Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Macarıstan Qarabağın bərpasında iştirak edir - Vaşari

© Sputnik / Murad OrujovŞuşa şəhərinə mənzərə
Şuşa şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 23.10.2024
Abunə olmaq
Nümayəndəliyin rəhbəri əlavə edib ki, layihə həm də simvolik əhəmiyyətə malikdir, çünki o, Macarıstan və Azərbaycan arasında strateji tərəfdaşlığı gücləndirir.
BAKI, 23 oktyabr — Sputnik. Macarıstan Qarabağın bərpasında iştirak edir, xüsusən onun şirkətlər qrupu Soltanlı kəndini bərpa edir, orada yaşayış binaları və sosial obyektlər tikir. Bunu Türk Dövlətləri TəşkilatınınMacarıstandakı nümayəndəliyinin rəhbəri İştvan Vaşari RİA Novosti-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, Macarıstan dəfələrlə Qarabağ bölgəsinin bərpası və regional sabitliyin qorunub saxlanması üçün dəstəyini ifadə edib.
"Vurğulamaq vacibdir ki, Macarıstan KÉSZ qrupunun (Macar tikinti şirkətləri qrupu - red.) rəhbərliyi ilə həyata keçirilən Soltanlı kəndinin yenidən qurulması layihəsini dəstəkləyir", Vaşari bildirib.
Nümayəndəliyin rəhbəri əlavə edib ki, layihə həm də simvolik əhəmiyyətə malikdir, çünki o, Macarıstan və Azərbaycan arasında strateji tərəfdaşlığı gücləndirir.
2009-cu ildə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) 2021-ci ilin noyabrında İstanbulda keçirilən sammitdə adının Türk Dövlətləri Təşkilatına dəyişdirilməsi ilə bağlı qərar qəbul edib. Təşkilatın tərkibinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan daxildir, Türkmənistan və Macarıstan isə müşahidəçi qismində iştirak edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0