DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zaxarova: Quterreşin BRİKS sammitinə gəlişi Kiyevdə isterikaya səbəb olub

© Sputnik / Сергей БобылевRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, arxiv
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, arxiv - Sputnik Azərbaycan, 1920, 23.10.2024
Abunə olmaq
Ukrayna Xarici İşlər Nazirliyi Quterreşdən Rusiya Federasiyasına səfərdən çəkinməyi tələb edib.
BAKI, 23 oktyabr — Sputnik. BMT-nin baş katibi Antonio Quterreş BRİKS sammitində iştirak etmək üçün Kazana gəlib. Ukrayna tərəfi bu məsələ ilə bağlı narazılığını bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Sputnik" radiosuna açıqlamasında bu narazılığı şərh edib.
Ukrayna Xarici İşlər Nazirliyi Quterreşdən Rusiya Federasiyasına səfərdən çəkinməyi tələb edib. Diplomatlar hesab edirlər ki, baş katib səhv seçim edib, bu, "sülhün bərqərar olmasına" töhfə verməyəcək və "BMT-nin nüfuzuna" xələl gətirəcək.
Zaxarova xatırladıb ki, Quterreş dünyanı gəzmək və bütün siyasətçilərlə ünsiyyət qurmaq hüququna malikdir. Ukrayna isə öz iradəsini BMT-yə diktə etməyə çalışır.
"Hamımıza toplaşmamağı, görüşməməyi, məsələləri müzakirə etməməyi söyləməyə nə haqqınız var?" – Zaxarova ritorik sual verib.
O əlavə edib ki, BMT öz himayəsini, emblematikasını və simvolikasını heç kimə verməyib. Baş katib isə, sadəcə Rusiyanın verdiyi dəvəti qəbul edib.
"Kiyev rejimi üçün bu, isterika səbəbidir" - diplomat bildirib.
Bundan əvvəl Quterreş qeyd etmişdi ki, BRİKS BMT-nin işi üçün vacibdir. Onun sammitə səfəri standart təcrübədir. O, Rusiya Prezidenti Vladimir Putinlə Yaxın Şərq böhranını və Ukrayna ətrafındakı vəziyyəti müzakirə edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0