Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İran İsrailin hücumu səbəbindən bağladığı hava məkanını açıb

© Photo : AZALBakı aeroportu, arxiv
Bakı aeroportu, arxiv - Sputnik Azərbaycan, 1920, 26.10.2024
Abunə olmaq
Uçuşlar İsrail tərəfinin İran ərazisindəki bir sıra hədəflərə raket zərbələri səbəbindən yarana biləcək təhlükənin qarşısını almaq üçün dayandırılmışdı.
BAKI, 26 oktyabr - Sputnik. İranda bu gün səhər saatlarından etibarən uçuşlar bərpa edilib.
IRNA-nın yaydığı məlumta görə, bu barədə ölkənin Mülki Aviasiya Təşkilatı məlumat yayıb.
İran hava məkanını bağlandığından bir neçə təyyarə Bakı Aeroportuna təcili eniş edib
İran üzərində hava məkanının bağlanması nəticəsində bir sıra beynəlxalq aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu ilə müraciət edib.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.
Bakı hava limanına uğurla eniş edənlər sırasında “Jazeera Airways”aviadaşıyıcısının Moskva (DME) – Küveyt reysi, “Fly Dubai”ın Budapeşt, Moskva (VKO), Minsk, Kazan və Sankt-Peterburqdan Dubaya olan uçuşları, eləcə də “Air Arabia” aviaşirkətinin Moskva – Şarja reysi yer alır.
Heydər Əliyev Beynəlxalq Aeroportu bütün müvafiq resursları səfərbər edərək eniş etmiş reyslərə operativ və yüksək səviyyəli xidmət göstərir.
Xatırladaq ki, uçuşlar İsrail tərəfinin İran ərazisindəki bir sıra hədəflərə raket zərbələri səbəbindən yarana biləcək təhlükənin qarşısını almaq üçün dayandırılmışdı.
Xəbər lenti
0