https://sputnik.az/20241023/yalniz-referendum-azerbaycan-pasinyanin-sozlerine-inanmir-468247347.html
Yalnız referendum: Azərbaycan Paşinyanın sözlərinə inanmır
Yalnız referendum: Azərbaycan Paşinyanın sözlərinə inanmır
Sputnik Azərbaycan
Politoloq İlyas Hüseynov hesab edir ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları hüquqi müstəvidə hələ də qalmaqdadır və bu vəziyyətdə sülh mümkünsüzdür. 23.10.2024, Sputnik Azərbaycan
2024-10-23T20:13+0400
2024-10-23T20:13+0400
2024-10-23T20:13+0400
ermənistanın baş naziri nikol paşinyan
təhlil
ermənistan
baş nazir nikol paşinyan
nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e8/09/0a/467281471_0:0:2701:1520_1920x0_80_0_0_c46155963eb719dadad967a12b6ac7f2.jpg
BAKI, 23 oktyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, Ermənistan öz strateji siyasəti ilə bəyan edir ki, bizim Azərbaycana və ümumilikdə region dövlətlərinə qarşı heç bir təcavüzkar niyyətimiz yoxdur. "Ermənistan bəyan etdi ki, biz işğal olunmuş əraziləri (Ermənistan şərti sərhəddə bir neçə kv.km ərazisinin guya işğal olunduğunu iddia edir – red.) hərbi yolla geri qaytarmaq vəzifəsini qarşımıza qoymuruq, çünki Azərbaycanla imzaladığımız demarkasiya prosesi haqda sənəd demarkasiya prosesinin hüquqi və qanuni əsaslarla keçirilməsi üçün hər cür imkan yaradır", Paşinyan bildirib. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc bildirir ki, Ermənistan Baş nazirinin bu açıqlaması çox mühüm siyasi mövqedir: "Lakin bununla bərabər, konstitusiya Paşinyandan daha güclü bir fenomendir. Bizim üçün indiki halda Ermənistan siyasətçilərinin dedikləri deyil, ortada olan hüquqi aktlarla, qanun və digər normativ sənədlər əsasdır və onlarla işləməkdən başqa alternativimiz yoxdur. Çünki ortada olan böyük bir tarixi savaş, hətta birgə razılaşmaların üzərindən xətt çəkilməsi kimi bir keçmiş var. Qarşılıqlı etimadsızlıq elə bir səviyyədədir ki, Ermənistan Konstitusiya məhkəməsinin "Azərbaycana ərazi iddiaları olan aktlar hüquqi qüvvəyə malik deyil" qərarı belə indiki halda erməni cəmiyyətinin tam rəyi kimi qəbul edilə bilməz. Yalnız referendumla biz gerçək mənzərinin necə olduğuna şahid ola bilərik". Millət vəkili xatırladıb ki, vaxtilə Robert Koçaryan Azərbaycan ərazilərinin işğalında iştirak edib, sonradan çevriliş yolu ilə prezidentliyini gerçəkləşdirəndə və seçki yolu ilə onu rəsmiləşdirmək istəyəndə ona konstitusiyanın on il ölkə ərazisində yaşamalısan normasını tətbiq etməyə çalışmışdılar. "Ancaq bütün bunlara qarşısında o, Qarabağın öz əraziləri olması arqumenti çıxmışdı. O cümlədən, Paşinyanın hakimiyyətə gəldiyi ilk vaxtlarda həmin konstitusiya müddəasına bir neçə dəfə istinadları var. Beləliklə, biz indiki halda Ermənistan rəhbərliyinin "ərazi iddiamız yoxdur, beynəlxalq razılaşmaları əsas götürürük" bəyanatlarını etibarlı saymırıq. Çünki sabah bu sülh sazişinə istənilən halkimiyyət tərəfindən xəttə çəkilə bilər". Zahid Oruc Ermənistan müxalifətinin delimitasiya ilə bağlı prosesləri boykot etməsinə və onu tanımayacaqları iddiasına diqqət çəkib. "Yaxşı olardı ki, Ermənistan konstitusyon islahatlara getsin. Bununla da 44 günlük qələbəmizdən sonrakı proseslər hüququ müstəviyə daşınardı, yəni savaşın nəticələri diplomatik yekun sənədlərlə təsdiqlənərdi, bölgə iqtisadi inkişafa açılardı, kommunikasiyalar işləyərdə nəhayət ki, bu uzun illər davam etmiş düşmənçiliyin sonu