CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Südəmər körpəsi olan işləyən qadınlara hansı güzəştlər verilə bilər? Rəsmi açıqlama

© Sputnik / Sergey PyatakovƏlində qovluq tutan qadın, arxiv
Əlində qovluq tutan qadın, arxiv - Sputnik Azərbaycan, 1920, 26.10.2024
Abunə olmaq
Əmək hüquqlarının pozulan şəxslər bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə və ya məhkəməyə şikayətlə müraciət edə bilərlər.
BAKI, 26 oktyabr — Sputnik. Dünyaya uşaq gətirən qadınlar bir müddət sonra karyera ilə körpələri arasında seçim etmək məcburiyyətində qalırlar. Buna əsas səbəb əksər iş yerlərində yeni ana olan qadınlara qanunvericilikdə nəzərdə tutulan güzəştlərin şamil edilməməsidir.
Bəs görəsən işləyən, övladına süd verən analara qanunvericiliklə hansı güzəştlər nəzərdə tutulur? Hüququ pozulan analar bu güzəştlərdən yararlana bilmədikləri halda hansı orqanlara müraciət etməlidirlər?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, yaş yarımına çatmamış uşağı olan qadınlar əmək funksiyasını yerinə yetirməklə yanaşı uşağını yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkirlərsə, işəgötürən qadının ərizəsi ilə onu uşağı yaş yarımına çatanadək başqa yüngül işə keçirməlidir. Həmçinin uşağının yedizdirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin etməlidir. Qurumdan bildirilib ki, hamiləlik və ya uşağının yedizdirilməsi səbəblərinə görə qadınların əməkhaqqının azaldılması qadağandır.

"Yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verilməlidir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduqda hər fasilənin müddəti azı bir saat müəyyən edilir. Uşağın yedizdirilməsi ilə əlaqədar fasilələr iş vaxtına daxil edilir və orta əmək haqqı saxlanılır. Qadının istəyi ilə uşağın yedizdirilməsi üçün fasilələr cəmlənərək nahar və istirahət vaxtına birləşdirilə, habelə iş vaxtının (növbəsinin) əvvəlində, yaxud axırında istifadə edilə bilər. Əgər qadın uşağın yedizdirilməsi üçün fasilələri cəmləyərək iş vaxtının sonunda istifadə etmək istəsə, onda onun iş günü həmin fasilələrin müddəti qədər qısaldılır", - deyə sorğumuza cavabda bildirilib.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən o da bildirilib ki, bundan başqa əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.
Əmək hüquqlarının pozulan şəxslər bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə və ya məhkəməyə şikayətlə müraciət edə bilərlər.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Dövlət Əmək Müfəttişliyi Xidməti bu cür şikayətləri araşdırmalıdır. Yaxud məsələ məhkəmə qaydasında həll olunmalıdır.
© Photo : Social media page of Sahib Mammadov“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın rəhbəri Sahib Məmmədov
“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın rəhbəri Sahib Məmmədov - Sputnik Azərbaycan, 1920, 25.10.2024
“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın rəhbəri Sahib Məmmədov
Amma mütəxəssis deyir ki, məsələyə real tərəfdən də baxmaq lazımdır.

"İşçi işəgötürəndən şikayət edəndə, onu məhkəməyə verəndə işçi ilə işəgötürən arasında münasibət birdəfəlik korlanır. İşəgötürənin ürəyində ondan şikayət edən işçiyə qarşı bir kin qalır. İlk fürsətdə işçinin adi səhvindən istifadə edərək onu işdən çıxarır", - Sahib Məmmədov bildirib.

O, bəzi məqamlarda qanunvericiliyi tətbiq etməyin çətin olduğunu söyləyir. Deyir ki, Xırdalanda yaşayan qadının Yasamaldakı iş yerindən evə gedib bir neçə saatdan bir uşağını yedirtməsi mümkün deyil. Ona görə də, yaxşı olar ki, bu saatlar iş saatının sonunda və iş həftəsinin sonunda toplanaraq uşaqlı qadınlara verilsin.
S.Məmmədov bəzən işəgötürənin də vəziyyətini anlamağın lazım olduğunu söyləyir. Bildirir ki, bəzən iş yerlərində işçi sayı az olur, analara güzəştlər tətbiq edildikdə iş ahəngi pozulur. Müəyyən iş yerlərində güzəştlər edilsə də, bəzi yerlərdə bunu etmək mümkün olmur.
Həmsöhbətimiz onu da deyir ki, bunu məcbur etdikdə isə bəzən iş yerlərində gizli diskrimnasiya yaradır. İşəgötürəni potensial reproduktiv qadınları işə götürməkdən imtina edir.
Ona görə də, işçinin optimal variant tapılmalı olduğunu söyləyir.
Bildirir ki, bu problemlərdən bir çıxış yolu mediasiya təşkilatlarına müraciət etmək ola bilər. Digər yol isə işəgötürən üzərinə çox məsuliyyət qoymamaqdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Ana uşağına süd verir - Sputnik Azərbaycan, 1920, 10.08.2024
SƏHİYYƏ
"Ana südü, dağ çiçəyi" - Pediatr nələri məsləhət görür
Xəbər lenti
0