https://sputnik.az/20241026/aragin-perakende-satisinin-minimum-qiymeti-teyin-edilecek---yenlk---qiymet-arta-biler-468302613.html
Arağın qiyməti qalxacaq? Hökumət pərakəndə satışa minimum qiymət təyin edəcək
Arağın qiyməti qalxacaq? Hökumət pərakəndə satışa minimum qiymət təyin edəcək
Sputnik Azərbaycan
Ekspert bildirib ki, yerli istehsalçılar, idxalçılar ucuz məhsul bazara təklif edə bilmir, amma qanunsuz sexlər saxta içkiləri ucuz qiymətə təqdim edə bilir... 26.10.2024, Sputnik Azərbaycan
2024-10-26T09:28+0400
2024-10-26T09:28+0400
2024-10-26T10:16+0400
araq
iqtisadiyyat
azərbaycan
ekspert
https://cdnn1.img.sputnik.az/img/42267/14/422671410_0:0:2000:1125_1920x0_80_0_0_7e90e9c3e5d674d77da5c6682cf33f8d.jpg
BAKI, 26 oktyabr — Sputnik. Azərbaycanda arağın pərakəndə satışının minimum qiyməti müəyyən olunacaq. Arağın minimum qiymətdən aşağı qiymətə satılması qadağan ediləcək. Bununla bağlı "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna dəyişiklik edilir. Sənədə əsasən, bu dəyişiklik alkoqollu içkilərin təhlükəsizliyi və keyfiyyəti sahəsində istehlakçıların hüquqlarının qorunmasına, istehlakçını aldadan hər hansı fəaliyyətin qarşısının alınmasına, bu sahədə qanuni fəaliyyət göstərən intizamlı və peşəkar sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə, daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasına, qeyri-qanuni istehsalın qarşısının alınmasına xidmət edəcək. Ekspert minimum qiymətin olmasını düzgün hesab etmir Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a açıqlamasında, arağın pərakəndə satışda minimum qiymətinin müəyyən edilməsini düzgün hesab etmir:Ekspert bildirib ki, yerli istehsalçılar, idxalçılar ucuz məhsul bazara təklif edə bilmir, amma qanunsuz sexlər saxta içkiləri ucuz qiymətə təqdim edə bilir:"Çünki həmin qanunsuz sexlər vergidən yayınırlar, nəzarətdən kənarda qalırlar və onların məhsullarının keyfiyyətinə nəzarət yoxdur. Minimum qiymət müəyyən etməklə qanunsuz sahibkarlığın qarşısını almaq istəyirlərsə, bu, doğru deyil. Saxta içkilər baha da satılsa, sağlamlığa ziyandır. Minimum qiymətin müəyyən edilməsi qanunsuz sexlərin qarşısını ala bilməyəcək. Qanunsuz sexlərə qarşı kompleks mübarizə tədbirləri aparılmalıdır. Qanunsuz sahibkarları cəzalandırmağın müxtəlif yolları var". "Minimum qiymətin olması arağın bahalaşmasına təsir edə bilər" X.Kərimli qeyd edib ki, dünya təcrübəsində minimum qiymətin müəyyən edilməsi var:"Məsələn, Böyük Britaniyada, Kanadada bu təcrübə tətbiq edilir. Minimum qiymətin olması daha çox tələbin aşağı salınmasına yönəlib. Qiyməti bahalaşdırmaqla tələbi aşağı salmağa çalışırlar. Amma minimum qiymətin təyin edilməsi keyfiyyəti yaxşılaşdırmayacaq. Arağın minimum qiymətinin müəyyən edilməsi istehlakı azalda, məhdudlaşdıra bilər, amma keyfiyyətin artmasına töhfə verməyəcək. Həmçinin minimum qiymətin olması arağın bahalaşmasına təsir edə bilər". Komitə sədri: "Dəyişiklik yerli istehsalçıların maraqlarının qorunmasına xidmət edir" Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov isə qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, dəyişikliklər alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət tələbinin müəyyən edilməsi məqsədi ilə hazırlanıb:Komitə sədri vurğulayıb ki, dəyişikliklər istehlakçıların sağlamlığının və hüquqlarının müdafiəsinin gücləndirilməsinə, alkoqollu içkilərin satışı bazarında minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən məhsulların qarşısının alınmasına, habelə yerli istehsalçıların iqtisadi maraqlarının qorunmasına xidmət edir. "Bazarda litri 1 manata olan araqlar var" A.