Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bütün ölkələr BRİKS valyutasından istifadə edə biləcəklər

© Sputnik / Максим Блинов / Фотохост-агентство brics-russia2024.ru / Mediabanka keçidBRİKS bannerləri
BRİKS bannerləri - Sputnik Azərbaycan, 1920, 24.10.2024
Abunə olmaq
Hesablaşmalar zamanı təşkilata üzv olmayan ölkə öz milli pulu ilə BRİKS valyutasını ala və malların haqqını assosiasiya dövləti ilə ödəyə biləcək.
BAKI, 24 oktyabr — Sputnik. BRİKS valyutasından təkcə təşkilat ölkələri deyil, digər dövlətlər də assosiasiya üzvlərinə ödənişlər edərkən istifadə edə biləcəklər.
Bu barədə iqtisadçı və maliyyə analitiki Mixail Belyaev məlumat verib.
"BRİKS valyutası hər hansı digər valyuta kimi - hər kəs birjada alıb sata biləcəyi açıq konfiqurasiya olmalıdır. Hətta BRİKS-in üzvü olmayanların da. Bu, digərləri kimi, sadəcə, kollektiv valyuta olacaq" - nəşrin həmsöhbəti bildirib.
Belyaev izah edib ki, hesablaşmalar zamanı təşkilata üzv olmayan ölkə öz milli pulu ilə BRİKS valyutasını ala və malların haqqını assosiasiya dövləti ilə ödəyə biləcək.
"Məsələn, bir ölkə BRİKS-in üzvü deyil, lakin assosiasiyanın ölkəsində nəsə almaq istəyir. Daha sonra hansı valyutada ödəməyə dair razılaşmalar əldə edilir. Bəlkə milli valyutada, bəlkə dollarla, bəlkə də BRİKS valyutasında. Ölkə təşkilata üzv olmadığı üçün bu valyutası yoxdur, sonra dövlət birjaya gedib onu milli valyutaya, bəlkə də dollara alır, sonra da brikslə ödəyir" – o, əlavə edib.
Ekspert onu da qeyd edib ki, BRİKS valyutasının məzənnəsinə digər dünya valyutaları kimi eyni amillər təsir edəcək.
"Onun məzənnəsi hər bir valyuta üçün fərqli müəyyən olunacaq. Ona digər valyutalar kimi eyni amillər təsir edəcək. Bu, hər bir ölkənin iqtisadiyyatının ümumi vəziyyəti, onun səmərəliliyidir" - analitik əlavə edib.
Daha əvvəl Belyaev bildirmişdi ki, BRİKS valyutası gələcəkdə təşkilat ölkələrinin hesablamalarında dolları tamamilə əvəz edə bilər.
Bundan əvvəl BRİKS Yeni İnkişaf Bankının keçmiş vitse-prezidenti Paulu Noqeyra Batista demişdi ki, BRİKS üzvləri Amerika və Qərb sanksiyalarına qarşı immunitetə malik beynəlxalq ödəniş sistemi hazırlamalıdırlar.
Xəbər lenti
0