https://sputnik.az/20241024/ran-xn-rehberi-brks-e-uzvluk-ucun-muracietle-bagli-veziyyeti-aciqladi-468268860.html
İran XİN rəhbəri BRİKS-ə üzvlük üçün müraciətlə bağlı vəziyyəti açıqladı
İran XİN rəhbəri BRİKS-ə üzvlük üçün müraciətlə bağlı vəziyyəti açıqladı
Sputnik Azərbaycan
BRİKS-ə üzv ölkələrin liderləri Kazanda keçirilən sammitdə 30-35 dövlətin bu assosiasiyaya üzvlüklə bağlı müraciətinə cavab verib. 24.10.2024, Sputnik Azərbaycan
2024-10-24T17:21+0400
2024-10-24T17:21+0400
2024-10-24T17:22+0400
briks
dünya xəbərləri
rusiya federasiyası
iran
iran
misir
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1c/425315256_0:0:2708:1523_1920x0_80_0_0_44eeb9f676a2d889e1ac8215fcf5cac8.jpg
BAKI, 24 oktyabr — Sputnik. BRİKS ölkələrinin liderləri Kazanda keçirilən sammitdə hələlik birliyə yeni üzvləri qəbul etməmək, üzvlük üçün müraciət etmiş bir sıra ölkələrə tərəfdaş statusu vermək qərarına gəliblər. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib. İran bu assosiasiyanın daimi üzvü kimi ilk dəfə BRİKS sammitində iştirak edir. "BRİKS-ə üzv ölkələrin liderləri Kazanda keçirilən sammitdə 30-35 dövlətin bu assosiasiyaya üzvlüklə bağlı müraciətinə cavab verərək, hələlik bu qrupa yeni üzvlər əlavə etmək deyil, bir sıra ölkələrə tərəfdaş kimi qoşulmaq qərarın veriblər", - İran Xarici İşlər Nazirliyinin rəhbəri bildirib. Oktyabrın 22-dən 24-dək Kazanda dövlət başçılarının iştirakı ilə BRİKS sammiti keçirilir. BRİKS 2006-cı ildə yaradılmış dövlətlərarası birlikdir. Rusiya yanvarın 1-dən təşkilatın sədri postunu tutur. Rusiya Federasiyasından başqa, Braziliya, Hindistan, Çin və Cənubi Afrika, 2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulub. Rusiyanın BRİKS-ə sədrliyi ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi şüarı altında keçirilir. Rusiya Federasiyası sədrliyi çərçivəsində 200-dən çox siyasi, iqtisadi və sosial tədbir təşkil edib.
iran
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1c/425315256_0:0:2708:2031_1920x0_80_0_0_35e4f135753e86fd18c24c49c43be844.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
briks , rusiya federasiyası, iran, iran, misir
briks , rusiya federasiyası, iran, iran, misir
İran XİN rəhbəri BRİKS-ə üzvlük üçün müraciətlə bağlı vəziyyəti açıqladı
17:21 24.10.2024 (Yenilənib: 17:22 24.10.2024) BRİKS-ə üzv ölkələrin liderləri Kazanda keçirilən sammitdə 30-35 dövlətin bu assosiasiyaya üzvlüklə bağlı müraciətinə cavab verib.
BAKI, 24 oktyabr — Sputnik. BRİKS ölkələrinin liderləri Kazanda keçirilən sammitdə hələlik birliyə yeni üzvləri qəbul etməmək, üzvlük üçün müraciət etmiş bir sıra ölkələrə tərəfdaş statusu vermək qərarına gəliblər. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
İran bu assosiasiyanın daimi üzvü kimi ilk dəfə BRİKS sammitində iştirak edir.
"BRİKS-ə üzv ölkələrin liderləri Kazanda keçirilən sammitdə 30-35 dövlətin bu assosiasiyaya üzvlüklə bağlı müraciətinə cavab verərək, hələlik bu qrupa yeni üzvlər əlavə etmək deyil, bir sıra ölkələrə tərəfdaş kimi qoşulmaq qərarın veriblər", - İran Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Oktyabrın 22-dən 24-dək Kazanda dövlət başçılarının iştirakı ilə BRİKS sammiti keçirilir.
BRİKS 2006-cı ildə yaradılmış dövlətlərarası birlikdir. Rusiya yanvarın 1-dən təşkilatın sədri postunu tutur. Rusiya Federasiyasından başqa, Braziliya, Hindistan, Çin və Cənubi Afrika, 2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulub. Rusiyanın BRİKS-ə sədrliyi ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi şüarı altında keçirilir. Rusiya Federasiyası sədrliyi çərçivəsində 200-dən çox siyasi, iqtisadi və sosial tədbir təşkil edib.