Əmiraslanov deyib ki, alkoqollu içkilərin minimum qiymətinin müəyyən olunması yalnız arağa şamil edilən qaydadır:"Alkoqollu içkiləri minimum qiymətindən aşağı satanlar məsuliyyətə cəlb olunacaq" Komitə sədri bildirib ki, dəyişikliklər qüvvəyə minəndən sonra alkoqollu içkilərin minimum qiymətindən aşağı qiymətə satılması qadağan ediləcək. Bu tələbi pozanlar üçün məsuliyyət növləri də müəyyən ediləcək. Qeyd edək ki, qanun layihəsi ölkənin, habelə yerli istehsalçıların iqtisadi maraqlarının qorunması, istehlakçıların sağlamlığının və hüquqlarının müdafiəsinin gücləndirilməsi, daxili bazarda minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən alkoqollu içkilərin satışının, bu sahədə qanunsuz sahibkarlığın qarşısının alınması məqsədilə "Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" 7 fevral 2023-cü il tarixli Azərbaycan Prezidentinin Sərəncamı çərçivəsində hazırlanıb. Bu layihə spirtli içkilərlə bağlı qiymət-satış siyasətinin yenilənməsini, bunun üçün alkoqollu içkilərin ölkə daxilində satışı zamanı həmin məhsullara minimum satış qiymətinin tətbiq olunmasını nəzərdə tutur. "Əhalinin sağlamlığı üçün təhlükə yaranır" Sənədin izah hissəsində deyilir:"Müşahidələr göstərir ki, istehlak bazarında dövriyyədə texniki normativ-hüquqi aktlarla müəyyən olunmuş minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən alkoqollu içkilər mövcuddur. Bu fakt, eyni zamanda, qanunsuz istehsalın və qaçaqmalçılığın, vergidən yayınmanın mövcudluğunu göstərir. Nəticədə, əhalinin sağlamlığı üçün təhlükə yaranır, istehlakçılarda ölkəmizdə istehsal olunan analoji məhsulların keyfiyyətinə olan inamı azaldır, həmçinin haqsız rəqabət mühiti yaradaraq qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktlar ilə müəyyən olunmuş tələblərə uyğun məhsul istehsal edən müəssisələrin fəaliyyətinə çətinlik yaradır.Xatırladaq ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilən qanun layihəsi baxılmaq üçün parlamentin plenar iclasına tövsiyə olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240918/alkoqollu-icki-ve-tutun-memulatinin-tranzit-dasinmasinda-gomrukde-depozit-teleb-olunacaq-467460975.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42267/14/422671410_227:0:2000:1330_1920x0_80_0_0_1c08d53dbc27e451626007fae746afce.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
araq, azərbaycan, ekspert
araq, azərbaycan, ekspert
Arağın qiyməti qalxacaq? Hökumət pərakəndə satışa minimum qiymət təyin edəcək
09:28 26.10.2024 (Yenilənib: 10:16 26.10.2024) Ekspert bildirib ki, yerli istehsalçılar, idxalçılar ucuz məhsul bazara təklif edə bilmir, amma qanunsuz sexlər saxta içkiləri ucuz qiymətə təqdim edə bilir. Çünki həmin sexlər vergidən yayınır və onların məhsullarının keyfiyyətinə nəzarət yoxdur.
