DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

BRİKS region və dünya ölkələri arasında uğurlu əməkdaşlıq modelidir - Pezeşkian

© Sputnik / Александр Кряжев / Фотохост-агентство brics-russia2024.ru / Mediabanka keçidİran prezidenti Məsud Pezeşkian
İran prezidenti Məsud Pezeşkian  - Sputnik Azərbaycan, 1920, 24.10.2024
Abunə olmaq
İran Prezidenti bildirib ki, məhz buna görə də BRİKS assosiasiyası özünün yüksək populyar məqsədləri ilə uğurlu model ola bilib.
BAKI, 24 oktyabr — Sputnik. BRİKS regional və beynəlxalq səviyyədə ölkələr arasında uğurlu əməkdaşlıq və yaxınlaşma modeli təklif edə bilib. Bunu İran prezidenti Məsud Pezeşkian Kazanda keçirilən ittifaq sammitində çıxışı zamanı deyib.
İran bu assosiasiyanın daimi üzvü kimi ilk dəfə BRİKS sammitində iştirak edib.
"Koalisiyaların yaradılması, konstruktiv və dostluq münasibətləri istəyi bugünkü reallığın bir hissəsidir. Bu, bir çox ölkələrin və beynəlxalq aktorların birtərəflilikdən azad olmaq istəyidir. Birtərəfli yanaşmaların və birqütblü hegemonluğun əsasları son dərəcə kövrəkdir. Bir çox beynəlxalq strukturlar və mexanizmlər BMT, BVF və insan haqları təşkilatları kimi bu yanaşmadan irəli gələn təşkilatlar əvvəlki effektivliyini itirdilər. Məhz buna görə də BRİKS assosiasiyası özünün yüksək populyar məqsədləri ilə uğurlu model ola bilib", Pezeşkian bildirib.
Oktyabrın 22-dən 24-dək Kazanda dövlət başçılarının iştirakı ilə BRİKS sammiti keçirilir.
BRİKS 2006-cı ildə yaradılmış dövlətlərarası birlikdir. Rusiya yanvarın 1-dən təşkilatın sədri postunu tutur. Rusiya Federasiyasından başqa, Braziliya, Hindistan, Çin və Cənubi Afrika, 2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulub. Rusiyanın BRİKS-ə sədrliyi ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi şüarı altında keçirilir. Rusiya Federasiyası sədrliyi çərçivəsində 200-dən çox siyasi, iqtisadi və sosial tədbir təşkil edib.
Xəbər lenti
0