Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Gələcəyə baxış: BRİKS ölkələri Kazanda nələri müzakirə edirlər?

Abunə olmaq
Kazanda BRİKS-in XVI sammiti fəaliyyətini davam etdirir. Gündəmdə hansı məsələlərin olduğu və bu birliyə qoşulmağın Bakıya nə gətirəcəyi barədə ətraflı videoda.
İqtisadi gündəm baxımından BRİKS qlobal səviyyədə diktat və ikili standartları qəbul etməyən ölkələrin klubudur. Bunu professor Elşad Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında deyib.
Ekspert hesab edir ki, iqtisadi böhran faktiki olaraq qlobal dollar mərkəzli sistemin tənəzzülünə səbəb olub. Onun sözlərinə görə, bunun nəticəsində inkişaf etməkdə olan milli iqtisadiyyatlar arasında dialoq və konstruktiv əməkdaşlıq üçün alternativ platforma formalaşıb.
Həmsöhbət qeyd edib ki, BRİKS-in əsas missiyası iqtisadi və siyasi əməkdaşlıq memarlığının yaradılmasıdır ki, bu da bu formatı çoxlu sayda ölkələr üçün perspektivli və rahat edir.
"Burada heç bir üstünlük və sərt çərçivələr yoxdur, biz həm iqtisadi, həm də siyasi baxımdan BRİKS-ə əsaslanan çoxqütblü dünyanın formalaşmasının şahidi oluruq", Məmmədov fikrini yekunlaşdırıb.
Xəbər lenti
0