BAKI, 26 oktyabr — Sputnik. Azərbaycanda arağın pərakəndə satışının minimum qiyməti müəyyən olunacaq. Arağın minimum qiymətdən aşağı qiymətə satılması qadağan ediləcək. Bununla bağlı "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna dəyişiklik edilir. Sənədə əsasən, bu dəyişiklik alkoqollu içkilərin təhlükəsizliyi və keyfiyyəti sahəsində istehlakçıların hüquqlarının qorunmasına, istehlakçını aldadan hər hansı fəaliyyətin qarşısının alınmasına, bu sahədə qanuni fəaliyyət göstərən intizamlı və peşəkar sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə, daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasına, qeyri-qanuni istehsalın qarşısının alınmasına xidmət edəcək.
Ekspert minimum qiymətin olmasını düzgün hesab etmir
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a açıqlamasında, arağın pərakəndə satışda minimum qiymətinin müəyyən edilməsini düzgün hesab etmir:
"Qanunvericiliyə edilən dəyişikliyə əsasən, arağın pərakəndə satışının minimum qiyməti müəyyən ediləcək və bu məhsul həmin qiymətdən ucuz satıla bilməz. Bu addımı atmaqdansa, qanunsuz sexlərin, mağazaların həmin qanunsuz sexlərdən məhsul almasının, sənədlərin saxtalaşdırılmasının qarşısı alınmalıdır. Bazarda məhsulun qiymətinə müdaxilə doğru deyil".
Ekspert bildirib ki, yerli istehsalçılar, idxalçılar ucuz məhsul bazara təklif edə bilmir, amma qanunsuz sexlər saxta içkiləri ucuz qiymətə təqdim edə bilir:
"Çünki həmin qanunsuz sexlər vergidən yayınırlar, nəzarətdən kənarda qalırlar və onların məhsullarının keyfiyyətinə nəzarət yoxdur. Minimum qiymət müəyyən etməklə qanunsuz sahibkarlığın qarşısını almaq istəyirlərsə, bu, doğru deyil. Saxta içkilər baha da satılsa, sağlamlığa ziyandır. Minimum qiymətin müəyyən edilməsi qanunsuz sexlərin qarşısını ala bilməyəcək. Qanunsuz sexlərə qarşı kompleks mübarizə tədbirləri aparılmalıdır. Qanunsuz sahibkarları cəzalandırmağın müxtəlif yolları var".
"Minimum qiymətin olması arağın bahalaşmasına təsir edə bilər"
X.Kərimli qeyd edib ki, dünya təcrübəsində minimum qiymətin müəyyən edilməsi var:
"Məsələn, Böyük Britaniyada, Kanadada bu təcrübə tətbiq edilir. Minimum qiymətin olması daha çox tələbin aşağı salınmasına yönəlib. Qiyməti bahalaşdırmaqla tələbi aşağı salmağa çalışırlar. Amma minimum qiymətin təyin edilməsi keyfiyyəti yaxşılaşdırmayacaq. Arağın minimum qiymətinin müəyyən edilməsi istehlakı azalda, məhdudlaşdıra bilər, amma keyfiyyətin artmasına töhfə verməyəcək. Həmçinin minimum qiymətin olması arağın bahalaşmasına təsir edə bilər".
Komitə sədri: "Dəyişiklik yerli istehsalçıların maraqlarının qorunmasına xidmət edir"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov isə qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, dəyişikliklər alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət tələbinin müəyyən edilməsi məqsədi ilə hazırlanıb:
"Layihəyə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən ediləcək, bununla bağlı müvafiq qaydalar təsdiqlənəcək və pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağan olunacaq".
Komitə sədri vurğulayıb ki, dəyişikliklər istehlakçıların sağlamlığının və hüquqlarının müdafiəsinin gücləndirilməsinə, alkoqollu içkilərin satışı bazarında minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən məhsulların qarşısının alınmasına, habelə yerli istehsalçıların iqtisadi maraqlarının qorunmasına xidmət edir.
