https://sputnik.az/20241023/valideynler-bu-ozel-bagcalarda-tehsil-haqqinin-yarisini-odeyecek-468250192.html
Valideynlər bu özəl bağçalarda təhsil haqqının yarısını ödəyəcək
Valideynlər bu özəl bağçalarda təhsil haqqının yarısını ödəyəcək
Sputnik Azərbaycan
Seçilmiş özəl bağçalara uşaqların qeydiyyatı www.bq.edu.az portalında 24 oktyabr saat 11:00-dan etibarən aktiv olacaq və proses 1 noyabr saat 17:00-dək davam... 23.10.2024, Sputnik Azərbaycan
2024-10-23T22:03+0400
2024-10-23T22:03+0400
2024-10-23T22:03+0400
bağça
təhsil
özəl
elm və təhsil nazirliyi
təhsil haqqı
uşaq bağçası
uşaq bağçaları
məktəbəqədər təhsil müəssisələri
məktəbəqədər təhsil
https://cdnn1.img.sputnik.az/img/41971/40/419714013_0:99:1947:1194_1920x0_80_0_0_615acccafc685fd9220e93cb3a216b8c.jpg
BAKI, 23 oktyabr — Sputnik. Dövlət bağçasına növbəyə yazılanlar özəl bağçalara yerləşdiriləcək "Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi" çərçivəsində seçilmiş bağçaların siyahısı müəyyənləşdirilib. Bu barədə Sputnik Azərbaycan-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Xəbərdə bildirilir ki, Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan "Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi"nin birinci mərhələsi yekunlaşıb. Müsabiqə çərçivəsində növbəti mərhələyə buraxılan bağçaların siyahısı və həmin bağçalarda boş yerlərin sayı müəyyənləşdirilib. Seçilmiş özəl bağçalara uşaqların qeydiyyatı www.bq.edu.az portalında 24 oktyabr saat 11:00-dan etibarən aktiv olacaq və proses 1 noyabr saat 17:00-dək davam edəcək. Özəl məktəbəqədər təhsil müəssisəsinə yerləşdirilmiş uşaqların valideynləri və ya digər qanuni nümayəndələri tələb edilən sənədləri bağçaya təqdim etməli və özəl məktəbəqədər təhsil müəssisəsi ilə onlar arasında valideynin ödəyəcəyi aylıq təhsil haqqı məbləği də qeyd olunmaqla məktəbəqədər təhsil xidmətinin göstərilməsi barədə müqavilə bağlanılmalıdır. Qeyd edək ki, qrant müsabiqəsinin əsas məqsədi 2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqların seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb edilməsi və onların təhsil haqlarının bir hissəsinin qrant vasitəsilə maliyyələşdirilməsindən ibarətdir. Bu qrant müsabiqəsi çərçivəsində seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində məktəbəqədər təhsilə cəlb olunmuş hər bir uşağın aylıq təhsil haqqının 250 manat məbləğində olan hissəsinin qrant hesabına qarşılanması, qalan məbləğin isə valideyn tərəfindən ödənilməsi nəzərdə tutulub. Özəl bağçaların siyahısı və həmin bağçalarda boş yerlərin sayı: https://edu.gov.az/uploads/news/2024/10/bagcalarin-siyahisi.pdf
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41971/40/419714013_112:0:1835:1292_1920x0_80_0_0_d604e996f9f50a1c2d9f56e209ec1f85.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
bağça, özəl, elm və təhsil nazirliyi, təhsil haqqı, uşaq bağçası, uşaq bağçaları, məktəbəqədər təhsil müəssisələri, məktəbəqədər təhsil
bağça, özəl, elm və təhsil nazirliyi, təhsil haqqı, uşaq bağçası, uşaq bağçaları, məktəbəqədər təhsil müəssisələri, məktəbəqədər təhsil
Valideynlər bu özəl bağçalarda təhsil haqqının yarısını ödəyəcək
Seçilmiş özəl bağçalara uşaqların qeydiyyatı www.bq.edu.az portalında 24 oktyabr saat 11:00-dan etibarən aktiv olacaq və proses 1 noyabr saat 17:00-dək davam edəcək.
BAKI, 23 oktyabr — Sputnik. Dövlət bağçasına növbəyə yazılanlar özəl bağçalara yerləşdiriləcək
"Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi" çərçivəsində seçilmiş bağçaların siyahısı müəyyənləşdirilib. Bu barədə Sputnik Azərbaycan-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Xəbərdə bildirilir ki, Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan "Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi"nin birinci mərhələsi yekunlaşıb. Müsabiqə çərçivəsində növbəti mərhələyə buraxılan bağçaların siyahısı və həmin bağçalarda boş yerlərin sayı müəyyənləşdirilib.
Seçilmiş özəl bağçalara uşaqların qeydiyyatı www.bq.edu.az portalında 24 oktyabr saat 11:00-dan etibarən aktiv olacaq və proses 1 noyabr saat 17:00-dək davam edəcək.
Özəl məktəbəqədər təhsil müəssisəsinə yerləşdirilmiş uşaqların valideynləri və ya digər qanuni nümayəndələri tələb edilən sənədləri bağçaya təqdim etməli və özəl məktəbəqədər təhsil müəssisəsi ilə onlar arasında valideynin ödəyəcəyi aylıq təhsil haqqı məbləği də qeyd olunmaqla məktəbəqədər təhsil xidmətinin göstərilməsi barədə müqavilə bağlanılmalıdır.
Qeyd edək ki, qrant müsabiqəsinin əsas məqsədi 2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqların seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb edilməsi və onların təhsil haqlarının bir hissəsinin qrant vasitəsilə maliyyələşdirilməsindən ibarətdir. Bu qrant müsabiqəsi çərçivəsində seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində məktəbəqədər təhsilə cəlb olunmuş hər bir uşağın aylıq təhsil haqqının 250 manat məbləğində olan hissəsinin qrant hesabına qarşılanması, qalan məbləğin isə valideyn tərəfindən ödənilməsi nəzərdə tutulub.
Özəl bağçaların siyahısı və həmin bağçalarda boş yerlərin sayı: