Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

BRİKS-lə əməkdaşlığın genişlənməsi Azərbaycana nə vəd edir?

© Sputnik / Сергей Бобылев / Фотохост-агентство brics-russia2024.ru / Mediabanka keçidBRİKS
BRİKS - Sputnik Azərbaycan, 1920, 24.10.2024
Abunə olmaq
Milli Məclisin deputatı bildirib ki, Azərbaycan üçün BRİKS-lə əməkdaşlığın genişlənməsi həm qeyri-neft ixracının artırılması, həm də fərqli iqtisadi sahələrdə birgə layihələrin reallaşması baxımdan vacibdir.
BAKI, 24 oktyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRİKS sammitində iştirak etmək üçün oktyabrın 23-də Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfərə gedib.
Dünya əhalisinin 45 faizinin məskunlaşdığı BRİKS ölkələri hazırda qlobal iqtisadiyyatın 37,4 faizini formalaşdırır. Bu illik 29 trilyon dollar yaxın ümumi daxili məhsul deməkdir. BRİKS artıq qlobal gücə çevrilib. 2009-cü ildə yaradılan BRİKS üzv ölkələr üçün inkişaf baxımdan yeni imkanlar yaradıb.
Bəs, BRİKS-lə əməkdaşlığın genişləndirilməsi Azərbaycana nə vəd edir?
Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, Azərbaycan üçün BRCİS ilə əməkdaşlığın genişlənməsi həm qeyri-neft ixracının artırılması, həm də fərqli iqtisadi sahələrdə birgə layihələrin reallaşması baxımdan vacibdir:
"BRİKS kifayət qədər geniş coğrafiyanı əhatə etdiyindən bu, Azərbaycan sahibkarları üçün ixrac baxımdan yeni imkan kimi dəyərləndirilib. Digər tərəfdən, həmin dövlətlərdə Azərbaycanın qeyri-neft məhsullarına xüsusi tələb də var. Eyni zamanda, BRİKS ölkələri ilə turzim sahəsində əməkdaşlıq son illər daha güclənib. Bu ilin ilk 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,3 dəfə, Çindən 1,9 dəfə, İrandan 38,4 faiz, Misirdən 20,1 faiz, Rusiya Federasiyasından 18,4 faiz artıb. Bu sahədə daha geniş əməkdaşlıq imkanları və potensial var".
"BRİKS ölkələrindən yeni sərmayələrin cəlb edilməsi imkanları yüksək qiymətləndirilir"
Deputat bildirib ki, BRİKS-lə əməkdaşlığın güclənməsi Azərbaycan üçün öz iqtisadi potensialını təqdim etmək baxımından da bir imkandır: "Bu əməkdaşlıq ölkəmizə yeni iqtisadi dividendlər qazandırır. Bu il üçün də sərmayə qoyuluşunun artırılmasına nail olmaq, o cümlədən investisiya portfelində qeyri-neft sektoruna yönəldilən xarici sərmayələrin payının artırılması əsas hədəflərdən biri kimi qarşıya qoyulub. Bu baxımdan BRİKS ölkələrindən yeni sərmayələrin cəlb edilməsi imkanları yüksək qiymətləndirilir. BRİKS-lə əməkdaşlığın güclənməsi yeni dövrün yeni hədəflərinin daha tez və səmərəli reallaşmasına töhfədir".
Qeyd edək ki, oktyabrın 22-də Kazanda 36 ölkə və 6 beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyi BRİKS sammiti işə başlayıb. Sammit ədalətli qlobal inkişaf və təhlükəsizlik naminə çoxtərəfliliyin gücləndirilməsi devizi altında keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRİKS Sammitində iştirak etmək üçün oktyabrın 23-də Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfərə gedib.
Azərbaycan BRİKS-ə üzvlük üçün müraciət edib
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bu ilin avqust ayında deyib ki, Azərbaycan BRİKS-ə daxil olmaq üçün rəsmi müraciət edib.
İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən zirvə toplantısı çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRİKS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRİKS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb.
BRİKS 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0