər əsasında alıcının ünvanına çatdırılıb".

Xurma ixracı...
Qeyd edək ki, Azərbaycanda qeyri-neft sektorunun və kənd təsərrüfatının inkişafı özünü qeyri-neft məhsullarının ixracında da göstərir. Azərbaycanda ən çox ixrac olunan məhsullardan biri də təzə xurmadır. Bu il təzə xurma ixracında kəskin artım müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-avqust aylarında Azərbaycandan xarici ölkələrə 28 milyon dollar dəyərində 35365 ton təzə xurma ixrac olunub. Təzə xurma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 88,3%, miqdar ifadəsində 74,5% artıb.
© Sputnik / Reshad RashidovAzərbaycanda xurma, arxiv
Azərbaycanda  xurma ixracı ilə bağlı problem   - Sputnik Azərbaycan, 1920, 28.10.2024
Azərbaycanda xurma, arxiv
Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a bildirib ki, ölkədə xurma istehsalına maraq artıb və bu məhsulun ixracı artmaqda davam edəcək:

"Azərbaycanda əsasən aran rayonlarında yeni intensiv xurma bağları salınıb. Beş il bundan öncə xurma istehsalına maraq çox azalmışdı və fermerlər hətta xurma bağlarını məhv edirdilər. Son dövrlərdə isə fermerlər xurma istehsalına maraq göstərir və yeni bağlar salırlar. Xurma istehsalına marağın artması ixraca da təsir göstərir. Nəticədə xurma ixracından gəlirlər artır. Son illər xurma qurusunun ixracı da xeyli artıb".

Nar ixracı...
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycandan 3,2 milyon dollar dəyərində 3651 ton nar ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 2,4 dəfə, miqdar baxımından 1,7 dəfə azdır. Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib ki, Azərbaycanda yağıntıların həddindən artıq olması və ondan sonra kəskin istilərin düşməsi narın məhsuldarlığına təsir göstərib.
© Sputnik / Rashad RashidovKürdəmirdə nar sərgi-satış yarmarkası
Kürdəmirdə nar sərgi-satış yarmarkası  - Sputnik Azərbaycan, 1920, 28.10.2024
Kürdəmirdə nar sərgi-satış yarmarkası
Mircavid Həsənov Sputnik Azərbaycan-a deyib ki, hava şəraitinin pis keçməsi və aqrotexniki qulluq işlərinin düzgün aparılmaması məhsulun keyfiyyətinə təsir göstərə bilər:
"Böyük ehtimal ki, keyfiyyətsiz məhsul xaricə göndərilməyib. Çünki ixrac üçün keyfiyyətli, standartlara cavab verən məhsullar olmalıdır. İxracın azalması keyfiyyətli məhsulun az olması ilə bağlı ola bilər. Keçən il yağıntıların çox olması narın keyfiyyətinə mənfi təsir götərib".
© Photo : UNECİqtisadçı-ekspert Mircavid Həsənov
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnnovativ Biznes-İnkubatorunun direktoru, iqtisadçı-ekspert Mircavid Həsənov - Sputnik Azərbaycan, 1920, 28.10.2024
İqtisadçı-ekspert Mircavid Həsənov
Xatırladaq ki, Azərbaycan narı əsasən Rusiya bazarına göndərilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, keçən il Azərbaycanın ümumi nar ixracının 85 faizi Rusiyanın payına düşüb. Keçən il Azərbaycan Rusiyaya 24313 ton, Belarusa 368 ton, Qazaxıstana 441 ton nar ixrac edib. Bundan başqa, Azərbaycandan Gürcüstana, Ukraynaya, Moldovaya və digər ölkələrə nar ixrac edilib.
Narın meyvəsi həm təzə halda istehlak üçün, həm də sənayedə emal edilmək məqsədilə istifadə olunur. Qida sənayesində mədəni və yabanı nar sortlarından müxtəlif məmulatlar, şirələr, şərbətlər, spirtsiz içkilər və s. hazırlanır. Azərbaycan nar sortlarının miqdarına görə dünyada birinci yerdədir. Respublikada "Çəhrayı gülöyşə", "Bala Mürsəl", "Azərbaycan gülöyşəsi", "Nazik qabıq", "Vələs", "İri gilə" və s. sortlar becərilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
В какие страны ЕАЭС Азербайджан экспортирует абрикосы (плашки, plaşkalar) - Sputnik Azərbaycan, 1920, 26.10.2024
İNFOQRAFİKA
Azərbaycanın təzə ərik ixracı
Xəbər lenti
0