https://sputnik.az/20241024/seul-moskvani-niye-hedeleyir-ve-en-esasi-ne-ile-468240995.html
Seul Moskvanı niyə hədələyir və ən əsası, nə ilə?
Seul Moskvanı niyə hədələyir və ən əsası, nə ilə?
Sputnik Azərbaycan
Zelenski və Ukrayna hərbi kəşfiyyatı oktyabrın 17-də Rusiya Silahlı Qüvvələrinin 11-ci hava hücumu briqadasının tərkibində Ukrayna qoşunları ilə döyüşlərdə... 24.10.2024, Sputnik Azərbaycan
2024-10-24T08:33+0400
2024-10-24T08:33+0400
2024-10-24T08:33+0400
şimali koreya
təhlil
pentaqon
putin
vladimir putin
ukrayna
vladimir zelenski
kim çen in
şimali koreya lideri kim çen in
abş
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/17/468240828_0:148:3072:1876_1920x0_80_0_0_3db8a847522844157f4c88d4abf797f1.jpg
Şimali Koreya xüsusi təyinatlı qüvvələrinin (Rusiya geyimində) Ukrayna hərbi əməliyyatlar teatrına gəlməsi ilə bağlı şayiələr bəzi Şərq kəşfiyyat xidmətləri və Qərb mediası tərəfindən çox şişirdilir. Reallıqda ABŞ və NATO-nun idarə ettdiyi Kiyev rejiminin marionetləri Ukrayna Silahlı Qüvvələrinin (USQ) canlı qüvvəsi və döyüş hazırlığının kəskin çatışmazlığını yaşayırlar. Buna görə də onlar xarici qoşunların Ukraynaya açıq şəkildə yerləşdirilməsi məqsədilə xüsusi hərbi əməliyyatı (XHƏ) ehtiyatsız eskalasiyaya və Üçüncü Dünya Müharibəsinə çevrilməsi üçün əlverişli bəhanə axtarır və yaradırlar. Kiyev rejiminin səlahiyyət müddəti başa çatmış lideri və Ukrayna hərbi kəşfiyyatı oktyabrın 17-də Rusiya Silahlı Qüvvələrinin 11-ci hava hücumu briqadasının tərkibində noyabrın 1-dən sözün həqiqi mənasında Ukrayna qoşunları ilə döyüşlərdə iştirak etmək üçün 10 mindən çox Koreya Xalq Demokratik Respublikası (KXDR) əsgərinin təlim keçdiyini rəsmən elan edib. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov ABŞ-ın "The War Zone" nəşrinə bildirib: "Şimali Koreya qoşunları Rusiya texnikası və silah-sursatından istifadə edəcək. 2600 əsgərdən ibarət ilk dəstə Kursk şəhərinə gedəcək". Vladimir Zelenski Şimali Koreyanın istənilən müdaxiləsinin "dünya müharibəsinə doğru ilk addım" olacağını xəbərdar edib. Məlumdur ki, oğru ən yüksək səslə "Oğrunu tutun!" deyə qışqırır. Ukrayna Silahlı Qüvvələrinin "xarici legionu" isə bu gün 85 ölkədən olan 18 minə yaxın "könüllü"dən ibarətdir. Fransa 2024-cü ilin yazında öz Xarici legionunun bir hissəsini Ukrayna cəbhəsinə göndərib. Yəqin ki, USQ-nin Qərb (və ABŞ) muzdluları çox sürətlə istismar edilir, onlar kifayət qədər deyillər. İspaniyanın "El Pais" qəzeti oxucuları israrla inandırır: "Ukraynanın min kilometrdən çox uzanan cəbhə xətti üçün kifayət qədər əsgəri yoxdur". Radikal bir şeyə ehtiyac var - yeni ordu və ya taktiki nüvə silahı (hər şey Zelenskinin və Vaşinqtonun "planına" uyğun olaraq). Pentaqonun rəhbəri Lloyd Ostin oktyabrın 19-da Şimali Koreya qoşunlarının Rusiyanın XHƏ zonasında olması ilə bağlı məlumatlarını təsdiqləməyib. NATO-nun baş katibi Mark Rutte də bu fikirdədir. Şimali Koreya Ukraynaya qoşun yeritmək ittihamlarını rədd edib. Lakin informasiya çox yönlü (xüsusi əməliyyat) Qərb standartlarına və alqoritmlərinə uyğun olaraq dinamik şəkildə inkişaf edir. "Şimali Koreya eskalasiyası" riskləri barədə "Reuters", "Washington Post", "Newsweek" və bir çox başqa nəşrlər məlumat verib. ABŞ-ın "CNN" kanalı "Şimali Koreya əsgərlərinin Rusiyadakı təchizatları" haqqında inanılmaz videoreportaj yayımlayıb. "Military Watch" jurnalı Cənubi Koreya kəşfiyyatına (NIS) istinadən təsdiqləyib: "Rusiya əslində Şimali Koreyanı Ukraynaya qarşı genişmiqyaslı müharibəyə cəlb etməyi planlaşdırır". Pentaqonun "pis itləri" Cənubi Koreya oktyabrın 21-də Rusiyanı "Şimali Koreya qoşunlarını geri çəkməyə" çağırıb. Seul Şimali Koreya əsgərlərinin XHƏ zonasında görünəcəyi təqdirdə, Ukraynaya "hərbi təlimatçılarını" göndərmək imkanını nəzərdən keçirir. Üstəlik, "Cənubi Koreya Şimali Koreyadan nümunə götürərək Rusiya ilə Ukrayna arasında müharibəyə girə bilər". Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov, Şimali Koreya hərbçilərinin Ukraynada Rusiyanın hərbi xüsusi əməliyyatında iştirak etmək üçün göndərilməsi ilə bağlı məlumatların "ziddiyyətli xarakter" olduğunu yumşaq bir şəkildə vurğulayıb. Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin hələ 2023-cü ilin payızında Şimali Koreya könüllülərinin XHƏ zonasında görünməsi ilə bağlı nəşrləri "cəfəngiyyat" adlandırıb. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Qərb ölkələrini "hər biri əvvəlkindən absurd olan İran, Çin və Koreya variantları ilə dəhşət hekayələri yaymaqla", onları reallıqdan yayındırmaqda ittiham edib. Şimali Koreyanın BMT-dəki nümayəndəsi Cunkuk Hvan da Pxenyanın Ukrayna münaqişəsində iştirakı ilə bağlı Seul və Kiyevin uydurmalarını əsassız adlandırıb. Şimali Koreya liderinin bacısı Kim Yo Çen Cənubi Koreya və Ukraynanı birbaşa təxribatlarda ittiham edərək, onları "ABŞ-ın yetişdirdiyi pis itlərlə" müqayisə edib. Təsvir çoxməqsədlidir. Bununla belə, Qərbin uzaqgörməyən siyasətçiləri və adi insanları üçün "dəhşət hekayələri" daha maraqlı (və ya sərfəli) görünür. Təsadüfi deyil ki, Seul və Kiyevin "Şimali Koreya fantaziyaları" oktyabrın 17-də Cənubi Koreya, Yaponiya, Avstraliya və Yeni Zelandiyanın iştirakı ilə NATO-ya üzv olan ölkələrin müdafiə nazirlərinin görüşü ilə üst-üstə düşüb və burada "tərəfdaşlar" Ukrayna və Hind-Sakit okean regionu üzrə əməkdaşlığı intensivləşdirmək barədə razılığa gəliblər. Cənubi Koreya Prezidenti Yun Sok Yol oktyabrın 21-də NATO-nun baş katibi Mark Rutte ilə söhbətində Moskva ilə Pxenyan arasında "hərbi yaxınlaşmanı" qınayaraq və cavab olaraq "mərhələli tədbirlər" görəcəyini vəd edib. Şimali Atlantika Alyansı "Sakit Okean" sektorunda açıq şəkildə inkişaf edir. Əgər ABŞ-a "tabe" olan Cənubi Koreya silahlı qüvvələri dünyada 5-ci yeri tutursa və 600 minə yaxın fəaliyyət göstərən hərbçilərdən ibarətdirsə, onda Rusiya və ya Çinlə (vəziyyətdən asılı olaraq) proksi-müharibəsində onlardan istifadə etməmək günah olar. USQ-nin geri dönməz deqradasiyasını kompensasiya etmək və Cənubi Koreyanın Üçüncü Dünya Müharibəsinə "yumşaq" girməsi üçün hər cür şərait yaradılır. Hansı ki, ABŞ-ın "hegemonundan" yan keçməlidir. Görünür, Vladimir Zelenski "qələbə planı"nı Co Baydenlə birlikdə yaradıb. Lakin Rusiya ABŞ və NATO-nun Ukraynadakı münaqişədən asanlıqla çıxmasına imkan verməyəcək. Hətta bu gün nüfuzlu "The Wall Street Journal"ı qeyd edib ki, Vladimir Putin Qərbə geri çəkilməyin asan yollarını təklif etməyəcək, çünki Ukrayna hərbi əməliyyatlar teatrında və çoxqütblü dünyada "Rusiya hər gün öz məqsədlərinə çatmağa yaxınlaşır".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/17/468240828_341:0:3072:2048_1920x0_80_0_0_22dad9e7d59a0c1b18a87675ee2eea53.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
şimali koreya, pentaqon, putin, vladimir putin, ukrayna, vladimir zelenski, kim çen in, şimali koreya lideri kim çen in, abş, cənubi koreya, nato
şimali koreya, pentaqon, putin, vladimir putin, ukrayna, vladimir zelenski, kim çen in, şimali koreya lideri kim çen in, abş, cənubi koreya, nato
Seul Moskvanı niyə hədələyir və ən əsası, nə ilə?
