https://sputnik.az/20241025/green-steam-azerbaijan-festivali-istedadli-gencler-ucun-ozunu-ifade-etmek-imkani-468300644.html
"Green STEAM Azerbaijan" festivalı: istedadlı gənclər üçün özünü ifadə etmək imkanı
"Green STEAM Azerbaijan" festivalı: istedadlı gənclər üçün özünü ifadə etmək imkanı
Sputnik Azərbaycan
Tədbirdə təkcə Azərbaycandan deyil, digər ölkələrdən də 244 komanda iştirak edir. 25.10.2024, Sputnik Azərbaycan
2024-10-25T13:19+0400
2024-10-25T13:19+0400
2024-10-25T13:19+0400
festival
mədəniyyət
cop29
azərbaycan
elm və təhsil nazirliyi
komanda
iştirakçı
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/18/468269593_0:105:2000:1230_1920x0_80_0_0_ca29ffeb63a20eb1308d4db358c00cbb.jpg
BAKI, 25 oktyabr — Sputnik. Bakı Ekspo Mərkəzində "Green STEAM Azerbaijan" beynəlxalq festivalı açılıb. Tədbir Elm və Təhsil Nazirliyi və COP29 Rəyasət Heyətinin dəstəyi ilə təşkil olunub. Burada ali təhsil və elm müəssisələrinin rəhbərləri, tanınmış ictimai xadimlər və digər qonaqlar iştirak edirlər. Festivalı giriş sözü ilə elm və təhsil naziri Emin Əmrullayev açaraq tədbirin təhsil sahəsində əlamətdar və mötəbər hadisə olduğunu qeyd edib. Onun sözlərinə görə, layihənin əsas məqsədi STEAM təhsilini təbliğ etmək, tələbələr arasında XXI əsr bacarıqlarını inkişaf etdirmək, yaradıcı tələbələri üzə çıxarmaqdır. COP29-da BMT-nin Yüksək səviyyəli iqlim lideri Nigar Arpadarai, öz növbəsində, COP29 ərəfəsində keçirilən STEAM festivalında yaşıl texnologiyalara diqqətin vacib olduğunu əlavə edib. O, həmçinin iqlim dəyişikliyinin təsirlərini azaltmağa kömək etmək üçün STEAM-ın sinerji potensialı metodunu qeyd edib. Layihə rəhbəri İqrar Nəzərovun "Sputnik Azərbaycan"a verdiyi məlumata görə, bu il festivalda 900 iştirakçı, 244 komanda iştirak edir. Onlardan 146-sı 15 ölkədən, o cümlədən Böyük Britaniya, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya, ABŞ-dan gəliblər. Münsiflər heyətinə on ölkədən 17 hakim daxil edilib. Nəzərovun sözlərinə görə, festivalda "Yaşıl təşəbbüslər", "Yaşıl kodlaşdırma", "Hidrogen avtomobil yarışları", "Bizim peykimiz", "Robotların mübarizəsi", "Gələcəyin mühəndisləri" kimi mövzuları əhatə edən doqquz nominasiya üzrə müsabiqə və müsabiqə-sərgilər keçiriləcək. "Hazırda STEAM ölkə üzrə 398 məktəb və 252 711 şagirdi əhatə edir, 20-dən çox STEAM mərkəzi fəaliyyət göstərir. 2026-cı ilə qədər layihə üzrə şagirlərin sayının 300 minə çatdırılması planlaşdırılır. Şübhəsiz ki, bu tədbir şagirdlərə biliklərini genişləndirməyə və bacarıqlarını daha yüksək səviyyədə tətbiq etməklə təkmilləşdirməyə imkan verəcək" – Nəzərov qeyd edib. Layihə rəhbəri bildirib ki, festival çərçivəsində təhsilin bütün səviyyələri və istiqamətləri üzrə tələbələr öz innovativ layihələrini nümayiş etdirəcəklər. O, hesab edir ki, burada iştirak nəinki nüfuzludur, həm də tələbələr üçün yeni imkanlar açır. "İştirakçılar üçün bu, özlərini ifadə etmək, elm, texnologiya və sənayenin müxtəlif sahələrində innovativ layihələrini təqdim etmək və digər ölkələrin nümayəndələri ilə təcrübə mübadiləsi aparmaq üçün yaxşı bir vasitədir. Bizim üçün bu, müxtəlif yaş qruplarından olan istedadlı tələbələri müəyyən etmək, dəstəkləmək və onların potensiallarının daha da inkişafı üçün şərait yaratmağa bir fürsətdir" - Nəzərov əlavə edib. "Green STEAM Azerbaijan" beynəlxalq festivalı oktyabrın 25-də başa çatacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/18/468269593_110:0:1890:1335_1920x0_80_0_0_badfd66a6dcc5d99e7f66d3019af1eda.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
festival, cop29, azərbaycan, elm və təhsil nazirliyi, komanda, iştirakçı
festival, cop29, azərbaycan, elm və təhsil nazirliyi, komanda, iştirakçı
"Green STEAM Azerbaijan" festivalı: istedadlı gənclər üçün özünü ifadə etmək imkanı
Tədbirdə təkcə Azərbaycandan deyil, digər ölkələrdən də 244 komanda iştirak edir.