olardı. Bu bizim dövlətimizin strategiyası, millətmizin məramıdır. On illərdir Ermənistan "hər şey razılaşdırılmadan heç nə razılaşdırılmamış" mövqeyini əsas götürürdü. Bu baxımdan indi biz tələb edirik ki, buyursanlar konstitusyon tələbləri gerçəkləşdirsinlər. Üç ay ərzində bunu reallaşdırmaq mümkündür", millət vəkili fikirlərini yekunlaşdırıb. Politoloq İlyas Hüseynov isə hesab edir ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları hüquqi müstəvidə hələ də qalmaqdadır və bu vəziyyətdə sülh mümkünsüzdür: "Yarımçıq sülh yeni gərginliyə, revanşizmə səbəb ola bilər. Ermənistanda 2027-ci ildə kontitusiya dəyişiklikləri ilə bağlı referendumun planlaşdırılması gözlənilir ki, bu ölkə həmin vaxta qədər sülhə maraqlı deyil. İlyas Hüseynov bildirir ki, Ermənistan bunu başqa bir formada icra etmək istəyir və bunun öz səbəbləri var: "Paşinyan de-yure phdəlikləri götürməyə hazır olduqlarını desə də, bu qeyri-ciddi yanaşmadır. Xüsusilə vurğulamaq lazımdır ki, Ermənistan Baş nazirinin hazırda referenduma getməklə bağlı qorxuları var. Hesab edirəm ki, bu düşüncələr yanlışdır. Ermənistan əhalisinin böyük əksəriyyəti yeni müharibə istəmir, çünki bu onların ölkəsi üçün daha ağır nəticələrə gətirib çıxara bilər. Bu baxımdan Ermənistan konstitusiyasının dəyişdirilməsi labüddür, yalnız bununla bölgədə qalıcı sülh mükün ola bilər".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/0a/467281471_0:0:2701:2026_1920x0_80_0_0_7a37672ac2896bc5883208f7fdbe8c5e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistanın baş naziri nikol paşinyan, ermənistan, baş nazir nikol paşinyan, nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan, ermənistan, baş nazir nikol paşinyan, nikol paşinyan
Yalnız referendum: Azərbaycan Paşinyanın sözlərinə inanmır
Politoloq İlyas Hüseynov hesab edir ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları hüquqi müstəvidə hələ də qalmaqdadır və bu vəziyyətdə sülh mümkünsüzdür.
BAKI, 23 oktyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, Ermənistan öz strateji siyasəti ilə bəyan edir ki, bizim Azərbaycana və ümumilikdə region dövlətlərinə qarşı heç bir təcavüzkar niyyətimiz yoxdur.
"Ermənistan bəyan etdi ki, biz işğal olunmuş əraziləri (Ermənistan şərti sərhəddə bir neçə kv.km ərazisinin guya işğal olunduğunu iddia edir – red.) hərbi yolla geri qaytarmaq vəzifəsini qarşımıza qoymuruq, çünki Azərbaycanla imzaladığımız demarkasiya prosesi haqda sənəd demarkasiya prosesinin hüquqi və qanuni əsaslarla keçirilməsi üçün hər cür imkan yaradır", Paşinyan bildirib.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc bildirir ki, Ermənistan Baş nazirinin bu açıqlaması çox mühüm siyasi mövqedir:
"Lakin bununla bərabər, konstitusiya Paşinyandan daha güclü bir fenomendir. Bizim üçün indiki halda Ermənistan siyasətçilərinin dedikləri deyil, ortada olan hüquqi aktlarla, qanun və digər normativ sənədlər əsasdır və onlarla işləməkdən başqa alternativimiz yoxdur. Çünki ortada olan böyük bir tarixi savaş, hətta birgə razılaşmaların üzərindən xətt çəkilməsi kimi bir keçmiş var. Qarşılıqlı etimadsızlıq elə bir səviyyədədir ki, Ermənistan Konstitusiya məhkəməsinin "Azərbaycana ərazi iddiaları olan aktlar hüquqi qüvvəyə malik deyil" qərarı belə indiki halda erməni cəmiyyətinin tam rəyi kimi qəbul edilə bilməz. Yalnız referendumla biz gerçək mənzərinin necə olduğuna şahid ola bilərik".