Zelenski və Ukrayna hərbi kəşfiyyatı oktyabrın 17-də Rusiya Silahlı Qüvvələrinin 11-ci hava hücumu briqadasının tərkibində Ukrayna qoşunları ilə döyüşlərdə iştirak etmək üçün 10 mindən çox KXDR əsgərinin təlim keçdiyini rəsmən elan edib.
Şimali Koreya xüsusi təyinatlı qüvvələrinin (Rusiya geyimində) Ukrayna hərbi əməliyyatlar teatrına gəlməsi ilə bağlı şayiələr bəzi Şərq kəşfiyyat xidmətləri və Qərb mediası tərəfindən çox şişirdilir. Reallıqda ABŞ və NATO-nun idarə ettdiyi Kiyev rejiminin marionetləri Ukrayna Silahlı Qüvvələrinin (USQ) canlı qüvvəsi və döyüş hazırlığının kəskin çatışmazlığını yaşayırlar. Buna görə də onlar xarici qoşunların Ukraynaya açıq şəkildə yerləşdirilməsi məqsədilə xüsusi hərbi əməliyyatı (XHƏ) ehtiyatsız eskalasiyaya və Üçüncü Dünya Müharibəsinə çevrilməsi üçün əlverişli bəhanə axtarır və yaradırlar.
Kiyev rejiminin səlahiyyət müddəti başa çatmış lideri və Ukrayna hərbi kəşfiyyatı oktyabrın 17-də Rusiya Silahlı Qüvvələrinin 11-ci hava hücumu briqadasının tərkibində noyabrın 1-dən sözün həqiqi mənasında Ukrayna qoşunları ilə döyüşlərdə iştirak etmək üçün 10 mindən çox Koreya Xalq Demokratik Respublikası (KXDR) əsgərinin təlim keçdiyini rəsmən elan edib. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov ABŞ-ın "The War Zone" nəşrinə bildirib: "Şimali Koreya qoşunları Rusiya texnikası və silah-sursatından istifadə edəcək. 2600 əsgərdən ibarət ilk dəstə Kursk şəhərinə gedəcək".
Vladimir Zelenski Şimali Koreyanın istənilən müdaxiləsinin "dünya müharibəsinə doğru ilk addım" olacağını xəbərdar edib. Məlumdur ki, oğru ən yüksək səslə "Oğrunu tutun!" deyə qışqırır. Ukrayna Silahlı Qüvvələrinin "xarici legionu" isə bu gün 85 ölkədən olan 18 minə yaxın "könüllü"dən ibarətdir. Fransa 2024-cü ilin yazında öz Xarici legionunun bir hissəsini Ukrayna cəbhəsinə göndərib.
Yəqin ki, USQ-nin Qərb (və ABŞ) muzdluları çox sürətlə istismar edilir, onlar kifayət qədər deyillər. İspaniyanın "El Pais" qəzeti oxucuları israrla inandırır: "Ukraynanın min kilometrdən çox uzanan cəbhə xətti üçün kifayət qədər əsgəri yoxdur". Radikal bir şeyə ehtiyac var - yeni ordu və ya taktiki nüvə silahı (hər şey Zelenskinin və Vaşinqtonun "planına" uyğun olaraq).
Pentaqonun rəhbəri Lloyd Ostin oktyabrın 19-da Şimali Koreya qoşunlarının Rusiyanın XHƏ zonasında olması ilə bağlı məlumatlarını təsdiqləməyib. NATO-nun baş katibi Mark Rutte də bu fikirdədir. Şimali Koreya Ukraynaya qoşun yeritmək ittihamlarını rədd edib. Lakin informasiya çox yönlü (xüsusi əməliyyat) Qərb standartlarına və alqoritmlərinə uyğun olaraq dinamik şəkildə inkişaf edir.
