Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ankara Bakı ilə Ermənistanla sülh müqaviləsi məsələsinə dair əlqaə saxlayır - Ərdoğan

© AFP 2024 / ADEM ALTANTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.10.2024
Abunə olmaq
Türkiyə lideri rəsmi Ankaranın yaxın vaxtlarda yaxşı xəbərlər almağa ümidvar olduğunu dilə gəririb.
BAKI, 28 oktyabr - Sputnik. Ankara İrəvanla sülh müqaviləsi üzrə Bakı ilə koordinasiyadadır və yaxın gələcəkdə yaxşı xəbər alacağına ümid edir. RİA Novosti xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.
Bundan əvvəl Ermənistan hökumətinin başçısı Nikol Paşinyan Kazanda BRİKS sammitində çıxışı zamanı bildirmişdi ki, Ermənistanla Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsi azı 80-90% razılaşdırılıb.

“Biz Azərbaycan və Ermənistanın bu istiqamətdəki səmimi səylərini diqqətlə izləyirik, xoş xəbərlərə ümid edirik", - türkiyə prezidenti deyib.

Onun sözlərinə görə, hazırda davamlı sülh üçün unikal bir dövr yaranıb.
"Azərbaycanlı qardaşlarımızla koordinasiyalı şəkildə işləməyə davam edəcəyik", - deyə Türkiyə lideri bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0