BAKI, 25 oktyabr — Sputnik. Bakı Ekspo Mərkəzində "Green STEAM Azerbaijan" beynəlxalq festivalı açılıb.
Tədbir Elm və Təhsil Nazirliyi və COP29 Rəyasət Heyətinin dəstəyi ilə təşkil olunub. Burada ali təhsil və elm müəssisələrinin rəhbərləri, tanınmış ictimai xadimlər və digər qonaqlar iştirak edirlər.
Festivalı giriş sözü ilə elm və təhsil naziri Emin Əmrullayev açaraq tədbirin təhsil sahəsində əlamətdar və mötəbər hadisə olduğunu qeyd edib. Onun sözlərinə görə, layihənin əsas məqsədi STEAM təhsilini təbliğ etmək, tələbələr arasında XXI əsr bacarıqlarını inkişaf etdirmək, yaradıcı tələbələri üzə çıxarmaqdır.
COP29-da BMT-nin Yüksək səviyyəli iqlim lideri Nigar Arpadarai, öz növbəsində, COP29 ərəfəsində keçirilən STEAM festivalında yaşıl texnologiyalara diqqətin vacib olduğunu əlavə edib. O, həmçinin iqlim dəyişikliyinin təsirlərini azaltmağa kömək etmək üçün STEAM-ın sinerji potensialı metodunu qeyd edib.
Layihə rəhbəri İqrar Nəzərovun "Sputnik Azərbaycan"a verdiyi məlumata görə, bu il festivalda 900 iştirakçı, 244 komanda iştirak edir. Onlardan 146-sı 15 ölkədən, o cümlədən Böyük Britaniya, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya, ABŞ-dan gəliblər. Münsiflər heyətinə on ölkədən 17 hakim daxil edilib.
Nəzərovun sözlərinə görə, festivalda "Yaşıl təşəbbüslər", "Yaşıl kodlaşdırma", "Hidrogen avtomobil yarışları", "Bizim peykimiz", "Robotların mübarizəsi", "Gələcəyin mühəndisləri" kimi mövzuları əhatə edən doqquz nominasiya üzrə müsabiqə və müsabiqə-sərgilər keçiriləcək.
"Hazırda STEAM ölkə üzrə 398 məktəb və 252 711 şagirdi əhatə edir, 20-dən çox STEAM mərkəzi fəaliyyət göstərir. 2026-cı ilə qədər layihə üzrə şagirlərin sayının 300 minə çatdırılması planlaşdırılır. Şübhəsiz ki, bu tədbir şagirdlərə biliklərini genişləndirməyə və bacarıqlarını daha yüksək səviyyədə tətbiq etməklə təkmilləşdirməyə imkan verəcək" – Nəzərov qeyd edib.
Layihə rəhbəri bildirib ki, festival çərçivəsində təhsilin bütün səviyyələri və istiqamətləri üzrə tələbələr öz innovativ layihələrini nümayiş etdirəcəklər. O, hesab edir ki, burada iştirak nəinki nüfuzludur, həm də tələbələr üçün yeni imkanlar açır.
"İştirakçılar üçün bu, özlərini ifadə etmək, elm, texnologiya və sənayenin müxtəlif sahələrində innovativ layihələrini təqdim etmək və digər ölkələrin nümayəndələri ilə təcrübə mübadiləsi aparmaq üçün yaxşı bir vasitədir. Bizim üçün bu, müxtəlif yaş qruplarından olan istedadlı tələbələri müəyyən etmək, dəstəkləmək və onların potensiallarının daha da inkişafı üçün şərait yaratmağa bir fürsətdir" - Nəzərov əlavə edib.
"Green STEAM Azerbaijan" beynəlxalq festivalı oktyabrın 25-də başa çatacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.