https://sputnik.az/20241025/azerbaycan-erik-meyvesini-esasen-rusiya-bazarina-gonderib---erik-baglari-artir-468304665.html
Azərbaycan ərik meyvəsini əsasən Rusiya bazarına göndərib - Ərik bağları artır
Azərbaycan ərik meyvəsini əsasən Rusiya bazarına göndərib - Ərik bağları artır
Sputnik Azərbaycan
Azərbaycandan xaricə ərik ixracının orta qiyməti 1 ton üçün 1175 dollar olub. Ölkəmiz ərik ixracından 2,4 milyon dollar gəlir əldə edib. Ölkəmizdən təzə ərik... 25.10.2024, Sputnik Azərbaycan
2024-10-25T16:26+0400
2024-10-25T16:26+0400
2024-10-25T16:26+0400
ərik
iqtisadiyyat
bağ
azərbaycan
manat
ixrac
dövlət statistika komitəsi
kənd təsərrüfatı nazirliyi
dollar
milyon
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/19/468306735_0:0:3067:1725_1920x0_80_0_0_95eaf570f07a858f1efbb4aba51ec4f3.jpg
BAKI, 25 oktyabr — Sputnik. Azərbaycan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə təzə ərik ixrac edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyul aylarında Azərbaycandan: Qeyd edək ki, bu ilin 7 ayında Azərbaycanın ümumi təzə ərik ixracının 99,6%-i Avrasiya İqtisadi Birliyi ölkələrinin payına düşüb. Azərbaycandan xaricə ərik ixracının orta qiyməti 1 ton üçün 1175 dollar olub. Ölkəmiz ərik ixracından 2,4 milyon dollar gəlir əldə edib. Ölkəmizdən təzə ərik əsasən Rusiya bazarına ixrac edilib. Ərik bağlarının sahəsi artır Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə Azərbaycanda ərik bağlarının əkin sahəsi 4,5 min hektar olub. Ərik bağlarının sahəsi 2022-ci ilə nisbətən 5,4% artıb. Keçən il ərik istehsalı 2022-ci ilə nisbətən 0,7% artaraq 30,5 min ton olub. Ötən il Azərbaycandan ixrac olunan əriyin 80,5%-i Rusiyanın payına düşüb. Kənd Təsərrüfatı Nazirliyinin saytında verilən məlumata görə, Azərbaycanda, Orta Asiya respublikalarında milli xörəklərin hazırlanmasında (xüsusən plov) ərik qaxı əvəzolunmaz çərəzdir. Əriyin şirin ləpəli sortlarından istehsal olunmuş yağ qənnadı sənayesində istifadə edilir. Tibbdə ərik meyvələrindən qan azlığı zamanı geniş istifadə edilir. Dünyada 9720 min ton ərik istehsal olunur ki, onun təxminən yarısı Çinin payına düşür. Azərbaycanda iqtisadi rayonlar sırasında Naxçıvan iqtisadi zonası ərik istehsalının 30%-ni təşkil edir. Əriyin dünya miqyasında 2000-dən artıq sortu var. Respublikamızda əsasən "Şalax", "Badam ərik", "Qırmızı yanaq", "Əbu Talibi", "Ağ Təbərzə", "Haqverdi" sortları becərilir. Ərik bitkisi istiyə tələbkardır. Qısa müddətli şaxtalar ağaclara təsir etmir. Əriyin meyvələri təzə halda yeyilməkdən başqa, ondan kompot, mürəbbə, cem, şərab, likyor və s. hazırlanır. Tibbdə ərik meyvələrindən qan azlığı zamanı geniş istifadə edilir. Əriyin 1 hektarından 200 sentner məhsul alınarsa, həmin sahədən 4000-4500 manat mənfəət əldə etmək olar. Ərik bağlarını sığortalamaq olar Nazirlər Kabinetinin 21 dekabr 2021-ci il tarixli müvafiq qərarı ilə ərik sığortalanan məhsullar sırasına daxil edilib. Nəticədə Azərbaycanda bu meyvəni becərən fermer və iş adamları bağlarını ən müxtəlif risklərdən sığortalaya bilərlər. Ərik bağlarının sığorta haqqı regiondan və məhsuldarlıqdan asılı olaraq dəyişir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240926/azerbaycan-ve-rusiya-arasinda-kend-teserrufatinin-ticaret-dovriyyesi-artim-imkanlari-var-467673843.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/19/468306735_186:0:2915:2047_1920x0_80_0_0_99706181ea8053ff40de82fdd3ab3c73.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ərik, bağ, azərbaycan, manat, ixrac, dövlət statistika komitəsi, kənd təsərrüfatı nazirliyi, dollar, milyon
ərik, bağ, azərbaycan, manat, ixrac, dövlət statistika komitəsi, kənd təsərrüfatı nazirliyi, dollar, milyon
Azərbaycan ərik meyvəsini əsasən Rusiya bazarına göndərib - Ərik bağları artır
Azərbaycandan xaricə ərik ixracının orta qiyməti 1 ton üçün 1175 dollar olub. Ölkəmiz ərik ixracından 2,4 milyon dollar gəlir əldə edib. Ölkəmizdən təzə ərik əsasən Rusiya bazarına ixrac edilib.