"Bazarda litri 1 manata olan araqlar var"
A.Əmiraslanov deyib ki, alkoqollu içkilərin minimum qiymətinin müəyyən olunması yalnız arağa şamil edilən qaydadır:
"Qiymətin formalaşmasının prinsiplərinə görə, istehsalçı müəssisənin istehsal xərcləri, aksiz vergisi, istehsalçı müəssisənin özünün qoyduğu qiymət nəzərə alınacaq. Bu qanun qəbul ediləndən sonra minimum qiymətin müəyyən edilməsi qaydası hazırlanacaq. Bazarda litri 1 manata olan araqlar var. Amma hazırda 1 litr arağın aksiz vergisi 4,18 manatdır. Bu qiymətdən aşağı olan məhsullar keyfiyyətsizdir. Sahibkar qanunsuz sahibkardırsa, keyfiyyətsiz məhsul istehsal edirsə, bazardan çıxarılmalıdır. Yerli istehsalçılar - haqlı rəqabət aparanlar öz məhsullarını ixrac edə bilirlər, stabil bazarları var, amma onlar yerli bazarda öz məhsullarını realizə edə bilmirlər. Buna səbəb qanunsuz sahibkarlıqdır".
"Alkoqollu içkiləri minimum qiymətindən aşağı satanlar məsuliyyətə cəlb olunacaq"
Komitə sədri bildirib ki, dəyişikliklər qüvvəyə minəndən sonra alkoqollu içkilərin minimum qiymətindən aşağı qiymətə satılması qadağan ediləcək. Bu tələbi pozanlar üçün məsuliyyət növləri də müəyyən ediləcək.
Qeyd edək ki, qanun layihəsi ölkənin, habelə yerli istehsalçıların iqtisadi maraqlarının qorunması, istehlakçıların sağlamlığının və hüquqlarının müdafiəsinin gücləndirilməsi, daxili bazarda minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən alkoqollu içkilərin satışının, bu sahədə qanunsuz sahibkarlığın qarşısının alınması məqsədilə "Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" 7 fevral 2023-cü il tarixli Azərbaycan Prezidentinin Sərəncamı çərçivəsində hazırlanıb. Bu layihə spirtli içkilərlə bağlı qiymət-satış siyasətinin yenilənməsini, bunun üçün alkoqollu içkilərin ölkə daxilində satışı zamanı həmin məhsullara minimum satış qiymətinin tətbiq olunmasını nəzərdə tutur.
"Əhalinin sağlamlığı üçün təhlükə yaranır"
Sənədin izah hissəsində deyilir:
"Müşahidələr göstərir ki, istehlak bazarında dövriyyədə texniki normativ-hüquqi aktlarla müəyyən olunmuş minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən alkoqollu içkilər mövcuddur. Bu fakt, eyni zamanda, qanunsuz istehsalın və qaçaqmalçılığın, vergidən yayınmanın mövcudluğunu göstərir. Nəticədə, əhalinin sağlamlığı üçün təhlükə yaranır, istehlakçılarda ölkəmizdə istehsal olunan analoji məhsulların keyfiyyətinə olan inamı azaldır, həmçinin haqsız rəqabət mühiti yaradaraq qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktlar ilə müəyyən olunmuş tələblərə uyğun məhsul istehsal edən müəssisələrin fəaliyyətinə çətinlik yaradır.
Mövcud vəziyyət ölkəmizdə alkoqollu içkilərin satışı sahəsində dövlət tənzimlənməsinin təkmilləşdirilməsini, bu sahədə əlavə tədbirlərin həyata keçirilməsini zəruri edir. Alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin tənzimlənməsi beynəlxalq təcrübədə də tətbiq edilir".
Xatırladaq ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilən qanun layihəsi baxılmaq üçün parlamentin plenar iclasına tövsiyə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.