https://sputnik.az/20241025/qerb-rusiya-ile-emekdasliga-qoyulan-qadagaya-gore-muhum-iqlim-melumatlarindan-mehrumdur-468303427.html
Qərb Rusiya ilə əməkdaşlığa qoyulan qadağaya görə mühüm iqlim məlumatlarından məhrumdur
Qərb Rusiya ilə əməkdaşlığa qoyulan qadağaya görə mühüm iqlim məlumatlarından məhrumdur
Sputnik Azərbaycan
Qərb və Rusiya alimləri arasında məlumat axını Qərbin tətbiq etdiyi sanksiyalar və digər məhdudiyyətlər səbəbindən ləngiyib. 25.10.2024, Sputnik Azərbaycan
2024-10-25T22:58+0400
2024-10-25T22:58+0400
2024-10-25T22:58+0400
qərb
dünya xəbərləri
rusiya prezidenti vladimir putin
şimali amerika
avropa
rusiya
iqlim
arktika
https://cdnn1.img.sputnik.az/img/07e6/04/08/440920289_0:514:2697:2031_1920x0_80_0_0_f91740d8caae4c9bead6512316068cbd.jpg
BAKI, 25 oktyabr — Sputnik. Qərb tədqiqatçıları Rusiyaya qarşı sanksiyalara görə iqlim dəyişikliyi ilə bağlı mühüm məlumat çatışmazlığı ilə üzləşirlər. Rusiyalı həmkarları ilə qarşılıqlı əlaqəyə qoyulan qadağa qlobal elmi ictimaiyyəti Arktika və onun dinamik dəyişiklikləri ilə bağlı məlumatlardan məhrum edib. "New York Times" bu barədə yazıb. Rusiya elmi qurumları ilə qarşılıqlı əlaqənin olmamasının əsas problemi Qərb alimlərinin Arktika buzlarının əriməsi prosesini izləyə bilməməsidir, çünki regionda istiləşmə qlobal orta göstəricidən dörd dəfə tez baş verir. Son elmi işlər göstərib ki, bir çoxu geniş miqyaslı Arktika monitorinq şəbəkəsindən ayrılan Rusiya tədqiqat stansiyalarının iştirakı olmadan Qərb mütəxəssisləri bu bölgədəki proseslərin öyrənilməsində diqqəti daha çox Şimali Amerika və Avropaya cəmləşdirirlər. Bundan əvvəl Rusiya Dövlət İdarəetmə Universitetinin İqtisadi Siyasət və İqtisadi Dəyişikliklər kafedrasının dosenti Maksim Çirkov bildirmişdi ki, Avropa İttifaqının Rusiyaya qarşı düşünülməmiş enerji siyasəti Avropa ölkələrinin iqtisadiyyatına ziyan vurur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
şimali amerika
arktika
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/08/440920289_0:13:2697:2036_1920x0_80_0_0_1cc899596341627f91fb5ea10b9741d2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
qərb, rusiya prezidenti vladimir putin, şimali amerika, avropa, rusiya, iqlim, arktika
qərb, rusiya prezidenti vladimir putin, şimali amerika, avropa, rusiya, iqlim, arktika
Qərb Rusiya ilə əməkdaşlığa qoyulan qadağaya görə mühüm iqlim məlumatlarından məhrumdur
Qərb və Rusiya alimləri arasında məlumat axını Qərbin tətbiq etdiyi sanksiyalar və digər məhdudiyyətlər səbəbindən ləngiyib.
BAKI, 25 oktyabr — Sputnik. Qərb tədqiqatçıları Rusiyaya qarşı sanksiyalara görə iqlim dəyişikliyi ilə bağlı mühüm məlumat çatışmazlığı ilə üzləşirlər. Rusiyalı həmkarları ilə qarşılıqlı əlaqəyə qoyulan qadağa qlobal elmi ictimaiyyəti Arktika və onun dinamik dəyişiklikləri ilə bağlı məlumatlardan məhrum edib. "New York Times" bu barədə yazıb.
"Qərb və Rusiya alimləri arasında məlumat axını Qərbin tətbiq etdiyi sanksiyalar və digər məhdudiyyətlər səbəbindən ləngiyib", - məqalədə bildirilir.
Rusiya elmi qurumları ilə qarşılıqlı əlaqənin olmamasının əsas problemi Qərb alimlərinin Arktika buzlarının əriməsi prosesini izləyə bilməməsidir, çünki regionda istiləşmə qlobal orta göstəricidən dörd dəfə tez baş verir.
Son elmi işlər göstərib ki, bir çoxu geniş miqyaslı Arktika monitorinq şəbəkəsindən ayrılan Rusiya tədqiqat stansiyalarının iştirakı olmadan Qərb mütəxəssisləri bu bölgədəki proseslərin öyrənilməsində diqqəti daha çox Şimali Amerika və Avropaya cəmləşdirirlər.
Bundan əvvəl Rusiya Dövlət İdarəetmə Universitetinin İqtisadi Siyasət və İqtisadi Dəyişikliklər kafedrasının dosenti Maksim Çirkov bildirmişdi ki, Avropa İttifaqının Rusiyaya qarşı düşünülməmiş enerji siyasəti Avropa ölkələrinin iqtisadiyyatına ziyan vurur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.