https://sputnik.az/20241024/pasinyan-azerbaycan-prezidentine-teklifini-aciqladi-468278398.html
Paşinyan Azərbaycan prezidentinə təklifini açıqladı
Paşinyan Azərbaycan prezidentinə təklifini açıqladı
Sputnik Azərbaycan
Ermənistanın baş naziri deyib ki, ölkəsi öz ərazisindən yüklərin, resursların, nəqliyyat vasitələrinin və insanların keçidinin təhlükəsizliyini təmin etmək... 24.10.2024, Sputnik Azərbaycan
2024-10-24T16:11+0400
2024-10-24T16:11+0400
2024-10-24T16:11+0400
ermənistanın baş naziri nikol paşinyan
siyasət
naxçıvan muxtar respublikası
ermənistan
türkiyə
təklif
nəqliyyat
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/18/468276389_0:123:3204:1925_1920x0_80_0_0_75fd77a463a161920419a967414194b4.jpg
BAKI, 24 oktyabr — Sputnik. Ermənistan nəqliyyat vasitələrinin, yüklərin, sərnişinlərin, boru kəmərlərinin öz ərazisindən, o cümlədən Azərbaycandan keçməsinin təşkilində maraqlıdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan XVI BRİKS Sammitinin "Outreach"/"BRİCS+" formatının genişləndirilmiş iclasında bildirib. "Bu, İran İslam Respublikası, Ermənistan və Gürcüstan ərazilərindən keçməklə Qara dəniz və Fars körfəzi arasında ən qısa marşrutdur. Bu, Şimal-Cənub istiqamətidir. Həmçinin Azərbaycan, Ermənistan və Türkiyə ərazilərindən keçməklə Xəzər və Mərmərə dənizləri arasında ən qısa marşrutdur. Bu, Şərq-Qərb istiqamətidir", - o bildirib. N.Paşinyan vurğulayıb ki, bu marşrutdan Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat-kommunikasiya əlaqələri üçün də istifadə etmək olar: "Bu yanaşmanı nəzərə alaraq, biz Azərbaycana sərhəd və gömrük nəzarətinin sadələşdirilmiş prosedurlarını, habelə hər iki ölkənin yurisdiksiyası və suverenliyinə tam hörmət nəzərə alınmaqla əlavə təhlükəsizlik tədbirlərinin təmin olunmasını təklif etdik". Baş nazir qeyd edib ki, Ermənistan öz ərazisindən yüklərin, resursların, nəqliyyat vasitələrinin və insanların keçidinin təhlükəsizliyini təmin etmək iqtidarındadır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/18/468276389_238:0:2967:2047_1920x0_80_0_0_d4bad377607ac27473e770bc26347d5a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistanın baş naziri nikol paşinyan, naxçıvan muxtar respublikası, ermənistan, türkiyə, təklif, nəqliyyat
ermənistanın baş naziri nikol paşinyan, naxçıvan muxtar respublikası, ermənistan, türkiyə, təklif, nəqliyyat
Paşinyan Azərbaycan prezidentinə təklifini açıqladı
Ermənistanın baş naziri deyib ki, ölkəsi öz ərazisindən yüklərin, resursların, nəqliyyat vasitələrinin və insanların keçidinin təhlükəsizliyini təmin etmək iqtidarındadır.
BAKI, 24 oktyabr — Sputnik. Ermənistan nəqliyyat vasitələrinin, yüklərin, sərnişinlərin, boru kəmərlərinin öz ərazisindən, o cümlədən Azərbaycandan keçməsinin təşkilində maraqlıdır.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan XVI BRİKS Sammitinin "Outreach"/"BRİCS+" formatının genişləndirilmiş iclasında bildirib.
"Bu, İran İslam Respublikası, Ermənistan və Gürcüstan ərazilərindən keçməklə Qara dəniz və Fars körfəzi arasında ən qısa marşrutdur. Bu, Şimal-Cənub istiqamətidir. Həmçinin Azərbaycan, Ermənistan və Türkiyə ərazilərindən keçməklə Xəzər və Mərmərə dənizləri arasında ən qısa marşrutdur. Bu, Şərq-Qərb istiqamətidir", - o bildirib.
N.Paşinyan vurğulayıb ki, bu marşrutdan Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat-kommunikasiya əlaqələri üçün də istifadə etmək olar: "Bu yanaşmanı nəzərə alaraq, biz Azərbaycana sərhəd və gömrük nəzarətinin sadələşdirilmiş prosedurlarını, habelə hər iki ölkənin yurisdiksiyası və suverenliyinə tam hörmət nəzərə alınmaqla əlavə təhlükəsizlik tədbirlərinin təmin olunmasını təklif etdik".
Baş nazir qeyd edib ki, Ermənistan öz ərazisindən yüklərin, resursların, nəqliyyat vasitələrinin və insanların keçidinin təhlükəsizliyini təmin etmək iqtidarındadır.