https://sputnik.az/20241023/eger-bu-bas-vererse-abs-dunyada-nufuzunu-itirecek---ekspert-468243727.html
Əgər bu baş verərsə, ABŞ dünyada nüfuzunu itirəcək - Ekspert
Əgər bu baş verərsə, ABŞ dünyada nüfuzunu itirəcək - Ekspert
Sputnik Azərbaycan
Kaed hesab edir ki, ABŞ öz valyuta və maliyyə sistemindən öz siyasi məqsədləri üçün istifadə edir. 23.10.2024, Sputnik Azərbaycan
2024-10-23T23:19+0400
2024-10-23T23:19+0400
2024-10-23T23:19+0400
abş
dünya xəbərləri
livan
ekspert
briks
https://cdnn1.img.sputnik.az/img/42420/08/424200842_0:47:3072:1775_1920x0_80_0_0_6c16c7700ad2a7b9868edf00552b3d1f.jpg
BAKI, 23 oktyabr — Sputnik. BRİKS alternativ maliyyə sisteminin yaradılması ümidvericidir. Bunu livanlı iqtisadiyyat üzrə ekspert Omar Kaed Sputnik Azərbaycan-a açıqlamasında bildirib. "Dünya, o cümlədən Livan ümid edir ki, BRİKS ABŞ-ın siyasi, iqtisadi və hərbi ekspansiyasını dayandıra biləcək", - Kaed deyib. Onun sözlərinə görə, BRİKS Qərb maliyyə sisteminin, xüsusən də SWIFT sisteminin analoqunu yaratmağa çalışır. "Birləşmiş Ştatlar dünyada hegemonluğu ilk növbədə maliyyə sisteminin köməyi ilə qoruyub saxlaya bilir. Birləşmiş Ştatlar bu alətdən məhrum olarsa, ABŞ dünyada nüfuzunu itirəcək və dünyada birqütblü idarəçilik sistemi məhv olacaq", Kaed deyib. Kaed hesab edir ki, ABŞ öz valyuta və maliyyə sistemindən öz siyasi məqsədləri üçün istifadə edir. "Rusiyanın timsalında biz Vaşinqtonun dollardan və onun maliyyə sistemindən istifadə edərək Rusiya iqtisadiyyatına qarşı sanksiyaları necə tətbiq etdiyini görürük", o qeyd edib. Livanlı eksperti bildirib ki, hazırkı qlobal maliyyə nizamı ABŞ-ın məqsədlərini dünyada təbliğ etmək üçün bir vasitədir. BRİKS-in inkişafı və təşkilat daxilində maliyyə alətlərinin yaradılması yeni çoxqütblü dünya nizamının yaradılmasına kömək edəcək. "Livan da öz növbəsində belə bir dünyanın yaradılmasından faydalana bilər, çünki birqütblü dünya nizamı sistemi İsrailə Livanla müharibəyə başlamağa kömək edir", Kaed əlavə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42420/08/424200842_186:0:2917:2048_1920x0_80_0_0_f7af88bc49fa0c2392adf2d8b00912c5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
abş, livan, ekspert, briks
abş, livan, ekspert, briks
Əgər bu baş verərsə, ABŞ dünyada nüfuzunu itirəcək - Ekspert
Kaed hesab edir ki, ABŞ öz valyuta və maliyyə sistemindən öz siyasi məqsədləri üçün istifadə edir.
BAKI, 23 oktyabr — Sputnik. BRİKS alternativ maliyyə sisteminin yaradılması ümidvericidir. Bunu livanlı iqtisadiyyat üzrə ekspert Omar Kaed Sputnik Azərbaycan-a açıqlamasında bildirib.
"Dünya, o cümlədən Livan ümid edir ki, BRİKS ABŞ-ın siyasi, iqtisadi və hərbi ekspansiyasını dayandıra biləcək", - Kaed deyib.
Onun sözlərinə görə, BRİKS Qərb maliyyə sisteminin, xüsusən də SWIFT sisteminin analoqunu yaratmağa çalışır. "Birləşmiş Ştatlar dünyada hegemonluğu ilk növbədə maliyyə sisteminin köməyi ilə qoruyub saxlaya bilir. Birləşmiş Ştatlar bu alətdən məhrum olarsa, ABŞ dünyada nüfuzunu itirəcək və dünyada birqütblü idarəçilik sistemi məhv olacaq", Kaed deyib.
Kaed hesab edir ki, ABŞ öz valyuta və maliyyə sistemindən öz siyasi məqsədləri üçün istifadə edir.
"Rusiyanın timsalında biz Vaşinqtonun dollardan və onun maliyyə sistemindən istifadə edərək Rusiya iqtisadiyyatına qarşı sanksiyaları necə tətbiq etdiyini görürük", o qeyd edib.
Livanlı eksperti bildirib ki, hazırkı qlobal maliyyə nizamı ABŞ-ın məqsədlərini dünyada təbliğ etmək üçün bir vasitədir.
BRİKS-in inkişafı və təşkilat daxilində maliyyə alətlərinin yaradılması yeni çoxqütblü dünya nizamının yaradılmasına kömək edəcək.
"Livan da öz növbəsində belə bir dünyanın yaradılmasından faydalana bilər, çünki birqütblü dünya nizamı sistemi İsrailə Livanla müharibəyə başlamağa kömək edir", Kaed əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.