Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İran Aİİ ilə azad ticarət zonasının bir addımlığında: Rəsmilər nələri müzakirə ediblər

© Sputnik / Максим Богодвид / Фотохост-агентство brics-russia2024.ru / Mediabanka keçidBRİKs ölkələrinin bayraqları, arxiv
BRİKs ölkələrinin bayraqları, arxiv - Sputnik Azərbaycan, 1920, 25.10.2024
Abunə olmaq
AİK rəhbəri Kazanda keçirilən BRİKS sammiti çərçivəsində bir sıra görüşlər keçirib.
BAKI, 25 oktyabr - Sputnik. Avrasiya İqtisadi Komissiyasının (AİK) İdarə Heyətinin sədri Bakıtjan Saqintayev və İran prezidenti Məsud Pezeşkian İran və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında azad ticarət sazişinin imzalanmasının yekunlaşdırılmasını müzakirə ediblər. Bu barədə AİK-in saytında yerləşdirilən məlumatda deyilir.
Kazanda keçirilən BRİKS sammiti çərçivəsində keçirilən görüşdə tərəflər tərəfdaşlığın cari sahələrini, o cümlədən azad ticarət sazişinin qüvvəyə minməsi üçün hüquqi prosedurların tamamlanması və İranın Aİİ-də müşahidəçi statusu məsələlərini müzakirə ediblər.
Saqintayev BMT-nin baş katibi Antonio Quterreş ilə də görüş zamanı Aİİ və BMT arasında tərəfdaşlığın strateji istiqamətləri barədə fikir mübadiləsi aparıb.
Tərəflər BMT-nin davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində Aİİ və AİK ölkələrinin səylərini qeyd edib və onlara nail olmaq üçün zəruri olan prioritet vəzifələri müzakirə ediblər.
Tərəflər həmçinin AİK və BMT arasında institusional əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetiriblər.
Bundan əlavə, Saqintayev Çinin xarici işlər naziri Van İ ilə danışıqlar aparıb, danışıqlar zamanı Çinlə qarşılıqlı ticarət imkanlarının genişləndirilməsinə yönəlmiş qeyri-preferensial saziş müzakirə edilib.
Monqolustan Prezident Administrasiyasının rəhbəri Qombojavin Zandanşatar ilə görüşdə Aİİ və Monqolustan arasında əlaqələrin sistemli inkişafının vacibliyi vurğulanıb.
Tərəflər müvəqqəti ticarət sazişi üzrə danışıqların gedişini və güzəştli rejimin yaradılması imkanlarını müzakirə ediblər.
Günün sonunda Saqintayev Serbiyanın Baş nazirinin müavini Aleksandr Vulin ilə görüşüb, Aİİ və Serbiya arasında azad ticarət zonasında gələcək addımları, eləcə də tərəflər arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərini nəzərdən keçirib.
Xatırladaq ki, BRİKS 2006-cı ildə yaradılmış dövlətlərarası birlikdir. Rusiya 2024-cü il yanvarın 1-dən BRİKS-ə sədrlik edib. Cari il assosiasiyaya yeni üzvlərin qoşulması ilə başlayıb - indi qurumun tərkibinə Rusiya Federasiyası, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0