Millət vəkili xatırladıb ki, vaxtilə Robert Koçaryan Azərbaycan ərazilərinin işğalında iştirak edib, sonradan çevriliş yolu ilə prezidentliyini gerçəkləşdirəndə və seçki yolu ilə onu rəsmiləşdirmək istəyəndə ona konstitusiyanın on il ölkə ərazisində yaşamalısan normasını tətbiq etməyə çalışmışdılar.
"Ancaq bütün bunlara qarşısında o, Qarabağın öz əraziləri olması arqumenti çıxmışdı. O cümlədən, Paşinyanın hakimiyyətə gəldiyi ilk vaxtlarda həmin konstitusiya müddəasına bir neçə dəfə istinadları var. Beləliklə, biz indiki halda Ermənistan rəhbərliyinin "ərazi iddiamız yoxdur, beynəlxalq razılaşmaları əsas götürürük" bəyanatlarını etibarlı saymırıq. Çünki sabah bu sülh sazişinə istənilən halkimiyyət tərəfindən xəttə çəkilə bilər".
Zahid Oruc Ermənistan müxalifətinin delimitasiya ilə bağlı prosesləri boykot etməsinə və onu tanımayacaqları iddiasına diqqət çəkib.
"Yaxşı olardı ki, Ermənistan konstitusyon islahatlara getsin. Bununla da 44 günlük qələbəmizdən sonrakı proseslər hüququ müstəviyə daşınardı, yəni savaşın nəticələri diplomatik yekun sənədlərlə təsdiqlənərdi, bölgə iqtisadi inkişafa açılardı, kommunikasiyalar işləyərdə nəhayət ki, bu uzun illər davam etmiş düşmənçiliyin sonu olardı. Bu bizim dövlətimizin strategiyası, millətmizin məramıdır. On illərdir Ermənistan "hər şey razılaşdırılmadan heç nə razılaşdırılmamış" mövqeyini əsas götürürdü. Bu baxımdan indi biz tələb edirik ki, buyursanlar konstitusyon tələbləri gerçəkləşdirsinlər. Üç ay ərzində bunu reallaşdırmaq mümkündür", millət vəkili fikirlərini yekunlaşdırıb.
Politoloq İlyas Hüseynov isə hesab edir ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları hüquqi müstəvidə hələ də qalmaqdadır və bu vəziyyətdə sülh mümkünsüzdür:
"Yarımçıq sülh yeni gərginliyə, revanşizmə səbəb ola bilər. Ermənistanda 2027-ci ildə kontitusiya dəyişiklikləri ilə bağlı referendumun planlaşdırılması gözlənilir ki, bu ölkə həmin vaxta qədər sülhə maraqlı deyil.
İlyas Hüseynov bildirir ki, Ermənistan bunu başqa bir formada icra etmək istəyir və bunun öz səbəbləri var: "Paşinyan de-yure phdəlikləri götürməyə hazır olduqlarını desə də, bu qeyri-ciddi yanaşmadır. Xüsusilə vurğulamaq lazımdır ki, Ermənistan Baş nazirinin hazırda referenduma getməklə bağlı qorxuları var. Hesab edirəm ki, bu düşüncələr yanlışdır. Ermənistan əhalisinin böyük əksəriyyəti yeni müharibə istəmir, çünki bu onların ölkəsi üçün daha ağır nəticələrə gətirib çıxara bilər. Bu baxımdan Ermənistan konstitusiyasının dəyişdirilməsi labüddür, yalnız bununla bölgədə qalıcı sülh mükün ola bilər".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.