BAKI, 25 oktyabr — Sputnik. Azərbaycan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə təzə ərik ixrac edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyul aylarında
Belarusa 35 ton təzə ərik ixrac edilib. Qeyd edək ki, bu ilin 7 ayında Azərbaycanın ümumi təzə ərik ixracının 99,6%-i Avrasiya İqtisadi Birliyi ölkələrinin payına düşüb. Azərbaycandan xaricə ərik ixracının orta qiyməti 1 ton üçün 1175 dollar olub. Ölkəmiz ərik ixracından 2,4 milyon dollar gəlir əldə edib. Ölkəmizdən təzə ərik əsasən Rusiya bazarına ixrac edilib.
Ərik bağlarının sahəsi artır
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə Azərbaycanda ərik bağlarının əkin sahəsi 4,5 min hektar olub. Ərik bağlarının sahəsi 2022-ci ilə nisbətən 5,4% artıb. Keçən il ərik istehsalı 2022-ci ilə nisbətən 0,7% artaraq 30,5 min ton olub. Ötən il Azərbaycandan ixrac olunan əriyin 80,5%-i Rusiyanın payına düşüb.
Kənd Təsərrüfatı Nazirliyinin saytında verilən məlumata görə, Azərbaycanda, Orta Asiya respublikalarında milli xörəklərin hazırlanmasında (xüsusən plov) ərik qaxı əvəzolunmaz çərəzdir. Əriyin şirin ləpəli sortlarından istehsal olunmuş yağ qənnadı sənayesində istifadə edilir. Tibbdə ərik meyvələrindən qan azlığı zamanı geniş istifadə edilir. Dünyada 9720 min ton ərik istehsal olunur ki, onun təxminən yarısı Çinin payına düşür. Azərbaycanda iqtisadi rayonlar sırasında Naxçıvan iqtisadi zonası ərik istehsalının 30%-ni təşkil edir.
Əriyin dünya miqyasında 2000-dən artıq sortu var. Respublikamızda əsasən "Şalax", "Badam ərik", "Qırmızı yanaq", "Əbu Talibi", "Ağ Təbərzə", "Haqverdi" sortları becərilir. Ərik bitkisi istiyə tələbkardır. Qısa müddətli şaxtalar ağaclara təsir etmir. Əriyin meyvələri təzə halda yeyilməkdən başqa, ondan kompot, mürəbbə, cem, şərab, likyor və s. hazırlanır. Tibbdə ərik meyvələrindən qan azlığı zamanı geniş istifadə edilir. Əriyin 1 hektarından 200 sentner məhsul alınarsa, həmin sahədən 4000-4500 manat mənfəət əldə etmək olar.
Ərik bağlarını sığortalamaq olar
Nazirlər Kabinetinin 21 dekabr 2021-ci il tarixli müvafiq qərarı ilə ərik sığortalanan məhsullar sırasına daxil edilib. Nəticədə Azərbaycanda bu meyvəni becərən fermer və iş adamları bağlarını ən müxtəlif risklərdən sığortalaya bilərlər. Ərik bağlarının sığorta haqqı regiondan və məhsuldarlıqdan asılı olaraq dəyişir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.