DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Kiyev NATO-nun Rusiya ilə münaqişədə birbaşa iştirakına çalışır

© Sputnik / Сергей ГунеевNebenzya
Nebenzya - Sputnik Azərbaycan, 1920, 27.10.2024
Abunə olmaq
Zelenski öz mövqeyini qoruyub saxlamaq üçün dünyanı nüvə fəlakəti risklərinə məruz qoymağa hazırdır.
BAKI, 27 oktyabr — Sputnik. Vladimir Zelenskinin cəbhədə aşkar çətinliklərlə üzləşir və NATO-nu Rusiya ilə birbaşa toqquşmaya sürükləməyə sövq edir.
Bunu Rusiya Federasiyasının BMT-dəki Daimi Nümayəndəsi Vasili Nebenzya bildirib.
"Problem ondadır ki, döyüş meydanında açıq-aşkar məğlubiyyətə uğrayan "vaxtını keçmiş" Ukrayna prezidenti hazırda açıq şəkildə NATO-nun nüvə dövləti ilə dolayısı yolla deyil, birbaşa münaqişəsinə nail olmağa çalışır" - Nebenzya Ukraynadakı vəziyyəti müzakirə edən BMT Təhlükəsizlik Şurasının iclasında deyib.
Rusiyalı diplomat vurğulayıb ki, Zelenski öz mövqeyini qoruyub saxlamaq üçün dünyanı nüvə fəlakəti risklərinə məruz qoymağa hazırdır. Nebenzya Zelenskinin təklif etdiyi "qələbə planı"nı da tənqid edib və qeyd edib ki, bu planda Rusiya ilə münaqişənin uzunmüddətli həllinə dair heç bir işarə yoxdur.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Ukrayna rəhbəri Vladimir Zelenskinin "Rusiyanı sülhə məcbur etmək" mövqeyi ölümcül səhvdir. Onun sözlərinə görə, bu yanlış təsəvvür Kiyev üçün istər-istəməz nəticələr verəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0