https://sputnik.az/20241026/tehrani-texribata-cekmeye-son-qoymali---rusiya-xn-sraile-cagiris-etdi-468325775.html
"Tehranı təxribata çəkməyə son qoymalı" - Rusiya XİN İsrailə çağırış etdi
"Tehranı təxribata çəkməyə son qoymalı" - Rusiya XİN İsrailə çağırış etdi
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi qeyd edib ki, İranı qisas almağa təhrik etməyi dayandırmaq lazımdır. 26.10.2024, Sputnik Azərbaycan
2024-10-26T16:51+0400
2024-10-26T16:51+0400
2024-10-26T21:59+0400
dünya xəbərləri
iran
israil
israil hərbi hava qüvvələri
israil ordusu
israil dövləti
rusiya xin
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
mariya zaxarova
yəhudi
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/09/425154236_0:0:3124:1757_1920x0_80_0_0_4252ac7e225f4f6a5166b958061bab29.jpg
BAKI, 26 oktyabr - Sputnik. Rusiya bütün tərəfləri təmkinli olmağa çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İsrailin İran ərazisinə endirdiyi hava zərbələrini şərh edərkən deyib. Zaxarovanın Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş şərhində deyilir: “Biz israrla bütün tərəfləri təmkin göstərməyə, zorakılığı dayandırmağa və hadisələrin fəlakətli ssenari üzrə inkişafının qarşısını almağa çağırırıq”. Rusiyalı diplomat vurğulayıb ki, “İranı qisas almağa təhrik etməyi dayandırmaq və nəzarətsiz eskalasiya spiralından çıxmaq lazımdır”. "Biz qarşıdurmanın səviyyəsini azaltmaq üçün bütün tərəflərlə işləməyə hazırıq" - Zaxarova qeyd edib.İsrail Müdafiə Qüvvələri (IDF) şənbə gecəsi oktyabrın 1-də yəhudi dövlətinə qarşı hücumlara cavab tədbirləri çərçivəsində İrandakı hərbi obyektlərə zərbələr endiriləcəyini açıqlayıb. CBS News telekanalı mənbəyə istinadən xəbər verib ki, İsrailin İrana hücumu yalnız hərbi hədəflərlə məhdudlaşıb, nüvə və neft obyektlərinə şamil edilməyib. Bununla belə, İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin yaydığı bəyanatda “hücumun ölkənin inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi tərəfindən uğurla dəf edildiyi” və bəzi yerlərə məhdud ziyan vurulduğu bildirilib. İran mediası gecə hücumunda iki İran əsgərinin həlak olduğunu xəbər verib. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20241026/nyt-ran-ordusuna-emr-verildi-468297670.html
iran
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/09/425154236_395:0:3124:2047_1920x0_80_0_0_4fe1215a3f04b7de3f36d9c59e9aa02e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, israil, israil hərbi hava qüvvələri, israil ordusu, israil dövləti, rusiya xin, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, yəhudi, hücum
iran, israil, israil hərbi hava qüvvələri, israil ordusu, israil dövləti, rusiya xin, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, yəhudi, hücum
"Tehranı təxribata çəkməyə son qoymalı" - Rusiya XİN İsrailə çağırış etdi
16:51 26.10.2024 (Yenilənib: 21:59 26.10.2024) Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi qeyd edib ki, İranı qisas almağa təhrik etməyi dayandırmaq lazımdır.
BAKI, 26 oktyabr - Sputnik. Rusiya bütün tərəfləri təmkinli olmağa çağırır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İsrailin İran ərazisinə endirdiyi hava zərbələrini şərh edərkən deyib.
Zaxarovanın Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş şərhində deyilir:
“Biz israrla bütün tərəfləri təmkin göstərməyə, zorakılığı dayandırmağa və hadisələrin fəlakətli ssenari üzrə inkişafının qarşısını almağa çağırırıq”.
Rusiyalı diplomat vurğulayıb ki, “İranı qisas almağa təhrik etməyi dayandırmaq və nəzarətsiz eskalasiya spiralından çıxmaq lazımdır”.
"Biz qarşıdurmanın səviyyəsini azaltmaq üçün bütün tərəflərlə işləməyə hazırıq" - Zaxarova qeyd edib.
İsrail Müdafiə Qüvvələri (IDF) şənbə gecəsi oktyabrın 1-də yəhudi dövlətinə qarşı hücumlara cavab tədbirləri çərçivəsində İrandakı hərbi obyektlərə zərbələr endiriləcəyini açıqlayıb.
CBS News telekanalı mənbəyə istinadən xəbər verib ki, İsrailin İrana hücumu yalnız hərbi hədəflərlə məhdudlaşıb, nüvə və neft obyektlərinə şamil edilməyib. Bununla belə, İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin yaydığı bəyanatda “hücumun ölkənin inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi tərəfindən uğurla dəf edildiyi” və bəzi yerlərə məhdud ziyan vurulduğu bildirilib. İran mediası gecə hücumunda iki İran əsgərinin həlak olduğunu xəbər verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.