DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Pezeşkian: İran bütün dəhlizlər üçün əlverişli yol kəsişməsidir

© Sputnik / Алексей Никольский / Фотохост-агентство brics-russia2024.ru / Mediabanka keçidİran prezidenti Məsud Pezeşkian
İran prezidenti Məsud Pezeşkian - Sputnik Azərbaycan, 1920, 23.10.2024
Abunə olmaq
İran prezidentinin fikrincə, qlobal iqtisadiyyatın ən mühüm problemlərindən biri Qərb dövlətlərinin birtərəfli qaydada tətbiq etdiyi sanksiyalardır.
BAKI, 23 oktyabr — Sputnik. İranın strateji mövqedə yerləşməsi onu Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərində əlverişli keçid halına gətirir. Bunu İran prezidenti Məsud Pezeşkian BRİKS-in Kazanda keçirilən sammiti çərçivəsində dar tərkibdə keçirilən görüşdə deyib.
“Konstruktiv əməkdaşlığı inkişaf etdirməklə biz enerji resursları və malların daşınması üçün yeni şəbəkə yarada bilərik” – Pezeşkian qeyd edib.
İran prezidentinin fikrincə, qlobal iqtisadiyyatın ən mühüm problemlərindən biri Qərb dövlətlərinin birtərəfli qaydada tətbiq etdiyi sanksiyalardır və onlarla ölkədə milyonlarla insan onlardan təsirlənir.
Pezeşkian hesab edir ki, qeyri-qanuni sanksiyalara qarşı mübarizə birgə fəaliyyət və mexanizmlər tələb edir.
"Xoşbəxtlikdən, BRİKS sanksiyalar siyasəti ilə razılaşmadığını dəfələrlə bildirib. Bundan əlavə, praktiki və təsdiqlənmiş addımlara ehtiyac var", İran prezidenti qeyd edib.
Oktyabrın 22-dən 24-dək Kazanda dövlət başçılarının iştirakı ilə BRİKS sammiti keçirilir.
BRİKS 2006-cı ildə Rusiya, Çin, Hindistan və Braziliya tərəfindən yaradılmış dövlətlərarası birlikdir. Yanvarın 1-dən assosiasiyaya Rusiya sədrlik edir. 2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulub. Rusiyanın BRİKS-ə sədrliyi ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi şüarı altında keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0