https://sputnik.az/20241025/yaxin-serqdeki-gerginlik-nefti-bahalasdirir---treyderler-bu-regionu-diqqetde-saxlayir-468297890.html
Yaxın Şərqdəki gərginlik nefti bahalaşdırır - Treyderlər bu regionu diqqətdə saxlayır
Yaxın Şərqdəki gərginlik nefti bahalaşdırır - Treyderlər bu regionu diqqətdə saxlayır
Sputnik Azərbaycan
Yaxın Şərq münaqişəsi ilə bağlı spekulyasiyalar bazarlarda müəyyən dəyişkənliyə səbəb olduğu üçün neft qiymətləri həftəlik bahalaşıb. Analitiklərin fikrincə... 25.10.2024, Sputnik Azərbaycan
2024-10-25T11:09+0400
2024-10-25T11:09+0400
2024-10-25T11:09+0400
neft
neft-qaz
azeri light markalı neft
brent
qiymət
birja
https://cdnn1.img.sputnik.az/img/07e8/06/04/465130115_0:161:3071:1888_1920x0_80_0_0_be7c9c49fd4ac23f8f8d43aa3a77655f.jpg
BAKI, 25 oktyabr — Sputnik. Bu gün dünya bazarlarında neft qiymətləri bahalaşıb. Çünki dünyanın ən çox neft hasil edən regionu olan Yaxın Şərqdə gərginlik qalmaqdadır. "Brent" markalı neft 18 sent artaraq 74,56 dollar, ABŞ-nin Qərbi Texas nefti 15 sent artaraq 70,34 dollar olub. "Azeri Light" markalı Azərbaycan nefti isə 21 sent azalaraq 75,32 dollar təşkil edib. Neft treyderləri İsrailin İrana cavabını diqqət mərkəzində saxlayırlar. ABŞ və İsrail rəsmiləri yaxın günlərdə Qəzzada atəşkəs və girovların azad edilməsi üçün danışıqları bərpa etməyə hazırlaşır. Razılaşmaya nail olmaq üçün əvvəlki cəhdlər uğursuz olub. Yaxın Şərq münaqişəsi ilə bağlı spekulyasiyalar bazarlarda müəyyən dəyişkənliyə səbəb olduğu üçün neft qiymətləri həftəlik bahalaşıb. İsrail bu həftə İrana qarşı sərt ritorika ilə çıxış etsə də, ABŞ rəsmiləri atəşkəs əldə etmək üçün səylərini davam etdiriblər. Analitiklərin fikrincə, diqqət daha çox Livandakı münaqişə və İsrailin İrana potensial cavabına yönəlib. Neft bazarlarındakı son zəiflik, əsas idxalçı Çində tələbin yavaşlaması ilə bağlı narahatlıqlardan qaynaqlanır. Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-2025-ci il üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu azaldıb. Proqnoza əsasən, gələn il qeyd olunan göstəricinin 105,78 mln. barel olacağı proqnozaşdırılır. Öncəki proqnoz isə 105,99 mln. barel olub. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/04/465130115_170:0:2901:2048_1920x0_80_0_0_d4c6251b92e81bffd7e44d193fb9bc8a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, azeri light markalı neft, brent, qiymət, birja
neft, azeri light markalı neft, brent, qiymət, birja
Yaxın Şərqdəki gərginlik nefti bahalaşdırır - Treyderlər bu regionu diqqətdə saxlayır
Yaxın Şərq münaqişəsi ilə bağlı spekulyasiyalar bazarlarda müəyyən dəyişkənliyə səbəb olduğu üçün neft qiymətləri həftəlik bahalaşıb. Analitiklərin fikrincə, diqqət daha çox Livandakı münaqişə və İsrailin İrana potensial cavabına yönəlib.
BAKI, 25 oktyabr — Sputnik. Bu gün dünya bazarlarında neft qiymətləri bahalaşıb. Çünki dünyanın ən çox neft hasil edən regionu olan Yaxın Şərqdə gərginlik qalmaqdadır.
"Brent" markalı neft 18 sent artaraq 74,56 dollar, ABŞ-nin Qərbi Texas nefti 15 sent artaraq 70,34 dollar olub.
"Azeri Light" markalı Azərbaycan nefti isə 21 sent azalaraq 75,32 dollar təşkil edib.
Neft treyderləri İsrailin İrana cavabını diqqət mərkəzində saxlayırlar. ABŞ və İsrail rəsmiləri yaxın günlərdə Qəzzada atəşkəs və girovların azad edilməsi üçün danışıqları bərpa etməyə hazırlaşır. Razılaşmaya nail olmaq üçün əvvəlki cəhdlər uğursuz olub. Yaxın Şərq münaqişəsi ilə bağlı spekulyasiyalar bazarlarda müəyyən dəyişkənliyə səbəb olduğu üçün neft qiymətləri həftəlik bahalaşıb. İsrail bu həftə İrana qarşı sərt ritorika ilə çıxış etsə də, ABŞ rəsmiləri atəşkəs əldə etmək üçün səylərini davam etdiriblər. Analitiklərin fikrincə, diqqət daha çox Livandakı münaqişə və İsrailin İrana potensial cavabına yönəlib.
Neft bazarlarındakı son zəiflik, əsas idxalçı Çində tələbin yavaşlaması ilə bağlı narahatlıqlardan qaynaqlanır.
Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-2025-ci il üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu azaldıb. Proqnoza əsasən, gələn il qeyd olunan göstəricinin 105,78 mln. barel olacağı proqnozaşdırılır. Öncəki proqnoz isə 105,99 mln. barel olub.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.