https://sputnik.az/20241023/azerbaycan-ve-rusiya-arxeoloqlari-olkemizde-paleolit-dovru-abidelerini-birge-tedqiq-edecek-468230614.html
Azərbaycan və Rusiya arxeoloqları ölkəmizdə Paleolit dövrü abidələrini birgə tədqiq edəcək
Azərbaycan və Rusiya arxeoloqları ölkəmizdə Paleolit dövrü abidələrini birgə tədqiq edəcək
Sputnik Azərbaycan
Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Arxeologiya və Etnoqrafiya İnstitutu ilə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu arasında əməkdaşlıq... 23.10.2024, Sputnik Azərbaycan
2024-10-23T15:04+0400
2024-10-23T15:04+0400
2024-10-23T20:07+0400
arxeoloqlar
elm
amea
paleolit dövrü
paleontoloqlar
sibir
amea-nın arxeologiya və antropologiya institutu
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1b/460883886_0:160:3072:1888_1920x0_80_0_0_e0579a0d67bbc2cddf8e96cb99bd8ebf.jpg
BAKI, 23 oktyabr — Sputnik. Rusiyanın arxeoloq və geoloqlardan ibarət nümayəndə heyəti AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi fondunda saxlanılan Paleolit dövrünə aid tapıntılarla tanış olub. İnstitutdan bildirilib ki, direktor Fərhad Quliyev qonaqlarla görüşdə son illərdə müəssisənin beynəlxalq əlaqələrinin genişlənməsi, ölkə ərazisində aparılan beynəlxalq ekspedisiyalar barədə məlumat verib və birgə tədqiqatların səmərəliliyini vurğulayıb. O bildirib ki, 2024-cü ilin yay qazıntı mövsümündə Azərbaycanda Almaniya, Koreya da daxil olmaqla bir neçə müştərək beynəlxalq ekspedisiya fəaliyyət göstərib və azərbaycanlı arxeoloqlarla birgə tədqiqat aparıb. Görüşdə Azərbaycan-Rusiya birgə geoarxeoloji ekspedisiyasının iki həftə ərzində gördüyü işlər haqqında da məlumat verilib. Qeyd edilib ki, tədqiqatlar Naxçıvan Muxtar Respublikası və Qazax rayonu ərazisində aparılıb. İlkin nəticə olaraq Culfa rayonunun ərazisində ilk dəfə olaraq Əlincəçay açıq tipli paleolit düşərgəsi, Qazax rayonu ərazisində yeni açıq tipli Yataq yeri-3 paleolit düşərgəsi qeydə alınıb. Daha sonra qarşılıqlı əməkdaşlığı genişləndirmək, Azərbaycan ərazisində Paleolit dövrü abidələrini birgə tədqiq etmək məqsədilə Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Arxeologiya və Etnoqrafiya İnstitutu ilə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu arasında əməkdaşlıq haqqında memorandumun hazırlanması qərara alınıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1b/460883886_171:0:2902:2048_1920x0_80_0_0_af8f9736bb5926f314477bdd9493723a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
arxeoloqlar, amea, paleolit dövrü, paleontoloqlar, sibir, amea-nın arxeologiya və antropologiya institutu
arxeoloqlar, amea, paleolit dövrü, paleontoloqlar, sibir, amea-nın arxeologiya və antropologiya institutu
Azərbaycan və Rusiya arxeoloqları ölkəmizdə Paleolit dövrü abidələrini birgə tədqiq edəcək
15:04 23.10.2024 (Yenilənib: 20:07 23.10.2024) Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Arxeologiya və Etnoqrafiya İnstitutu ilə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu arasında əməkdaşlıq haqqında memorandumun hazırlanması qərara alınıb.
BAKI, 23 oktyabr — Sputnik. Rusiyanın arxeoloq və geoloqlardan ibarət nümayəndə heyəti AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi fondunda saxlanılan Paleolit dövrünə aid tapıntılarla tanış olub.
İnstitutdan bildirilib ki, direktor Fərhad Quliyev qonaqlarla görüşdə son illərdə müəssisənin beynəlxalq əlaqələrinin genişlənməsi, ölkə ərazisində aparılan beynəlxalq ekspedisiyalar barədə məlumat verib və birgə tədqiqatların səmərəliliyini vurğulayıb. O bildirib ki, 2024-cü ilin yay qazıntı mövsümündə Azərbaycanda Almaniya, Koreya da daxil olmaqla bir neçə müştərək beynəlxalq ekspedisiya fəaliyyət göstərib və azərbaycanlı arxeoloqlarla birgə tədqiqat aparıb.
Görüşdə Azərbaycan-Rusiya birgə geoarxeoloji ekspedisiyasının iki həftə ərzində gördüyü işlər haqqında da məlumat verilib. Qeyd edilib ki, tədqiqatlar Naxçıvan Muxtar Respublikası və Qazax rayonu ərazisində aparılıb. İlkin nəticə olaraq Culfa rayonunun ərazisində ilk dəfə olaraq Əlincəçay açıq tipli paleolit düşərgəsi, Qazax rayonu ərazisində yeni açıq tipli Yataq yeri-3 paleolit düşərgəsi qeydə alınıb.
Daha sonra qarşılıqlı əməkdaşlığı genişləndirmək, Azərbaycan ərazisində Paleolit dövrü abidələrini birgə tədqiq etmək məqsədilə Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Arxeologiya və Etnoqrafiya İnstitutu ilə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu arasında əməkdaşlıq haqqında memorandumun hazırlanması qərara alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.