"Şimali Koreya eskalasiyası" riskləri barədə "Reuters", "Washington Post", "Newsweek" və bir çox başqa nəşrlər məlumat verib. ABŞ-ın "CNN" kanalı "Şimali Koreya əsgərlərinin Rusiyadakı təchizatları" haqqında inanılmaz videoreportaj yayımlayıb. "Military Watch" jurnalı Cənubi Koreya kəşfiyyatına (NIS) istinadən təsdiqləyib: "Rusiya əslində Şimali Koreyanı Ukraynaya qarşı genişmiqyaslı müharibəyə cəlb etməyi planlaşdırır".
Cənubi Koreya oktyabrın 21-də Rusiyanı "Şimali Koreya qoşunlarını geri çəkməyə" çağırıb. Seul Şimali Koreya əsgərlərinin XHƏ zonasında görünəcəyi təqdirdə, Ukraynaya "hərbi təlimatçılarını" göndərmək imkanını nəzərdən keçirir. Üstəlik, "Cənubi Koreya Şimali Koreyadan nümunə götürərək Rusiya ilə Ukrayna arasında müharibəyə girə bilər".
Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov, Şimali Koreya hərbçilərinin Ukraynada Rusiyanın hərbi xüsusi əməliyyatında iştirak etmək üçün göndərilməsi ilə bağlı məlumatların "ziddiyyətli xarakter" olduğunu yumşaq bir şəkildə vurğulayıb. Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin hələ 2023-cü ilin payızında Şimali Koreya könüllülərinin XHƏ zonasında görünməsi ilə bağlı nəşrləri "cəfəngiyyat" adlandırıb.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Qərb ölkələrini "hər biri əvvəlkindən absurd olan İran, Çin və Koreya variantları ilə dəhşət hekayələri yaymaqla", onları reallıqdan yayındırmaqda ittiham edib. Şimali Koreyanın BMT-dəki nümayəndəsi Cunkuk Hvan da Pxenyanın Ukrayna münaqişəsində iştirakı ilə bağlı Seul və Kiyevin uydurmalarını əsassız adlandırıb. Şimali Koreya liderinin bacısı Kim Yo Çen Cənubi Koreya və Ukraynanı birbaşa təxribatlarda ittiham edərək, onları "ABŞ-ın yetişdirdiyi pis itlərlə" müqayisə edib. Təsvir çoxməqsədlidir.
Bununla belə, Qərbin uzaqgörməyən siyasətçiləri və adi insanları üçün "dəhşət hekayələri" daha maraqlı (və ya sərfəli) görünür. Təsadüfi deyil ki, Seul və Kiyevin "Şimali Koreya fantaziyaları" oktyabrın 17-də Cənubi Koreya, Yaponiya, Avstraliya və Yeni Zelandiyanın iştirakı ilə NATO-ya üzv olan ölkələrin müdafiə nazirlərinin görüşü ilə üst-üstə düşüb və burada "tərəfdaşlar" Ukrayna və Hind-Sakit okean regionu üzrə əməkdaşlığı intensivləşdirmək barədə razılığa gəliblər.
Cənubi Koreya Prezidenti Yun Sok Yol oktyabrın 21-də NATO-nun baş katibi Mark Rutte ilə söhbətində Moskva ilə Pxenyan arasında "hərbi yaxınlaşmanı" qınayaraq və cavab olaraq "mərhələli tədbirlər" görəcəyini vəd edib. Şimali Atlantika Alyansı "Sakit Okean" sektorunda açıq şəkildə inkişaf edir. Əgər ABŞ-a "tabe" olan Cənubi Koreya silahlı qüvvələri dünyada 5-ci yeri tutursa və 600 minə yaxın fəaliyyət göstərən hərbçilərdən ibarətdirsə, onda Rusiya və ya Çinlə (vəziyyətdən asılı olaraq) proksi-müharibəsində onlardan istifadə etməmək günah olar. USQ-nin geri dönməz deqradasiyasını kompensasiya etmək və Cənubi Koreyanın Üçüncü Dünya Müharibəsinə "yumşaq" girməsi üçün hər cür şərait yaradılır. Hansı ki, ABŞ-ın "hegemonundan" yan keçməlidir.
Görünür, Vladimir Zelenski "qələbə planı"nı Co Baydenlə birlikdə yaradıb. Lakin Rusiya ABŞ və NATO-nun Ukraynadakı münaqişədən asanlıqla çıxmasına imkan verməyəcək. Hətta bu gün nüfuzlu "The Wall Street Journal"ı qeyd edib ki, Vladimir Putin Qərbə geri çəkilməyin asan yollarını təklif etməyəcək, çünki Ukrayna hərbi əməliyyatlar teatrında və çoxqütblü dünyada "Rusiya hər gün öz məqsədlərinə çatmağa yaxınlaşır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.