https://sputnik.az/20241024/azerbaycanda-problemli-kreditlerle-bagli-son-durum-aciqlandi-468267604.html
Azərbaycanda problemli kreditlərlə bağlı son durum açıqlandı
Azərbaycanda problemli kreditlərlə bağlı son durum açıqlandı
Sputnik Azərbaycan
Həmçinin bu ilin yanvar-sentyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 366 milyon manat kredit verilib. 24.10.2024, Sputnik Azərbaycan
2024-10-24T22:12+0400
2024-10-24T22:12+0400
2024-10-24T22:12+0400
kredit
iqtisadiyyat
istiqraz
fond
azərbaycan mərkəzi bankı
mərkəzi bank
mərkəzi bank
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268532_0:0:2000:1125_1920x0_80_0_0_920fb3f69600286bfc571653b58e7f6e.jpg
BAKI, 24 oktyabr — Sputnik. Bu il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 480 milyon manat təşkil edib. Sputnik Azərbaycan Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 1,5 % çoxdur. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 9,6 % artıb, son 1 ildə isə 10,2 % azalıb. Oktyabrın 1-nə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət sentyabrın 1-nə də 1,7 %, ilin əvvəlinə 1,8 %, ötən il oktyabrın 1-nə isə 2,4 % olub. Həmçinin bu ilin yanvar-sentyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 366 milyon manat kredit verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % azdır. Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 12,9 % azalaraq 308 milyon manat olub. İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 66,7 % artaraq 450 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə dəyişməyərək 65,7 milyon manata düşüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268532_227:0:2000:1330_1920x0_80_0_0_884aca34c5a3f67879716c90bfffa324.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kredit, istiqraz, fond, azərbaycan mərkəzi bankı, mərkəzi bank, mərkəzi bank
kredit, istiqraz, fond, azərbaycan mərkəzi bankı, mərkəzi bank, mərkəzi bank
Azərbaycanda problemli kreditlərlə bağlı son durum açıqlandı
Həmçinin bu ilin yanvar-sentyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 366 milyon manat kredit verilib.
BAKI, 24 oktyabr — Sputnik. Bu il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 480 milyon manat təşkil edib.
Sputnik Azərbaycan Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 1,5 % çoxdur.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 9,6 % artıb, son 1 ildə isə 10,2 % azalıb.
Oktyabrın 1-nə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət sentyabrın 1-nə də 1,7 %, ilin əvvəlinə 1,8 %, ötən il oktyabrın 1-nə isə 2,4 % olub.
Həmçinin bu ilin yanvar-sentyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 366 milyon manat kredit verilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % azdır.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 12,9 % azalaraq 308 milyon manat olub.
İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 66,7 % artaraq 450 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə dəyişməyərək 65,7 milyon manata düşüb.