Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Ermənistan parlamenti sərhədlərin delimitasiyasına dair reqlamenti təsdiqləyib

© Sputnik / Aram NersesyanSərhəd
Sərhəd - Sputnik Azərbaycan, 1920, 23.10.2024
Abunə olmaq
Müxalifətin “Hayastan” və ““Şərəfim var” fraksiyaları müzakirə və səsvermədə iştirak etməyib.
BAKI, 23 oktyabr — Sputnik. Ermənistan parlamenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti ratifikasiya edib.
Sputnik Ermənistan-ın məlumatına görə, sənədin lehinə 67 deputat səs verib.
Bitərəf və əleyhinə səs verən olmayıb. Müxalifətin “Hayastan” və ““Şərəfim var” fraksiyaları müzakirə və səsvermədə iştirak etməyib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan sözügedən əsasnaməni avqustun 30-da imzalayıb. Reqlament delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının işini nəzərdə tutur.
Bundan əlavə, sentyabrın 26-da Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delmitasiyası üzrə işçi komissiyanın reqlamentinin qanunauyğun olduğuna dair qərar qəbul edib.
05.09.24, 13:31
Ermənistan Azərbaycanla imzalanmış Əsasnaməni təsdiqləyib
Ermənistan hökuməti Azərbaycan ilə sərhədin delimitasiyası üzrə komissiyalar haqqında əsasnamənin ratifikasiyasını təsdiqləyib.
Avqustun 30-da Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, İrəvan və Bakı sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalayıb.
Qərarın layihəsində qeyd olunur ki, əsasnamə delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının işini nəzərdə tutur.
Əsasnamə və onun əsasında qəbul ediləcək sənədlər delimitasiya işlərinin gedişatının təmin edilməsinin hüquqi əsaslarını tamamlayacaq

"Sənəddövlət sərhədinin beynəlxalq hüquqi əsaslarının möhkəmləndirilməsi haqqında sazişin imzalanmasından sonra (komissiyaların işinin nəticələrinə əsasən) iki ölkə arasında prosedur məsələlərinin tənzimlənməsini nəzərdə tutur. Bu əsasnamə təhlükəsizliyin, eləcə də sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün hüquqi təminatlarından biridir", - bəyanatda deyilir.

Birgə fəaliyyətlə bağlı əsasnamənin iyulun 1-də razılaşdırılması planlaşdırılırdı.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Sputnik Azərbaycan-a bildirib ki, bu xüsusi prosedurlardır:

"Dövlət komissiyasının tərkibi yetərincə genişdir. Bu əsasnamə onların səlahiyyətlərini təsdiq edən sənəd olacaq. Əsasnamə eyni zamanda onların mütəmadi görüşlərini, fəaliyyətini tənzimləyəcək. Növbəti danışıqlarda ilkin razılıqların əldə olunması üçün onların səlahiyyətlərini müəyyən edir. Eyni zamanda beynəlxalq təcrübədən irəli gələrək bu gələcək danışıqların əsasını qoyur".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0