Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

BRİKS Qlobal Cənub üçün "yapışdırıcı" ola bilər - İndoneziya xarici işlər naziri

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidBRİKS
BRİKS - Sputnik Azərbaycan, 1920, 25.10.2024
Abunə olmaq
Təşkilatın XVI sammitində İndoneziya BRİKS-in 13 tərəfdaş ölkəsindən biri kimi tanınıb.
BAKI, 25 oktyabr — Sputnik. BRİKS Qlobal Cənub ölkələrini bir yerdə saxlayacaq "yapışdırıcı" ola bilər. Bunu İndoneziyanın xarici işlər naziri Suqiono deyib.

"Biz Qlobal Cənub ölkələri arasında birlik və həmrəylik gücünə çevrilməliyik. Biz, inkişaf etməkdə olan dünya vahid və ümumi rifaha sadiq qalsaq, köklü dəyişikliklərin hərəkətverici qüvvəsi ola bilərik və BRİKS bizi bir yerdə saxlayacaq "yapışdırıcı" ola bilər", - İndoneziya qeyd edib.

Bu yaxınlarda Suqiono "BRİKS plus" sammitində İndoneziyanın təşkilata qoşulmaq niyyətini bildirib. Suqiononun prezidentin xüsusi elçisi kimi "BRİKS plus" sammitində iştirak etmək üçün Rusiyaya səfəri onun bu həftə xarici işlər naziri vəzifəsinə başladıqdan sonra ilk xaricə səfəri olub. BRİKS-in XVI sammitində İndoneziya BRİKS-in 13 tərəfdaş ölkəsindən biri kimi tanınıb. Tərəfdaş ölkələr kimi tanınan digər Cənub-Şərqi Asiya ölkələri Malayziya, Tailand və Vyetnamdır.
BRİKS doqquz ölkənin birliyidir: hazırkı üzvləri Braziliya, Çin, Misir, Efiopiya, Hindistan, İran, Rusiya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Afrika Respublikası və Efiopiyadır. Təşkilat 2006-cı ilin iyununda Braziliya, Rusiya, Hindistan və Çinin iqtisadiyyat nazirliklərinin rəhbərlərinin iştirakı ilə Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində yaranıb.
Qeyd edək ki, Cari ilin iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRİKS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRİKS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb. Bu ilin iyulunda Azərbaycan tərəfi BRİKS-ə daxil olmaq üçü rəsmi müraciət edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0