BRİKS ölkələrinin Kazandakı sammitində yekun bəyannamə qəbul edilib

© Sputnik / Рамиль Ситдиков / Фотохост-агентство brics-russia2024.ru / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin  - Sputnik Azərbaycan, 1920, 23.10.2024
Abunə olmaq
Dünyadakı vəziyyətin ümumi qiymətləndirilməsini özündə əks etdirən, Rusiyanın BRİKS-də sədrliyinin nəticələrini ümumiləşdirən və uzunmüddətli perspektivdə əməkdaşlıq üçün əsas istiqamətləri müəyyən edən yekun bəyannamə hazırlanıb.
BAKI, 23 oktyabr — Sputnik. Rusiya lideri Vladimir Putin BRİKS ölkələrinin Kazan sammitinin yekun bəyannaməsini təsdiqlədikləri barədə açıqlama verib.
Bu barədə Rusiya KİV məlumat verib.
"Dünyadakı vəziyyətin ümumi qiymətləndirilməsini özündə əks etdirən, Rusiyanın BRİKS-də sədrliyinin nəticələrini ümumiləşdirən və uzunmüddətli perspektivdə əməkdaşlıq üçün əsas istiqamətləri müəyyən edən yekun bəyannamə hazırlanıb" - Rusiya Federasiyasının başçısı geniş tərkibdə keçirilən görüşdə bildirib.
Rusiya prezidentinin sözlərinə görə, BRİKS sammitinin bəyannaməsinin birgə bəyanat kimi BMT-də paylanması planlaşdırılır.
Putin BRİKS-in genişləndirilmiş sammitinin iclasında bildirib ki, dünyanı yeni iqtisadi böhran təhlükəsi gözləyir. Bunun səbəblərindən biri inkişaf etmiş ölkələrin xroniki borc yüküdür.
Bundan əlavə, o qeyd edib ki, geosiyasi gərginlik artır, birtərəfli sanksiyalar, proteksionizm və haqsız rəqabət praktikası genişlənir.
Putin onu da bildirib ki, bu proseslərin birbaşa nəticəsi, xüsusən də inkişaf etməkdə olan ölkələrdə beynəlxalq ticarətin və xarici investisiya bazarının parçalanmasıdır.
Bundan əvvəl Rusiya Federasiyasının prezidenti yeni BRİKS investisiya platformasının yaradılması təşəbbüsü ilə çıxış edib. O, milli iqtisadiyyatları və qlobal Cənub və Şərq ölkələrini dəstəkləməyə yönəldiləcək.
Xatırladaq ki, Rusiya 2024-cü ildə BRİKS-ə sədrlik edir. 30-dan çox ölkənin iştirak etdiyi sammit oktyabrın 22-dən 24-dək Kazanda keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0